Xəbər

ABB-nin KOBİA şöbəsi açıldı

Biznesin etibarlı tərəfdaşı olan ABB kiçik və orta sahibkarlar üçün daha da əlçatan olmaqdan ötrü Bakı KOB evində yeni şöbəsini açıb. KOBİA şöbəsi Bakı şəhəri, akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllədə fəaliyyət göstərir. Geniş məkanda yerləşən, müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. KOBİA şöbəsində bütün müştərilər fiziki və hüquqi şəxslər üçün hesabların açılması, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Nərimanovda yeni filial yaratdı

Müştərilər üçün daha da rahat və əlçatan olmaq üçün ABB həm Bakıda, həm regionlarda xidmət şəbəkəsinin yenilənməsini davam etdirir. Bəzi məkanlarda yeni filiallar yaradılır. Bank Nərimanov metrostansiyası yaxınlığında da yeni filialını yaradıb. ABB-nin “Nəqliyyat” filialının bazasında təşkil edilmiş Nərimanov filialı Bakı şəhəri, Ağa Nemətulla küçəsi 42 ünvanında müştərilərin xidmətindədir. Filial Bankın müasir konseptinə, yeni brend kimliyinə tam uyğun qurulub. Burada müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər Nərimanov filialında kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli məhsul və xidmətlərdən faydalana bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən biznes sahibləri üçün daha bir sərfəli xidmət!

Bizneslərin etibarlı tərəfdaşı olan ABB, onlar üçün daha bir sərfəli imkan yaradıb. Sahibkarlar artıq ABB-nin POS-terminalları üzərindən AniPay sistemi ilə QR ödənişlərini qəbul edə bilərlər. Belə ki, müştəri alış-verişdən sonra mobil telefonunda ABB mobile bank tətbiqini açaraq QR-la rahat şəkildə ödənişini aparır. ABB bu layihəni “NBA Technologies International” MMC şirkəti ilə birgə reallaşdırıb. Ödənilən məbləğ dərhal biznes subyektinin hesabına daxil olur. Bu yeniliyin bizneslər üçün əsas üstünlüklərindən biri də komissiya haqlarının son dərəcə sərfəli olmasıdır. Üstəlik, sentyabr ayının sonunadək xidmətdən istifadə tamamilə komissiyasızdır. Xidmətdən istifadə etmək üçün müraciət edə bilərsiniz: https://tamkart.az/partners/partner-with-us ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən gənclər üçün “FaydaMania” ilə qazanc fürsəti!

Bütün müştəri seqmentlərinin universal bankı olan ABB gənc müştəriləri üçün də qazandıran imkan yaradıb. Bank “FaydaMania” loyallıq proqramını gənclərin istifadəsinə verib. ABB mobile tətbiqinin 18-29 yaş aralığında olan istifadəçiləri tətbiqdə “FaydaMania” funksionallığını aktivləşdirərək lazımi hədəflərə çatıb müxtəlif mükafatlar qazana bilərlər. Mükafatlara ayrı-ayrı kateqoriyalar üzrə artırılmış keşbek məbləğləri, promokodlar, kinoya, başqa əyləncəli tədbirlərə biletlər və digər hədiyyələr daxildir. Bu imkandan yararlanmaq üçün 3 sadə addım kifayətdir: ABB mobile tətbiqinin "Sənə özəl" bölməsindən “FaydaMania” funksionallığını aktivləşdirmək; "Bütün təkliflərin" bölməsinə keçərək hədəflərlə tanış olmaq; lazımi dövriyyə hədəfinə çatandan sonra qazanılmış mükafatı qəbul etmək. Gənc müştəri eyni anda aktiv olan bütün hədəflərə çata bilər. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

