Xəbər

İki dəfə daha ucuz qiymətə ödəniş üzükləri!

Ödəniş üzüklərindən daha çox müştərinin istifadə edə bilməsi üçün ABB bu məhsulun çeşidlərini artırıb. İndi “Payment Ring” ödəniş üzüklərini VISA Gold kartları ilə birgə də almaq mümkündür. Yeni məhsuldan istifadə üzrə xidmət haqqı 150 manatdır. Qeyd edək ki, indiyə qədər müştərilərə yalnız 300 manatlıq VISA Platinum və 600 manatlıq VISA İnfinite kartlarına bağlı ödəniş üzükləri təklif edilirdi. VISA Gold kartları ilə təqdim olunan ödəniş üzüyünün istifadə müddəti 4 ilədək, kartın istifadə müddəti isə 3 ildir. Kartı AZN, USD, EUR və GBP hesablarında açdırmaq olar. Ödəniş üzükləri ABB-nin ölkəmizə gətirdiyi innovativ bankçılıq texnologiyalarındandır. Bankın bu ilin əvvəlindən bazara təqdim etdiyi bu ödəniş vasitəsi təmassız NFC texnologiyası əsasında hazırlanıb. Ödəniş üzükləri adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar. Ödəniş üzüklərini şəxsiyyət vəsiqəsi ilə ABB-nin istənilən filial və ya şöbəsindən və ya online sifariş edərək əldə etmək mümkündür. Bu imkandan faydalanmaq istəyən müştərilər Banka mümkün qədər tez müraciət etməlidirlər. Çünki “Payment Ring” ödəniş üzüklərinin sayı məhduddur. Müasir dövlət bankı olan ABB-nin məsafədən xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar. Sifariş et

Xəbər

ABB Miles kartlarına yüksək endirim!

ABB-dən, xərclədikcə millər qazandıran ABB Miles kartları ilə bağlı növbəti kampaniya! İndi ABB Miles və ABB Miles Premium məhsulları üzrə həm debet, həm də kredit kartları 30 Sentyabr tarixinə qədər xüsusi endirimlə təqdim olunur. ABB Miles kartları müştəriyə hər ödənişdən millər qazandıran, daha sonra isə toplanmış milləri pulsuz təyyarə biletlərinə və yaxud otel rezervasiyalarına dəyişdirmək fürsəti yaradan kart məhsuludur. Yığılmış milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı istifadə etmək mümkündür. Kampaniya çərçivəsində ABB Miles Premium kartları əldə edən müştərilərə 2 ay müddətinə ödənişsiz depozit seyfi də təqdim olunur. ABB Miles kartlarını Bankın mobil tətbiqi və ya rəsmi internet səhifəsi vasitəsilə onlayn sifariş vermək, həmçinin Bankın bütün filial və şöbələrindən əldə etmək mümkündür. Həmçinin ABB Miles debet və Bankın istənilən digər debet kartları onlayn sifariş zamanı ünvana pulsuz çatdırılır. ABB Miles kartları həm də kredit kartı olaraq təqdim olunur. Bu kartlar müştərilərə hissə-hissə ödəniş və 60 günədək güzəşt müddəti imkanı verir. Manatla olan ABB Miles Debet kartı hesabındakı vəsait qalığına isə illik 3%-dək əlavə mil verilir. Mil qazancı hər günün sonuna kartda olan vəsaitə görə hesablanır və ayın sonunda müştərinin balansında əks olunur. Mil balansını Bankın mobil tətbiqində və ya şəxsi kabinetdə yoxlamaq olur. ABB Miles kartlarının bir çox başqa üstünlükləri də var. ABB-nin ATM-lərində bu kartlar ilə 15000 AZN-dək nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur, SMS xəbərdarlıq xidməti isə ödənişsizdir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

“American Express” kartlarında böyük endirimlər!

