Xəbər

ABB-nin artıq 35 mindən çox səhmdarı var!

24 sentyabr 2024-cü ildə ABB-də Bankın səhmlərinin yerləşdirilməsi prosesinin nəticələri ilə bağlı brifinq keçirilib. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli müvafiq Sərəncamı əsasında dövlət müəssisələrinə özəl investisiyaların cəlb olunması məqsədilə belə bir kütləvi emissiya tədbirinin ilk dəfə məhz ABB-də həyata keçirildiyini diqqətə çatdıran İdarə Heyətinin sədri Abbas İbrahimov qeyd edib ki, 3 aylıq proses ölkəmizin kapital bazarları üçün tarixi nəticə ilə tamamlanıb. Belə ki, ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub. Beləliklə, ABB-nin səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb. Abbas İbrahimov maraqlı bir müqayisəni jurnalistlərin diqqətinə çatdırıb: “Müstəqillik dövründə ölkəmizin bank sektorunda cəlb olunan əmanətçilərin ümumi sayı, təqribi hesablamalara görə, 70 – 75 min ətrafındadır. ABB səhmlərinə abunə yazılışı prosesində cəmi 3 ay ərzində tərəfdaşlarımızın dəstəyi ilə bu rəqəmin, demək olar, yarısına çatmaq mümkün oldu”. Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı 7,8%-ə qədər artmış olur. İdarə Heyəti sədrinin sözlərinə görə, əsas hədəf Sərəncamın məqsədinə uyğun olaraq mümkün qədər çox sayda vətəndaşımızın ABB səhmlərinə abunə yazılması idi. Səhmdar sayının artması ölkəmizin kapital bazarlarında böyük canlanma yaradacaq, yeni investisiya fürsətləri bu bazarı inkişaf etdirəcək. “Mahiyyətcə bu, əsl xalq IPO-su - səhmlərin kütləvi yerləşdirilməsidir” – Abbas İbrahimov bildirib. Brifinqdə səhmlərin yerləşdirilməsi ilə bağlı digər maraqlı faktlar da jurnalistlərə təqdim olunub. ABB səhmlərinə sifarişlərin 84%-i məhz rəqəmsal kanallar üzərindən verilib. Say etibarilə ümumi sifarişlərin 24%-ni yaşı 30-dək olan gənc investorlar yerləşdirib. Bu, bir tərəfdən gənclərin ABB səhmlərinə böyük marağını, digər tərəfdən isə Azərbaycanın kapital bazarları üçün yeni investor kütləsinin formalaşdığını göstərir. ABB-nin yeni səhmdarlarının 29%-i qadınlardır, səhmdarların 22%-i regionları təmsil edir. Abbas İbrahimov deyib: “ABB səhmlərinə olan kütləvi maraq göstərdi ki, cəmiyyətimiz belə təcrübələrə hazırdır. Tərəfdaşlarımızın bizə dəstəyi bu təcrübənin geniş yayılmasında, yeni investisiya fürsətinin hər kəs üçün əlçatan olmasında böyük rol oynadı. O, proses boyu Banka göstərilən dəstəyə görə müvafiq qurumlara, o cümlədən Mərkəzi Banka, Azərbaycan İnvestisiya Holdinqinə, Bakı Fond Birjasına, Milli Depozit Mərkəzinə səhmlərə abunə yazılışında iştirak etmiş bütün banklara, investisiya şirkətlərinə təşəkkürünü bildirib. İdarə Heyətinin sədri ABB-nin 2024-cü ildə də gəlirlə fəaliyyət göstərdiyini, cari ilin 1 sentyabr tarixinə 212 milyon manatdan çox xalis mənfəət qazandığını nəzərə çatdıraraq qeyd edib ki, yeni səhmdarlar da gələn ilin əvvəllərindən Bankdan dividend gəlirləri əldə etməyə başlayacaqlar. ABB ölkəmizdə kapital bazarlarının inkişafı prosesinin növbəti mərhələlərində də fəal iştirak edəcək. Abbas İbrahimov məlumat verib ki, bir neçə gündən sonra ABB səhmlərini ABB mobil tətbiqi üzərindən təkrar bazarda alıb-satmaq mümkün olacaq. ABB səhmlərinin təkrar bazarda ticarətinin təşkili, qiymət sabitliyinin təmin olunması üçün başqa əhəmiyyətli addımlar da atılıb. Tezliklə, səhmlərin likvidliyinə əlavə dəstək məqsədilə təkrar bazara “market makerlər” də qoşulacaq. İdarə Heyətinin sədri jurnalistləri maraqlandıran digər suallara da aydınlıq gətirib.

Xəbər

ABB-dən müştərilərə yeni və tam rəqəmsal təcrübə!