ABB mobile tətbiqi ilə bankçılıqda yeni dövr başlanıb. Açıq bankçılığa qoşulmuş digər bankların müştəriləri də artıq öz hesablarını və kartlarını ABB mobile-da izləmək imkanı əldə ediblər. Bu, müştərilərə daha rahat, mərkəzləşdirilmiş və asanlıqla nəzarət edilə bilən bankçılıq təcrübəsi yaradır. Müştəri balans və əməliyyat tarixçəsini birbaşa tətbiqdən izləyir. Onun fərdi icazəsi əsasında məlumatların paylaşılması idarə olunur. Eyni tətbiq üzərindən ümumi maliyyə hesabatına baxmaq mümkündür. Məlumatlarının paylaşılması üçün icazə müddətini (30 gündən 90 günədək) də müştəri özü müəyyənləşdirir. Bu yenilik vasitəsilə müştəri ABB-dəki hesab və kart məlumatlarını da digər bank tətbiqlərinə əlavə etməklə həmin tətbiqlərdə bu məlumatları izləyə bilər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq”

Ölkənin ən böyük bankı bu günlərdə əhəmiyyətli dəyişikliyə qərar verdi. Azərbaycan Beynəlxalq Bankı bundan sonra fəaliyyətinə ABB brend kimliyi ilə davam edəcək. Bu maliyyə qurumunda başqa hansı transformasiya prosesləri baş verir? ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş transformasiya inzibatçısı Taleh Tahirli ilə söhbətimiz bu sual ətrafında olacaq. -Bank öz brend kimliyini niyə dəyişdi? -Bu addım son illər ABB-də həyata keçirilən transformasiya proseslərinin məntiqi davamıdır. Biz öz brend kimliyimizi 30 il ərzində formalaşmış dəyərlərimiz, təcrübə və inam üzərində yeniləyirik. ABB adı ilə Bankın həyatında yeni bir inkişaf dönəmi başlanır. Bu ad indiyə qədər əldə etdiyimiz nailiyyətlərimizi və gələcək hədəflərimizi özündə bir araya gətirir. -Bu yeni dövrün aparıcı inkişaf istiqamətləri, əsasən, nələr olacaq? -Bu dönəmdə biz daha çox texnologiyaların inkişafı və rəqəmsallaşma, müştəri xidmətlərimizin inkişafı, biznes-modelinin yenilənməsi, istedadların cəlbi və yetişdirilməsi, eyni zamanda yeni strateji əməkdaşlıqların qurulmasına doğru irəliləyirik. Başqa qurumlarla sıx əməkdaşlıq hesabına müştərilərimizə ənənəvi bank xidmətləri ilə bərabər, əlavə fayda və rahatlıq yaradan yeni xidmətlər də göstərəcəyik. Bu məqsədlə artıq bir neçə strateji partnyorumuzla danışıqlara başlamışıq. -Burada rəqəmsal inteqrasiya, yəqin ki, aparıcı yer tutur. Müştərilər bundan necə faydalanacaqlar? -Rəqəmsal təcrübə bu günün müştərisinin həyatına dəyər qatır. Getdikcə daha çox müştəri bu imkanlardan faydalanmağa başlayır. Bunu ABB-nin gündəlik fəaliyyətində də görürük. Korporativ müştərilərimizin hazırda apardıqları əməliyyatların təxminən 90%-i İnternetBank vasitəsilə yerinə yetirilən əməliyyatların payına düşür. Yeri gəlmişkən, bu ilin sonuna kimi korporativ müştərilərimiz üçün tamamilə yenilənmiş İnternetBank sistemimizi istifadəyə verəcəyik. Eyni tendensiya pərakəndə bankçılıqda da özünü göstərir. Ötən il təxminən elə bu vaxtlar yenilənmiş ABB mobile tətbiqimizi