Azərbaycanda “American Express” beynəlxalq ödəniş sisteminin yeganə tərəfdaşı olan ABB AMEX kartlarına sahib olmaq istəyənlər üçün gözəl bir imkan yaradıb. Mayın 21-dən start verilən kampaniya zamanı AMEX Green və AMEX Gold kartlarını Bankdan böyük endirimlərlə əldə etmək olar. Belə ki, kampaniya müddətində 3 illik AMEX Express Green kartını 120 manat əvəzinə cəmi 30 manata, AMEX Gold kartını isə 300 manat əvəzinə cəmi 150 manata almaq olar. Kampaniya müddətində AMEX Green kartı cəmi 100 manat və ya 100 ABŞ dolları mədaxillə müştərilərə pulsuz təklif edilir. AMEX Gold kartını isə 500 manat və ya 500 ABŞ dolları mədaxillə pulsuz almaq mümkündür. AMEX kartlarını endirimlə ABB-nin bütün filial və şöbələrindən ala, eləcə də onlayn qaydada sifariş verə bilərsiniz. Hesaba mədaxillə pulsuz AMEX kartlarını isə ABB-nin bütün filial və şöbələrindən almaq mümkündür. Bu kampaniya fürsəti iyulun 21-ə qədər davam edəcək. AMEX kartlarının ən böyük üstünlüklərindən biri dünyanın müxtəlif ölkələrindəki ticarət və xidmət məkanlarında sahibinə böyük endirimlər qazandırmasıdır. Müştəri, eyni zamanda, "American Express"in üzvlük proqramlarından da istifadə edərək müxtəlif güzəştlər əldə edir. Bundan başqa, 7/24 rejimində xidmət göstərən unikal “American Express Konsyerj” xidmətindən faydalanmaqla səyahətləri əvvəlcədən planlaşdırmaq, bu şəxsi köməkçinin dəstəyi ilə bir çox səyahət problemlərini (otel, bilet, taksi sifarişi və s.) asanlıqla yoluna qoymaq mümkündür. AMEX kartları haqqında daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB səhmlərinə abunə yazılanlar üçün keçirilən lotereyanın ilk qalibləri açıqlandı!

ABB-nin 1 avqustdan elan etdiyi "ABB səhmdarı ol, şanslarını artır!" lotereya kampaniyasının birinci tirajı oynanılıb. İlk tirajda 50 qalib seçilib. Kampaniyanın şərtlərinə əsasən, 1 nəfər – 5000 AZN, 1 nəfər – 3000 AZN, 1 nəfər – 2000 AZN, 47 nəfər – 100 AZN mükafat qazanıb. Lotereyanın müddəti 10 sentyabr 2024-cü ilə qədərdir. Bu müddətdə ABB səhmlərini sifariş etmiş investorlar 5000 AZN-dək pul mükafatı qazanmaq şansı əldə edəcəklər. Növbəti tirajların tarixləri: 2-ci tiraj: 11.08.2024 – 20.08.2024 (23.08.2024-cü il, saat 17:00-da oynanılacaq); 3-cü tiraj: 21.08.2024 – 31.08.2024 (05.09.2024-cü il, saat 17:00-da oynanılacaq); 4-cü tiraj 01.09.2024 – 10.09.2024 (15.09.2024-cü il, saat 17:00-da oynanılacaq). Şərtlərə əsasən, hər səhm sifarişi müştərilərə 1 şans qazandırır. Müştərilər minimum 100, maksimum 400 000 səhm ala bilərlər. Qazanılan şanslar hər tiraj müddətinin yekununda cəmlənir və lotereyada həmin say qədər iştirak şansı olur. Müştəri hər tirajda 1 dəfə qalib ola bilər. Növbəti tirajlar da ABB-nin korporativ Facebook səhifəsi üzərindən canlı yayımda oynanılacaq. Qaliblər proqram təminatının köməyi ilə təsadüfi qaydada seçiləcək və uduşlar pul şəklində müştərilərin ABB-dəki aktiv debet kartı və ya “Faydalı keşbek” hesablarına köçürüləcək. Hədiyyələr hər tiraj üçün eynidir: 1 nəfər – 5000 AZN 1 nəfər – 3000 AZN 1 nəfər – 2000 AZN 47 nəfər – 100 AZN Birinci tirajın qalibləri ilə buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB istiqrazları tam həcmdə uğurla yerləşdirildi!

24 dekabr 2024-cü ildə Bakı Fond Birjasında "ABB” ASC-nin sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Daha öncə Bakı Fond Birjasının “Premium” bazar seqmentində listinqə daxil edilmiş bu qiymətli kağızların ümumi həcmi 100 milyon manat təşkil edir. İstiqrazların emissiyası rəqabətli hərrac üsulu ilə həyata keçirilib. Təklif olunan istiqrazların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 2 il təşkil edir. İstiqrazlar investorlara illik 11% gəlirlilik təmin edəcək. Bu istiqrazlar üzrə faiz ödənişləri hər 3 (üç) təqvim ayından bir həyata keçiriləcək. Ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə, faiz ödənişi növbəti ilk iş günü tamamlanacaq. Bu istiqrazların buraxılışı mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, ortamüddətli maliyyələşmənin təmin olunması, eləcə də ölkəmizin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək məqsədilə həyata keçirilib. Emissiyadan əldə olunan vəsait ABB-nin kredit portfelinin artırılmasına, kredit bazarında mövqeyinin gücləndirilməsinə, eləcə də ABB-nin strateji layihələrinin icrasının maliyyələşməsinə yönəldiləcək. Əlavə olaraq, istiqraz buraxılışından cəlb olunmuş vəsaitlər ölkə daxilində sərfəli və keyfiyyətli bankçılıq xidmətləri təklif etməklə regionlarda real iqtisadiyyatın maliyyələşdirilməsinə, bölgələrdə iqtisadi rifahın və məşğulluğun artırılmasına müsbət təsir göstərəcək. Buraxılışın anderrayteri qismində “ABB-İnvest İnvestisiya Şirkəti” QSC çıxış edib. İstiqrazlar artıq sabahdan etibarən Bakı Fond Birjasında təkrar bazarda tədavülə buraxılacaq. Təkrar bazardan bu istiqrazları əldə etmək niyyətində olan investorlar “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-ə müraciət edə bilər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Endirimli ABB Miles kartları ilə pulsuz səyahət et!

