Xəbər

ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı!

İş adamlarının yaxın tərəfdaşı olan ABB yeni mövsümdə onların fəaliyyətinə dəstək məqsədilə xüsusi kampaniya elan edib. Payız kampaniyası çərçivəsində kiçik sahibkarlar 48 ayadək mikrokreditləri ABB-dən 16%-dən başlanan illik faiz dərəcəsi ilə ala bilərlər. 15.000 manatadək kredit üçün zamin tələb olunmur. Kreditin maksimum məbləği 20.000 manatdır. Kampaniya 30 noyabr tarixinə qədər keçərlidir. Hər bir kiçik sahibkar ABB-nin filiallarına müraciət etməklə Payız kampaniyasının üstünlüklərindən yararlana bilər. Bankın Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilov ABB-nin iş adamları üçün faydalı tədbirləri mütəmadi olaraq davam etdirdiyini xatırladıb: “Universal bank olaraq ABB sahibkarların maliyyə xidmətlərinə olan bütün ehtiyaclarını ən sərfəli şəkildə və yüksək keyfiyyətlə təmin edir. İş adamları yaratdığımız imkanlardan istifadə etməklə bizneslərini daha da inkişaf etdirə bilərlər. Onları filiallarımıza müraciət edərək bu imkanlardan faydalanmağa çağırırıq”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. Sifariş et

Xəbər

ABB mobile ilə ödəniş et, 15 AZN-dək keşbək qazan!

ABB mobile-da möhtəşəm qış kampaniyası başlayıb. ABB mobile vasitəsilə ilk ödənişini edən hər bir istifadəçi 10 AZN hədiyyə qazanır. Vəsait keşbək formasında müştərinin kart hesabına daxil olur. Əgər müştəri ABB mobile ilə ilk ödənişini edərkən tətbiqdəki “ƏDV geri al” Mastercard kartını da aktivləşdirərsə, bu zaman əlavə 5 AZN keşbək də əldə edir. Bu kampaniyadan faydalanmaq üçün tətbiqdəki “Sənə özəl” bölməsinə keçib “Faydalı təkliflər” seçiminə daxil olmaq, “Qoşul” düyməsini sıxmaqla ilk ödənişi həyata keçirmək lazımdır. Kampaniya indiyə qədər ABB mobile tətbiqində heç bir ödəniş etməmiş istifadəçilərə şamil olunur. Bu imkan kampaniyadan faydalanan ilk 10 000 istifadəçiyə aiddir. ABB mobile müştərilərə bir çox bank əməliyyatlarını cəmi bir neçə toxunuşla həyata keçirmək imkanı yaradan mobil bankçılıq həllidir. Tətbiqi buradan yükləyib istifadə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

SİMA indi ABB mobile-da!

Müştərilərin işini daha da rahatlaşdırmaq və təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə ABB tərəfdaşlarla inteqrasiya proseslərini davam etdirir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzadan artıq ABB mobile tətbiqində də istifadə etmək mümkündür. SİMA üztanıma texnologiyası əsasında çalışır. ABB mobile istifadəçiləri şəxsi məlumatlarındakı dəyişiklikləri SİMA ilə anında edə bilərlər. Bundan əvvəl məlumat dəyişikliklərinin icrası 3 günədək çəkirdi. SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə elektron xidmətlərdən də yararlanmaq mümkündür. Vətəndaşın imzası tələb olunan bütün rəqəmsal xidmətlər bura aiddir. İmzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması da bu üstünlüklərdəndir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

TamKart al, 30 manatadək hədiyyə qazan!