müştərilərimizə təqdim etdik. Tətbiq 1.5 milyon dəfədən çox yüklənib. Bir il ərzində tətbiqdə qeydiyyatdan keçmiş müştərilərimizin sayı 500 minə çatıb. Bunlar onu göstərir ki, müştərilərimizin rəqəmsal təcrübələri getdikcə artır. Eyni zamanda onlar bu təcrübələrindən irəli gələrək indi vahid bir platforma axtarışındadırlar. Dünya trendi də ona doğru gedir ki, insanlar bir platforma üzərindən müxtəlif ehtiyaclarını qarşılamaq, həmçinin əlavə imkanlar, üstünlüklər qazanmaq istəyirlər. Biz bu istəyi əsas götürüb inkişaf layihələrimizi həyata keçiririk. Məqsədimiz budur ki, müştərilərimiz çox rahatlıqla həm lazımi maliyyə xidmətlərini əldə edə bilsinlər, həm də əlavə faydalar qazansınlar. -ABB mobile tətbiqi ilə bağlı əsas planlar nədən ibarətdir? -ABB mobile tətbiqi müştərilərimizlə əsas kommunikasiya kanallarımızdandır. Bu tətbiqi 100 nəfərə yaxın təcrübəli, gənc və çevik əməkdaşımızdan ibarət komanda ilə yaratmışıq. Tətbiqlə bağlı strategiyamızın ilk addımı müştərilərimiz üçün ABB mobile üzərindən fasiləsiz və sürətli rəqəmsal bankçılıq həllini təmin etmək idi. Buna nail olduq, indi gün ərzində yüz minlərlə istifadəçi bu tətbiqlə bank əməliyyatlarını yerinə yetirir. Statistikanı diqqətlə izləyirik, əməliyyatların 99.4%-i heç bir texniki problem yaranmadan həyata keçir. ABB mobile tətbiqinə hər ay 60 mindən çox yeni istifadəçi qoşulur. Maraqlı bir məqamı da diqqətinizə çatdırım: həm App Store-da, həm də Play Market-də mobil tətbiqimizi 50 mindən çox istifadəçi qiymətləndirib. Reytinq göstəricilərimizlə biz hər iki platformada lider mövqeyindəyik. Qarşıya qoyduğumuz hədəfə nail olmuşuq və bu nailiyyəti qorumağı bacarırıq. Təbii ki, bu məsələdə əsas köməyimiz müştərilərimizin rəyləridir, onların bölüşdüyü təcrübələridir. -Bunu necə öyrənirsiniz? -Müştəri məmnuniyyəti səviyyəsinin ölçülməsi bizim üçün çox mühümdür. Ötən il bu məqsədlə aparılan araşdırma zamanı müştəri məmnuniyyəti səviyyəsini müəyyənləşdirən NPS indikatorunun ABB-də 55%-ə yüksəldiyi məlum oldu. Bu, bizim strateji dövrdə qarşıya qoyduğumuz 60%-lik NPS hədəfinə çox yaxındır. NPS tədbirlərinin bir hissəsi kimi ABB mobile tətbiqinin hər bir istifadəçisi də müştəri məmnuniyyəti sorğusu alır. Nəyi daha da təkmilləşdirə bilərik sualını onlara təqdim edirik. Gələn cavablar bizim yol xəritəmizin mühüm hissəsidir. Tətbiqdən istifadə zamanı hər hansı problem yaşandıqda müştərilərimiz bunu bir toxunuşla bizə bildirir, problem həll olunduqdan sonra isə bu barədə onlara məlumat göndərilir. Strategiyamızın növbəti hədəflərindən biri də rəqəmsal satış və xidmətlərin payını sürətlə artırmaqdır. Məsafədən satış potensialımızla çox iddialıyıq. -Bu potensialdan istifadə üçün müştərilərə yeni nələr təqdim edəcəksiniz? -Müştərilərimiz kredit və debet məhsulları ilə bağlı ehtiyaclarını evlərindən çıxmadan az müddət ərzində qarşılaya