Müştərilərin bank xidmət və məhsullarından onlayn şəkildə istifadə təcrübəsini inkişaf etdirmək üçün müxtəlif həllər düşünən ABB bu məqsədlə yeni kampaniya elan edib. Bankın bazara yenicə təqdim olunmuş ABB Miles kartlarını kampaniya müddətində onlayn sifariş verən müştərilər bu kartları 30% endirimlə alacaqlar. Kampaniya sentyabrın 14-dək davam edəcək. ABB Miles kartlarını buradan onlayn sifariş vermək olar. ABB Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. ABB Miles kartları müştəriyə hər ödənişdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Millərin hesablanması qaydaları ilə buradan tanış olmaq mümkündür. Sifariş edilmiş ABB Miles Premium kartlarını seçimindən asılı olaraq Bank müştərinin ünvanına çatdırır. ABB Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər. ABB Miles kartlarının şərtləri digər bankların eyni məhsullarından daha sərfəlidir. Kartdan istifadə müddəti 3 ildir. ABB-nin ATM-lərində ABB Miles kartları ilə nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur. Kart SMS xəbərdarlıq sisteminə pulsuz qoşulur. Bankın mobil tətbiqində mil balansını yoxlamaq olur. “QayğıCash proqramı” çərçivəsində ABB ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla aparılmış hər ödəniş keşbek faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir. Müasir dövlət bankı olan ABB-nin məsafədən xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

İndi hər kəs TamKart ala bilər

ABB TamKart sahibi olmaq istəyən müştərilərin seçim imkanlarını daha da genişləndirib. İndi debet rejimində istifadə edilən TamKart Debet məhsulunu da Bankdan əldə etmək olar. İndiyə qədər TamKart sahibi olmaq istəyən şəxs üçün kredit xətti açıldığından müştərinin rəsmi iş yerinin olması tələb edilirdi. Amma indi hər kəs TamKart sahibi ola, öz vəsaitlərini kart hesabına yerləşdirərək nağdsız ödənişlər aparıb keşbek qazana bilər. Elə TamKartın müştərilər üçün əsas üstünlüyü də ödənişlər zamanı onlara keşbek qazandırmasıdır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən faizini ayın sonunda kart hesabına geri alır. ABB-nin “QayğıCash” proqramı çərçivəsində isə Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı əlavə keşbeklər də müştərinin kart hesabına geri qayıdır. TamKart Debet məhsulu müştərilərə 4 növdə təqdim edilir: VISA TamKart Classic, Mastercard TamKart Standard, TamKart Gold (VISA/MC), TamKart Platinum (VISA/MC) və TamKart Premium (VISA/MC). TamKart Debet kartının ön tərəfində debet, arxa tərəfində kredit kart məlumatları əks olunur. Kartdan istifadə müddəti 5 ildir (TamKart Premium - 3 il). TamKart Debet-in əsas özəllikləri: -TamKart Classic/TamKart Standard, qiymət - 20 AZN, keşbek - 1% -TamKart Gold, qiymət - 50 AZN, keşbek - 1% -TamKart Platinum, qiymət - 100 AZN, keşbek - 1.5% -TamKart Premium, qiymət - 300 AZN, keşbek - 1.5% Bu kartlarla nağdlaşdırma və SMS xəbərdarlıq xidmətindən istifadə üçün xidmət haqqı tələb olunmur. TamKart Platinum və Premium kartları ilə Chatbot Concierge, Fastline, Lounge Key, sığorta və digər bu kimi xidmətlərdən də faydalanmaq mümkündür. Məhsul haqqında daha ətraflı məlumatları buradan əldə etmək, kartı onlayn sifariş vermək olar. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. Onlayn TamKart Debet sifarişi üçün: ibar.az

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!