ABB TamKart sahibləri üçün Bahar kampaniyasına start verib. İndi yeni TamKart kredit kartı əldə edən müştərilər nağdsız ödənişlər zamanı 30 manatadək hədiyyə qazanacaqlar. Kampaniya bütün növ TamKart kredit kartı sahiblərinə aiddir və aprelin 10-a qədər davam edəcək. Bu barədə daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz. TamKart eyni vaxtda həm debet, həm kredit kartı funksiyasını özündə birləşdirən kartdır. Bu kart müştərilərə Bankla tərəfdaş məkanlarda 24 ayadək hissə-hissə ödəniş və 40%-dək keşbek imkanı yaradır. Əlavə olaraq qeyd edək ki, TamKart kredit kartı ilə istifadə edilmiş vəsaiti 60 gün güzəşt müddətində faizsiz geri ödəmək mümkündür. Üstəlik, TamKart debetlə ölkədaxili bütün ATM-lərdə 7 000 manatadək nağdlaşdırmaya və ölkədaxili bütün bank kartlarına köçürmələrə görə heç bir komissiya haqqı tutulmur. TamKartın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən cəmi bir günə tender qarantiyası

ABB hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərə dəstək məqsədilə bank vəsaiti hesabına tender qarantiyası şərtlərini sadələşdirib. Üstəlik, tender qarantiyasına indi İnternet Bankçılıq platforması ilə rahat şəkildə müraciət etmək olar. Hər kəs üçün əlçatan Təcili tender qarantiyasını aşağıdaki şərtlərlə əldə etmək mümkündür: Girovsuz Məhsul benefisiarı dövlət müəssisəsi olan müştərilərə şamil edilir. Məbləğ 1 əqd üzrə maks. 20 000 AZN - dək (USD, EUR ekv.) Qarantiya müddəti maksimal olaraq 1 il Üstəlik, nağd vəsaitin bloklaşdırılması ilə verilən Örtüklü qarantiyaları da İnternet Bankçılıq platformasından sifariş etmək olar. Bu qarantiya formasında qarantiyanın açılma tarixinə ödəyicinin vəsaiti tam məbləğdə emitent, yaxud icraçı bankdakı hesablaşma hesabında bloklaşdırılır. Müştərilər ABB-nin təklif etdiyi müxtəlif qarantiya növlərindən faydalana bilərlər. Bu barədə ətraflı məlumatı buradan əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən tam rəqəmsal təcrübə ilə “İnvoysların maliyyələşdirilməsi”

Bizneslərin etibarlı tərəfdaşı olan ABB daha bir imkanı sahibkarlara təqdim edib. İş adamları ABB Business İnternet Bank platforması üzərindən 3 000 000 AZN-ə qədər “İnvoysların maliyyələşdirilməsi” kreditini rahatlıqla əldə edə bilərlər. Bu kredit məhsulunun əsas üstünlüyü vəsait məbləğinin yüksək olması, rəsmiləşdirmə prosesinin daha az sənədlə, sürətli və rahat şəkildə aparılmasıdır. Belə ki, sahibkar filiala yaxınlaşmadan rəqəmsal platformada sadəcə müraciət formasındakı məlumatları daxil edir, tələb olunan sənədləri yükləyərək göndərir və müqaviləni onlayn şəkildə rəsmiləşdirib vəsaiti tam rəqəmsal təcrübə ilə maksimum 2 günə alır. Məbləğ: 3 000 000 AZN-ə qədər İllik faiz dərəcəsi: 10%-dən başlayaraq Müddət: 18 ayadək B2B (“business to business”) prinsipi ilə fəaliyyət göstərən, biznes müştərilərinə mal və ya xidmət təchiz edən, alıcıları ilə hesablaşmaları nağdsız formada aparan bütün sahibkarlar bu imkandan yararlana bilər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı oldu!

Ölkəmizdə idmanın inkişafına ardıcıl kömək göstərən ABB bu istiqamətdə daha bir addım atıb. Korporativ sosial məsuliyyət siyasəti çərçivəsində Bank “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı olub. ABB Klubun fəaliyyətini dəstəkləyəcək, onun daha böyük uğurlar qazanmasına töhfə verəcək. Tərəfdaşlıq razılaşması ölkəmizdə uşaq futbolunun inkişafına qarşılıqlı köməyi, o cümlədən uşaqlar üçün futbol məktəbinin yaradılması kimi birgə layihələri də əhatə edir. Klubla tərəfdaşlıq ABB brendinin, Bankın məhsul və xidmətlərinin daha da tanınmasına müsbət təsir göstərəcək. “Qarabağ” Futbol Klubu ötən əsrin 50-ci illərindən fəaliyyətdədir. Bu illər ərzində Klub Azərbaycana parlaq qələbələr qazandıraraq futbol tariximizdə bir çox ilklərə imza atıb. Qeyd edək ki, ABB “Qarabağ” Futbol Klubundan başqa, Azərbaycan Boks Federasiyasının, Azərbaycan Voleybol Federasiyasının, Azərbaycan Basketbol Federasiyasının da rəsmi tərəfdaşıdır. ABB-nin öz korporativ sosial məsuliyyət siyasətində idmana xüsusi yer verməsində əsas məqsəd ölkəmizdə idmanın populyarlaşması və kütləviləşməsidir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!