biləcəklər. Bu istiqamətdə ilk addımlarımızdan biri ABB mobile üzərindən Bankımızın əməkhaqqı kartı sahibləri üçün satışların təşkili oldu. Qısa zamanda tətbiq vasitəsilə 5 mindən çox birbaşa satış həyata keçirildi. Hazırda beta layihə kimi başladığımız - ünvana çatdırılma xidməti vasitəsilə bu göstəriciləri bir neçə dəfə yüksəldəcəyik. Növbəti mərhələdə, Apple Pay-in tətbiqi, NFC ödənişlərinin genişləndirilməsi ilə təmassız ödənişləri daha da inkişaf etdirəcəyik. Mobil tətbiqimizlə istənilən bank kartı ilə əməliyyatlar aparmaq mümkün olacaq. İstifadəçilər üçün müəyyən loyallıq proqramlarımız nəzərdə tutulur. Mobil tətbiqlə daha geniş inteqrasiya imkanlarının yaradılması üçün partnyor şəbəkəmizi də genişləndiririk. -Ötən ilin ortalarından ABB-nin İnnovasiya Mərkəzi fəaliyyətdədir. İlkin nəticələr necədir? -Belə bir Mərkəzin təşkili ideyası, əvvəlcə 2019-cu ilin sonlarında ABB Tech Akademiyasının yaradılmasının, ardınca ötən ilin əvvəlində 1-ci ABB Regional Hakatonunun keçirilməsinin davamı idi. Mərkəzin ilk 12 rezidentinin 4-ü Hakatonda iştirak etmiş komandalar oldu. Artıq 12 startap layihəsinin hər biri ABB İnnovasiya Mərkəzində inkubasiya dövrünü başa çatdıraraq investorlara təqdim edilib. İyulun əvvəlində isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji tərəfdaşlığı ilə 2-ci ABB Regional Hakatonunu keçirdik. Bu Hakatonda da yetərincə maraqlı innovativ ideyalar təqdim edildi və seçilmiş komandalarla tərəfdaşlığı növbəti mərhələlərdə davam etdirəcəyik. Ümumən belə görünür ki, həm bazarda müəyyən bir ideya ətrafında toplaşıb onu inkişaf etdirməyə tələb mövcuddur, həm də investorlar tərəfdə belə bir fürsət axtarışında olan müəyyən icma formalaşır. Elə bizim də əsas niyyətimiz belə bir mühitin yaranmasına və bütün tərəflərin o mühitdə bir araya gəlməsinə dəstək olmaqdır. Bu, bir-birini ardıcıl şəkildə izləyib tamamlayan prosesdir. Bizim ABB Tech Akademiyamız indiyə qədər informasiya texnologiyaları sahəsində 300-ə yaxın peşəkar yetişdirib. Hər yeni proqramımızda onların sayı artır. Biz öz partnyorlarımızın və sahibkarların texnoloji həllər üçün lazımi resursla təmin edilməsinə də kömək göstərməyə çalışırıq. -Bankın strateji inkişaf layihələrinin icrası hazırda nə yerdədir? -Mövcud üç illik strategiyamız 2022-ci ilin sonuna qədər olan müddəti əhatə edir. Bir çox layihələri özündə birləşdirən strateji təşəbbüslərimizin 65%-ni artıq uğurla reallaşdırmışıq. Bu layihələr bankın bütün istiqamətlərini əhatə edir və gələcək fəaliyyət üçün bünövrə rolunu oynayır. Növbəti dövr üzrə yeni strategiyanın planlanması prosesinə də başlamışıq. Bu mərhələdə, artıq formalaşmış möhkəm bünövrəyə əsaslanacağıq. Ənənələrimizə sadiq qalaraq, universal bank kimi müştərilərimizə, tərəfdaşlarımıza yeni faydalar yaradacağıq. Müxtəlif biznes seqmentləri üzrə daha da böyüyəcəyik.

