Xəbər

ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

ABB İnnovasiya Mərkəzində 2-ci İnkubasiya proqramına qəbul edilmiş layihələrin təqdimatı mərasimi keçirilib. Proqrama ümumən 151 komanda muraciət edib. Aparılan seçimlərə əsasən, 25 komanda 8 həftəlik intensiv preinkubasiya proqramında iştirak imkanı qazanıb. Bu komandalardan isə 10-u növbəti mərhələ kimi inkubasiya mərhələsinə keçib. İnkubasiya mərhələsini də uğurla başa vurmuş bu komandalar hazır layihələrini ABB İnvestor Klubunun üzvləri, ABB-nin rəhbər şəxsləri və digər sahə ekspertləri qarşısında təqdim ediblər. Bu layihələr Fintech, Elektron ticarət, iqtisadi dayanıqlılıq və s. bu kimi sahələri əhatə edir. İntensiv təlim proqramlarını özündə cəmləşdirən 2-ci İnkubasiya proqramı startap komandalarına öz ideyalarını biznesə çevirməkdə dəstək olub. Komandaların 1 avqust 2022-ci il tarixinədək investorlarla görüşlərinin keçirilməsi nəzərdə tutulub. İnvestisiya cəlb edə bilən, məhsullarını inkişaf etdirməyi bacaran və satışa hazır olan komandalar ABB İnnovasiya Mərkəzinin Akselerasiya proqramına keçid alacaqlar. Xatırladaq ki, Mərkəzin 1-ci proqramında da 12 startap layihəsi müvafiq mərhələləri uğurla başa vurub. Beləliklə, ABB İnnovasiya Mərkəzi indiyə qədər investorlara 22 startap layihəsi təqdim edib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB 9, 10, 11-сi sinif şagirdləri üçün Riyaziyyat Yarışmasına qeydiyyatı elan etdi!

İstedadlara dəstəyi ilə ölkəmizin gələcəyinə töhfə verən ABB gənclər üçün möhtəşəm yarışma elan edib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə keçirilən ABB Riyaziyyat Yarışmasının məqsədi riyaziyyat sahəsində xüsusi istedadı olan gəncləri üzə çıxarmaq, onların informasiya texnologiyalarına marağını artırmaq və bu sahədə inkişaflarına kömək göstərməkdir. ABB Riyaziyyat Yarışmasında Azərbaycanda təhsil alan bütün 9, 10, 11-ci sinif şagirdləri iştirak edə bilər. Yarış 3 mərhələdən ibarət olacaq. Qeydiyyatdan keçmiş şagirdlər birinci mərhələdə onlayn imtahan verib 10 riyazi sualı cavablandıracaqlar. İkinci mərhələnin imtahanı onlayn formatda, xüsusi müşahidə platformasının tətbiqi ilə təşkil ediləcək. İkinci mərhələdə ən yüksək bal toplamış iştirakçılar müsahibə mərhələsində iştirak edəcəklər. Bu mərhələni uğurla başa vurmuş 30 nəfər Bakıda 10 günlük intensiv riyaziyyat təlimlərində iştirak imkanı qazanacaq. Regionlardan gəlmiş iştirakçıların bütün xərcləri qarşılanacaq. Təlimlərin sonunda final yarışı təşkil ediləcək. Nəticədən asılı olaraq 1-ci, 2-ci və 3-cü yerin qalibləri seçiləcək. 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat mükafat veriləcək. Yarışmanın təşkilinə beynəlxalq olimpiadalarda təcrübəsi olan yerli və xarici mütəxəssislər cəlb olunacaq. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB istedadlara dəstəyini bütün sahələrdə davam etdirir. ABB Riyaziyyat Yarışması orta məktəblərin yuxarı siniflərində təhsil alan gənclərimiz üçün böyük bir fürsətdir. Bu yarışmaya qatılacaq istedadlar arasından gələcək inkişafın peşəkar mütəxəssislərini seçmək istərdik. Əminik ki, yüksək riyazi biliklərə malik gənclərimiz bu yarışmaya böyük maraq göstərəcəklər və ABB Riyaziyyat Yarışmasında iştirak onların ən böyük uğurlarının başlanğıcı olacaq”. Yarışmada iştirak üçün yanvarın 10-dək bu linkdə qeydiyyatdan keçmək olar: https://abbtech.az/ ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Tam Visa kartını təqdim etdi

ABB müştərilərə yeni üstünlüklər qazandıran Tam Visa kartını bazara təqdim edib. Məhsulun əsas üstünlükləri rəqəmsal olmasıdır. Tam Visa kartını dərhal aktivləşdirib ondan istifadəyə başlamaq olar. Bu isə müştəri üçün sürət və rahatlıq deməkdir. Bu kart ödənişlərdən 10%-dək faydalı keşbek qazandırır. Kartla köçürmə və nağdlaşdırma 3 000 AZN-dək komissiyasızdır. FaydaMax-da “Qızıl”mərhələyə çatdıqda müştəri 2x ƏDV Geri Al-dır. Üstəlik, kart sahibləri Tam Visa ilə apardıqları əməliyyatların dövriyyəsinə görə də müəyyən hədiyyələr əldə edirlər. Onlara dövriyyədən asılı olaraq Costa Coffee-də, ParkCinema-da, Crunch Burger-də müxtəlif imtiyazlar verilir. Bundan başqa, 31 mart 2026-cı il tarixinə qədər keçiriləcək kampaniya çərçivəsində ölkə ərazisində nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında ABB-nin yeni Tam Visa kartı ilə Apple Pay, yaxud Google Pay vasitəsilə edilən ödənişlər sərnişinlərə 100% keşbek qazandıracaq. Ödənilən gediş haqqı məbləği 100% keşbek olaraq ABB mobile-dakı “Faydalı keşbek” balansına köçürülür. Kampaniya yalnız AZN valyutalı yeni Tam Visa kartı ilə keçərlidir. Hər müştəri kampaniyadan maksimum 10 dəfə yararlana bilər. Kampaniya yalnız Apple Pay və Google Pay texnologiyalarını dəstəkləyən avtobuslarda keçərlidir. Tam Digi Visa kartının yaratdığı bütün imkanlarla buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

Taksi ilə gediş haqqına 10% endirim!

Ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına dəstək verən və nəqliyyat sistemində də nağdsız ödənişlərə şərait yaradan ABB bu məqsədlə növbəti yeniliyi təqdim edib. Baku Taksi Xidmətinin London taksilərində ABB-nin yerləşdirdiyi POS terminallarda istənilən Visa kartı ilə ödəniş zamanı gediş haqqına dərhal 10% endirim tətbiq olunur. Baku Taksi Xidmətinin taksilərindən istifadə zamanı sərnişin gediş haqqını Visa kartı ilə yanaşı, ödəniş üzüyü, NFC sistemini dəstəkləyən mobil telefonu və ya Garmin saatı ilə rahatlıqla ödəyə bilər, endirim bu vasitələrə də aiddir. Sərnişin 10% endirimi ABB-nin Baku Taksi Xidmətinin London taksilərində quraşdırılmış məsafədən idarə olunan POS terminalları vasitəsilə ödədikdə qazanır. ABB ilə partnyorluq ticarət və xidmət məkanlarına geniş imkanlar verir. Təsərrüfat subyektləri ABB-nin POS terminallarını quraşdıraraq müştərilərinə müxtəlif faydalar yarada bilərlər. Bank ticarət və xidmət məkanlarında ödənişlərini ABB-nin POS terminalları ilə aparan müştərilərə böyük endirimlər, güzəştlər qazandırır. ABB-nin partnyoru olmaq istəyən təsərrüfat subyektləri ABB-ə bu email vasitəsilə müraciət edə bilər: [email protected] Bankın təqdim etdiyi Visa kartlarının siyahısı ilə buradan tanış olmaq mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Ağalı kəndində ABB-nin Mastercard və Maestro kartları ilə sərfəli alış-veriş!

Zəngilan rayonunun Ağalı kəndində yerləşən “Rahat” marketdə alış-veriş 10% keşbek qazandıracaq. Bunun üçün ödənişi ABB-nin Mastercard və Maestro kartları ilə həyata keçirmək kifayətdir. Bir ödəniş kartı üzrə ümumilikdə əldə oluna biləcək keşbekin maksimal məbləği 50 AZN-dir. Hesablanmış keşbeklər hər növbəti ayın əvvəlində kart hesabına köçürüləcək. Kampaniya Mərkəzi Bank, ABB və Mastercard beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində Ağalı kəndində nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə həyata keçirilir. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə inşa olunan yeni yaşayış məskənlərinin "Ağıllı kənd" konsepsiyası əsasında tikilməsi planlaşdırılır. "Ağıllı kənd" konsepsiyası insanların həyatını asanlaşdırmağı, istehsal və xidmət sektorunda səmərəliliyi artırmaq üçün İKT-nin imkanlarından istifadəni nəzərdə tutur. Artıq yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılıb. Həyata keçirilən quruculuq proseslərinə paralel olaraq ABB işğaldan azad olunan bütün ərazilərdə müasir və universal bankçılıq xidmətlərinin göstərilməsini təmin edəcək. Xatırladaq ki, ABB işğaldan azad edilmiş ərazilərimizdə xidmətə başlayan ilk bankdır. Belə ki, 2020-ci ilin dekabr ayının əvvəlindən Hadrut qəsəbəsində Bankın ilk ATM-i quraşdırılıb. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Riyaziyyat Yarışmasının qalibləri seçildi

ABB-nin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə 9, 10 və 11-ci sinif şagirdləri üçün təşkil etdiyi ABB Riyaziyyat Yarışması başa çatıb. Yarışmada iştirak üçün 7574 şagird müraciət edib və birinci seçim mərhələsinə dəvət alıb. Onlardan 260 nəfər bu mərhələni uğurla tamamlayaraq ikinci mərhələyə keçid edib. Növbəti mərhələdə də uğur qazanmış 62 nəfər arasından müsahibə ilə 35 şagird Bakıda təşkil olunan 10 günlük intensiv riyaziyyat təlimlərində iştirak imkanı qazanıb. Təlim iştirakçılarının 12 nəfəri region məktəblərində təhsil alan şagirdlər olub. Təlimlər ABB Tech Akademiyasının bazasında, olimpiada və intensiv təhsil proqramlarının təşkili sahəsində ixtisaslaşmış yerli və xarici ekspertlərin metodoloji dəstəyi ilə keçirilib. Təlimlərin sonunda iştirakçılar arasında final yarışı təşkil edilib. Nəticədən asılı olaraq ilk 3 yerin qalibləri seçilib. 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat mükafat verilib. Digər iştirakçılara isə sertifikatlar təqdim edilib. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İstedadlara dəstək məqsədilə Bankımızın həyata keçirdiyi daha bir maraqlı layihə uğurla başa çatdı. Bu layihənin reallaşdırılmasında tərəfdaşlıq dəstəyinə görə Elm və Təhsil Nazirliyinə minnətdarlığımızı bildiririk. ABB Riyaziyyat Yarışmasında biliklərini sınayan bütün gənclərimizə uğurlar arzulayırıq. Cəmiyyətimiz üçün faydalı proqramlarımızı bundan sonra da davam etdirəcəyik”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!