Müştərilərin öz nağdsız ödənişlərindən qazanması üçün müxtəlif imkanlar yaradan ABB bu sahədə daha bir yeniliyini təqdim edib. Bank ABB Miles kartlarını müştərilərin istifadəsinə verib. Bu, xüsusilə səyahətsevərlər üçün çox faydalı bir kartdır. Hazırda COVID-19 pandemiyası səbəbindən səyahətlərdə məhdudiyyətlər olsa da, müştərilər ABB Miles kartlarını əldə edərək ödənişlərini onunla aparıb indidən millər toplaya, məhdudiyyətlər götürüləndə isə pulsuz səyahət imkanlarından geniş istifadə edə bilərlər. Bir sözlə, pulsuz səyahət əldə etmək üçün məhdudiyyətlərin götürülməsini gözləməyə gərək yoxdur. ABB Miles kartları ilə indidən mümkün qədər çox mil toplamaq lazımdır ki, məhdudiyyətlər ortadan qalxanda səyahətlər pulsuz başa gəlsin. ABB Miles kartları müştəriyə hər ödənişdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə,yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Azərbaycan Beynəlxalq Bankı bu layihəni tərəfdaşı olan MasterCard beynəlxalq ödəniş sistemi ilə birgə həyata keçirir. ABB Miles kartlarının iki növü var: ABB Miles Mastercard World və ABB Miles Mastercard Black Edition. Hər müştəri özünə uyğun kartı seçə bilər. ABB Miles kartı ilə millərin hesablanması qaydası isə belədir: ABB Miles MasterCard World kartı ilə hər 1 manat dəyərində ödənişə görə müştəri ölkə daxilində 1.2, ölkə xaricində 1.6 mil toplayır. ABB Miles MasterCard Black Edition kartı isə hər 1 manat dəyərində ödəniş üzrə müştəriyə ölkə daxilində 1.5 mil, ölkə xaricində 1.8 mil qazandırır. ABB Miles kartının ən böyük üstünlüklərindən biri də budur ki, müştərinin ödəniş dövriyyəsi ilk dəfə 1000 manatı keçdikdə ona avtomatik olaraq 500, ilk 2000 manatı keçdikdə isə 1000 mil birdəfəlik hədiyyə edilir. Millərdən 2 il müddətinə istifadə etmək olar. Kartdan istifadə müddəti 3 ildir. Kartı həm manat, həm dollar, həm də avro hesabında açdırmaq olar. Üstəlik, ABB-nin ATM-lərində ABB Miles kartları ilə nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur. “QayğıCash proqramı” çərçivəsində ABB ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla aparılmış hər ödəniş keşbek faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir. ABB Miles kartlarını buradan sifariş vermək olar. Qeyd edək ki, Bank ilk dəfə olaraq öz yeni məhsulunun təqdimatını sosial şəbəkələr üzərindən onlayn formatda edib. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