Xəbər

ABB Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürdü

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşən ordumuza dəstək məqsədilə ABB Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələbələrə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir. Xatırladaq ki, ABB korporativ sosial məsuliyyətindən irəli gələrək bu ilin martında Koronavirusla Mübarizəyə Dəstək Fonduna da 2 milyon məbləğində ianə ayırıb. Bundan başqa, Bank pandemiyaya qarşı mübarizə üçün xaricdən ölkəmizə tibb mütəxəssislərinin gətirilməsinə də dəstək verib. Bankın maliyyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə qardaş Türkiyənin “Acıbadem” xəstəxana və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunub. Ölkəmizin böyük kommersiya qurumlarından biri olaraq ABB korporativ sosial məsuliyyət layihələri çərçivəsində bu cür tədbirləri bundan sonra da davam etdirəcək.

Xəbər

"ABB" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib

23 iyun 2021-ci il tarixində ABB-nin Bakı şəhəri, Nizami küçəsi - 67 ünvanında yerləşən Baş ofisində “ABB” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Pandemiya şəraitində səhmdarların sağlamlığının qorunması məqsədilə səsvermə qiyabi olub. Toplantıda “ABB” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2020-ci il üzrə maliyyə hesabatı təsdiqlənib. Bankın yeni inkişaf strategiyasının icrası nəticəsində son illərdə kapital mövqeyi, maliyyə dayanıqlılığı və mənfəətliliyi təmin edilib. 2020-ci ilin maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə baxılıb və ötən ilin mənfəətindən 127 milyon manat dividendin ödənilməsinə qərar verilib. Eyni zamanda Abbas Məmmədəli oğlu İbrahimov növbəti 3 il müddətinə yenidən “ABB” ASC-nin İdarə Heyətinin sədri təyin edilib. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

Avtomobillərin icbari sığortası ABB mobile-da

ABB mobile tətbiqi vasitəsilə təqdim edilən sığorta xidmətlərinin çeşidi artır. İndi icbari nəqliyyat sığortasını da ABB mobile-la əldə etmək mümkündür. Ölkəmizdə özünün mobil bank əlavəsi vasitəsilə sığorta xidməti təqdim etmiş ilk banklardan olan ABB bu imkanı “Atəşgah” sığorta şirkəti ilə tərəfdaşlıq əsasında yaradıb. Müxtəlif sığorta məhsullarını ABB mobile tətbiqindən əldə etməyin üstünlüyü bunun son dərəcə rahatlığı, sadəliyi, cəmi bir neçə toxunuşla sürətli şəkildə həyata keçirilməsidir. Daha bir üstünlük isə budur ki, müştərilər sığorta müqavilələrini ABB mobile tətbiqində görə bilirlər. Tətbiq vasitəsilə sığorta müqavilələrinin müddətinin bitmə tarixini izləmək mümkündür. Daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz. Yaxın zamanlarda ABB mobile tətbiqində digər sığorta məhsullarından da istifadə mümkün olacaq. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB qalıq məbləğə faiz qazancı gətirən yeni məhsulunu təqdim etdi

Müştərilər üçün yeni faydalar yaradan ABB daha bir rəqəmsal məhsulunu təqdim edib. Bu, “DigiHesab Max” məhsuludur. “DigiHesab Max” tam rəqəmsəl təcrübə ilə yaradılır və müştəriyə qalıq məbləğdən faiz gəliri qazandırır. Müştəri bu yeni məhsulun imkanlarından istifadə etmək üçün ABB mobile tətbiqinə daxil olur, “Hesablar” bölməsinə keçid edərək “DigiHesab Max” hesabı yaradır, həmin hesabda vəsait yerləşdirib qalığa faiz gəliri qazanmağa başlayır. Qalığa faiz hesabdakı minimum 200 AZN-dən maksimum 500 000 AZN-dək olan vəsaitlərə hesablanır. Bu, yalnız AZN valyutalı hesablara aiddir. “DigiHesab Max”-a istənilən bank kartından komissiyasız mədaxil də etmək mümkündür. Müştərilər hər biri maksimum 500 000 AZN-dək olmaqla bir neçə “DigiHesab Max” hesabı aça bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!