ABB dayanıqlılıq sahəsində təşəbbüslərinin davamı olaraq BMT-nin Qlobal Sazişinə qoşulub. Bu Saziş biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunu stimullaşdırır. BMT-nin Qlobal Sazişinə üzv olması Bankın Dayanıqlı İnkişaf Məqsədləri (SDG), eləcə də ekoloji, sosial və korporativ idarəetmə sahələrinin (ESG) təşviqini əhatə edir. Beləliklə, ABB Qlobal Sazişin 10 prinsipinə əməl edəcəyini bəyan etmiş olur. Xatırladaq ki, ötən il ABB 2022-ci il üzrə beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf Hesabatını da təqdim edib və dayanıqlılıq istiqamətində fəaliyyətini ictimaiyyətlə paylaşıb. Karbon emissiyasını, kağız, elektrik enerjisi və yanacaq istehlakını azaldıb 2023-cü ildə də ABB yaşıl bankçılıq istiqamətində əhəmiyyətli nəticələr əldə edib. Ötən il müştəri və işçi sayının artmasına baxmayaraq, bankdaxili fəaliyyət nəticəsində ABB ətraf mühitə emissiya olunan karbon qazının həcmini (“Scope 1 & 2”) 5% azaldıb. Beləliklə, ABB karbon emissiyasının həcmini 2023-cü ildə əvvəlki illə müqayisədə hər işçi üzrə 16% azaltmağa nail olub. Eləcə də, 2023-cü ildə ABB bir müştəri üzrə kağız istehlakını 2022-ci illə müqayisədə 28% azaltmağa nail olub. Həmçinin, Bankın bir əməkdaşı üzrə elektrik enerjisi və yanacaq istehlakında da ötən illə müqayisədə müvafiq olaraq 10% və 16% azalma qeydə alınıb. ABB ətraf mühitlə bağlı layihələrini də uğurla davam etdirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Visa şirkəti ilə əməkdaşlıq əsasında ölkəmizin ilk ekoloji bank kartı olan TamEco-nu bazara təqdim edib. Bu layihə üzrə ölkə ərazisində 36 000 ağac əkilib. 2023-cü ildə ABB dayanıqlı bankçılığa xidmət edən texnoloji innovasiyaları da geniş tətbiq edib. TamDigi kartının təqdimatı ilə fiziki karta tələb azaldılıb. Rəqəmsal kredit və əmanət məhsullarının təklif olunması ilə fiziki sənəd dövriyyəsinin azaldılmasına zəmin yaradılıb. Qısa müddət ərzində 100 000-dən çox kart plastik və kağız istifadəsi olmadan təqdim edilib. Eləcə də 200 000-dən artıq kredit və 1000-dən çox əmanət müraciəti kağız istifadəsi olmadan tam rəqəmsal formada icra olunub. BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq gender bərabərliyini qoruyur ABB gender bərabərliyinin qorunmasına və qadınların karyera inkişafına da xüsusi diqqət ayırır. Son illər ərzində Bankda işə götürülən qadın işçilərin sayında əhəmiyyətli artım tendensiyası qeydə alınıb. Nəticədə 2023-cü ildə ABB-də qadın əməkdaşların sayı əvvəlki illə müqayisədə 14% artaraq 1437 nəfərə çatıb. Rəhbər vəzifələrdə çalışan qadınların sayı isə 33% artımla 110 nəfər təşkil edib. KSM layihələri ilə dayanıqlı inkişafa töhfə verir ABB ölkəmizdə təhsilin, idmanın, mədəniyyətin inkişafına dəstək layihələrini də davam etdirməkdədir. 2023-cü ildə ABB Tech Akademiyasının təşkilatçılığı ilə Akademiyanın tələbə və məzunları üçün "Karyera Həftəsi" keçirilib. Bankın müxtəlif ali təhsil müəssisələri ilə tərəfdaşlığı əsasında ayrı-ayrı universitetlərdə də karyera günləri təşkil olunub. İndiyə qədər ABB Tech Akademiyasının 30-dan artıq proqramından 586 nəfər məzun olub. 35%-i ABB-də olmaqla məzunların ümumən 82%-i 130-dan artıq yerli və xarici şirkətdə işə qəbul edilib. ABB tələbələr arasında “TamGənc Basketbol Liqası”na, Təhsilin İnkişafı Forumuna, DOST Agentliyinin Azərbaycan Banklar Assosiasiyası ilə birgə BDU-da fiziki məhdudiyyətli gənclər üçün təşkil etdiyi “Sərhədsiz istedadlar” sərgi-yarmarkasına da dəstək verib. Bank həmçinin Riyaziyyat sahəsində xüsusi istedada malik gənclər üçün Yay Riyaziyyat Düşərgəsi təşkil edib. ABB-nin gələcək inkişaf strategiyasında da dayanıqlılıq mövzusu əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub. Bank bu il Azərbaycanın ev sahibliyi edəcəyi, dayanıqlılıq və iqlim dəyişikliyi üzrə qlobal nüfuzlu tədbir olan COP29-da iştirak perspektivlərini də nəzərdən keçirir. Gələcək planlarının tərkib hissəsi kimi, ABB artıq BMT-nin İqlim Dəyişiklikləri uzrə Çərcivə Konvensiyasının (UNFCCC) maliyyə mexanizmi Yaşıl İqlim Fondu (“Green Climate Fund”) ilə akkreditasiya prosesinə başlayıb. Bu Fondla əməkdaşlıq əsasında yerli bizneslərin dayanıqlı inkişaf istiqamətində təşəbbüslərini maliyyələşdirməyi nəzərdə tutur. ABB yaxın dövrdə karbon kreditlər, dayanıqlı istiqrazlar və kreditlər kimi yaşıl bankçılıq və dayanıqlı maliyyələşmə ilə bağlı bir çox sahələrdə müştərilərə müxtəlif yeniliklərin təklif edilməsi üçün araşdırmalarını davam etdirir. Həmçinin kağız və digər təbii resurlardan istifadəyə qənaət məqsədilə müxtəlif yeni rəqəmsal və fiziki həllərin tətbiqini hədəfləyən layihələrin icrasını planlaşdırır.

Xəbər

ABB bu il rekord məbləğdə, 200 milyon manat dividend ödəyəcək

Bu ilin 7 mayında ABB Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək. Artıq bununla bağlı bildiriş yayılıb. Yığıncağın gündəliyindəki aktual məsələlərdən biri də səhmdarlara 2024-cü ilin mənfəətindən dividend ödənişi ilə bağlıdır. Bank ötən il uğurla həyata keçirilmiş səhm emissiyasından sonra bu il ilk dəfə olaraq kütləvi sayda, yəni 30 mindən çox səhmdarı ilə öz qazancını bölüşəcək. Bununla bağlı və digər suallarımızı ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimova ünvanladıq… -Abbas müəllim, ABB 2024-cü ilin mənfəətindən səhmdarlarına nə qədər dividend ödəyəcək? -Bu günlərdə beynəlxalq mühasibat standartlarına əsaslanan maliyyə hesabatımıza kənar auditor rəyi verildi. ABB maliyyə qrupu ili 360 milyon manat məbləğində xalis mənfəətlə başa vurub. Bu nəticələr səhmdarlarımıza hər il olduğu kimi yüksək dividend ödəməyimizə imkan yaradır. Bank menecmenti olaraq biz səhmdarlarımıza 200 milyon manat dividend ödənilməsini təklif etmişik. Yeddi ildir, səhmdarlarımıza ardıcıl şəkildə yüksək dividendlər ödəyirik. Bu il nəzərdə tutulan 200 milyon manatlıq məbləğ isə son yeddi ilin rekord dividend məbləğidir. 7 may tarixində, Səhmdarların Ümumi Yığıncağında bununla bağlı müsbət qərar qəbul edilərsə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6% olacaq. Bu il ilk dəfə olaraq gəlirlərimizi onminlərlə Azərbaycan vətəndaşı ilə bölüşmək komandamız üçün böyük qürurdur. ABB-nin sağlam, mənfəətli, dayanıqlı fəaliyyəti yüzminlərlə insanın həyatına müsbət toxunuş edəcək. -ABB səhmdarları dividend qazanclarını nə zaman əldə edəcəklər? -Səhmdarların Ümumi Yığıncağının müvafiq qərarından sonra qanunvericiliyə uyğun şəkildə ödəniş prosedurlarına başlayacağıq. Dividend gəlirləri səhmdarlarımızın hesablarına köçürüləcək. Düşünürəm ki, Səhmdarların Ümumi Yığıncağından sonra növbəti bir ay ərzində, yəni təxminən bu ilin iyununa qədər hər bir səhmdarımız dividend qazancını əldə edə biləcək. -Son günlər ABB səhmlərinin alqı-satqısında müəyyən canlanma var, səhm qiymətləri də bahalaşır. Bu, nə ilə bağlıdır? -Bəli, son aylar ABB səhmlərinə tələb artmaqdadır. Səhmlərin qiymətində də yüksəlmə var. Bankımızın səhmlərinə marağın artması, çox güman, ABB-nin uğurlu maliyyə göstəriciləri, Banka inamın daha da artması, habelə investorların dividend gözləntisi ilə bağlıdır. Məlumat üçün bildirim ki, 7 may tarixinə qədər ABB səhmi əldə etmiş və aldığı səhmlər həmin tarixədək Milli Depozit Mərkəzinin reyestrinə düşmüş hər bir səhmdarımıza 2024-cü ilin mənfəətindən malik olduğu səhm sayına uyğun dividend ödəniləcək. -Hazırda əhalinin manatla investisiya alətlərinə və depozitlərə marağı necədir? -2024-cü ilin əvvəlindən ABB-də fiziki şəxslərin depozitlərinin həcmi 34% və ya 665 mln. manatdan çox artıb ki, bu artımın da 75%-ni və ya 495 milyon manatdan çox hissəsini milli valyutada olan depozitlər təşkil edir. Dövr ərzində fiziki şəxslərin manatda olan müddətli əmanətlərinin həcmi 89% artaraq 900 mln manatı ötüb. Ölkəmizin bank sektorunda isə son 3 ildə manatla depozitlərin həcmində 67% artım var, manatla əmanətlərimizin həcmi artıq 10 mlrd. manata yaxınlaşır. Bu dövrdə xarici valyutada fiziki şəxslərin əmanətlərinin ümumi portfeldə payı 39.8%-dən 34%-ə qədər azalıb. Bu da onu göstərir ki, əhalinin milli valyutaya inamı getdikcə güclənməkdədir. -Bu inam əsaslıdırmı? Çünki ara-sıra xarici valyutaya tələbin artması da müşahidə edilir. -Ümumən deyərdim ki, son illərdə ölkəmizdə valyuta bazarındakı situasiya sabitdir. Düzgün qeyd edirsiniz ki, bəzi dövrlərdə tələbin artımı müşahidə edilir, amma tələb artımı iqtisadi amillərdən kənar səbəblərə görə olduğundan müvəqqəti xarakter daşıyır. Bəzən iri layihələrin maliyyələşdirilməsi, bəzən də əsassız şayiələr tələbata qısamüddətli təsir göstərir. Bütövlükdə isə xarici valyutaya tələbin artması fundamental amillərlə bağlı olmadığı üçün dayanıqlı deyil. Ölkəmizin valyuta ehtiyatları dayanıqlı şəkildə artır. 2024-cü ilin sonuna strateji valyuta ehtiyatlarımızın həcmi təqribən illik ÜDM-ə bərabər olub. Yalnız son 3 il ərzində Azərbaycanın valyuta ehtiyatları 33.4% və ya 17.8 mlrd. ABŞ dolları artıb. Mövcud ehtiyatlar ölkəmizi gözlənilməz xarici və daxili şoklardan qoruyan təhlükəsizlik yastığı rolunu oynayır. Düşünürəm ki, vətəndaşlarımız manatda həm səhm, istiqraz kimi alətlərə investisiya edə bilərlər, həm də banklarda manatla depozit yerləşdirib yüksək qazanc imkanından faydalana bilərlər. -ABB gələcəkdə dividend siyasətini necə davam etdirməyi planlaşdırır? Səhmdarları nə gözləyir? -ABB olaraq hədəfimiz uzunmüddətli perspektivdə səhmdarlarımızla qazancımızı bölüşməyə davam etməkdir. Bu baxımdan, mənfəətimizin bir hissəsi hər il dividend ödənişlərinə yönələcək. Əlbəttə, Bankın hər zaman sağlam və dayanıqlı maliyyə durumunda olması, strateji inkişaf planlarını həyata keçirə bilməsi üçün adekvat kapitallaşma səviyyəsinin qorunması çox önəmlidir. Biz innovativ və rəqabətqabiliyyətli biznes modelimizlə, səmərəli fəaliyyətimizlə, riskləri optimallaşdıraraq, mənfəətliliyi daim artırmaqla səhmdarlarımızın stabil gəlir əldə etməsini təmin etməyi hədəfləyirik.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!