ABB-dən kredit almaq indi daha da rahat olub. Bunun üçün artıq Bankın filiallarına gəlməyə gərək yoxdur. ABB müştərilərin vaxtına və rahatlığına dəyər verərək onlayn kredit imkanını onlara təqdim edib. Müştərilər krediti oturduqları yerdən günün istənilən vaxtında sifariş verib əldə edə bilərlər. Bu imkandan faydalanmaq və 20 000 AZN-dək zaminsiz nağd kredit əldə etmək üçün kredit linkinə, 15 000 AZN-dək TamKart taksit kartı əldə etmək üçün kart linkinə daxil olmaq lazımdır. Belə ki, müştəri şəxsiyyət vəsiqəsinin FİN kodunu və telefon nömrəsini saytın müvafiq bölmələrinə daxil edib krediti sifariş verir. Mobil telefonuna gələn kodla sifarişini təsdiqləyir. Sistem cəmi bir neçə saniyə içində müştəriyə uyğun maksimum kredit məbləğini hesablayır. Bu məbləğ çərçivəsində uyğun ay və kredit limiti seçib yenidən hesablama aparmaq olar. Krediti əldə etmək üçün isə 3 seçim imkanı təklif edilir. Müştəri kredit məbləğini ABB-də mövcud olan debet və ya kredit kartına mədaxil edə, kredit ünvanına çatdırıla, yaxud vəsaiti ən yaxın filialdan götürə bilər. Bu imkandan əmək haqqı kartı istənilən bankda olan bütün şəxslər faydalana bilər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB “Teknofest” Festivalında startapları dəstəkləyir

Bu gündən Azərbaycanda “Teknofest-Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlanıb. Festival çərçivəsində təşkil olunan “TAKE OFF BAKU” startap sammitinin əsas təşkilatçısı ABB-dir. ABB özünün İnnovasiya Mərkəzinin imkanlarından faydalanaraq qlobal bazarlara çıxış potensialına malik startapların, xarici və yerli investorların cəlb olunmasında yaxından iştirak edib. Sammit zamanı investorlar, şirkətlər, xarici mentorlarla görüşlər keçiriləcək, startapların təqdimatı və mükafatlandırılması olacaq. “Teknofest” Festivalı 2018-ci ildən keçirilir. Festivalın təşkilatçıları Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfıdır (T3 Vakfı). Türkiyənin 60-dan çox dövlət qurumu, ali məktəbi, özəl şirkəti bu tədbirin tərəfdaşıdır. “Teknofest”in məqsədi gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər yaratmaqdır. Müsabiqədə ilk 3 yeri qazanan startaplar üçün 15 000 USD, 10 000 USD və 5 000 USD dəyərində maliyyə dəstəyi təqdim olunacaq. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz bu tədbirə ilk dəfədir ki, ev sahibliyi edir. Festival Baku Crystall Hall və Dənizkənarı Milli Parkda keçirilir. Festival haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-də endirimli cümə fürsətləri

ABB noyabrın son həftəsinə özəl yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində 22 noyabrdan 25 noyabra qədər TamKart kredit kartı əldə edən müştərilər dekabrın 15-ə kimi onlayn, taksit və birdəfəlik alış-verişlərinin cəmi 100 manatdan 300 manata qədər olduqda 10 manat, 300 manatdan çox olduqda isə 30 manat hədiyyə qazanacaqlar. Kampaniya bütün TamKart kredit kartlarına şamil olunur. Fürsətlər bununla bitmir. 22 noyabrdan 25 noyabra qədər ABB-dan nağd pul krediti əldə edən müştərilər TamKart debit, Azercell kobrend, ABB-Miles debet kartlarını 65% endirimlə əldə edəcəklər. Tək halda TamKart debet, Azercell kobrend, ABB-Miles debit kartlarını əldə edən müştərilər isə 30% endirim qazanacaqlar. Bundan başqa, müştərilər ABB-nin kartları ilə bu müddətdə NLT, Bytelecom, SmartOn və ASUS Brandstore mağazalarında bütün məhsulları 24 ay taksitlə ala biləcəklər. Kampaniya müddətində ABB miles və Azercell kobrend kartları ilə geyim və elektronika dükanlarında, gözəllik və SPA mərkəzlərində toplam 300 manatdan çox ödəniş edən müştərilər ABB miles kartlarına 2000 mil, Azercell kobrend kartlarına isə 3 qat bonus hesablanaraq, toplam 2000 bonus qazanacaqlar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

İstənilən ABB kartınızla pos-terminal ödənişlərində 7% əlavə Fayda!

Bir çox üstünlükləri ilə istifadəçilərin işini rahatlaşdıran ABB mobile bu dəfə də əlavə Fayda-larla sevindirir. Belə ki, dekabrın 1-dən ABB mobile istifadəçilərinə əlavə Faydalar qazanmaq üçün 4 kateqoriya üzrə seçim imkanı verilir. Bunlar “Kafe/restoran”, “Yanacaqdoldurma məntəqəsi”, “Ərzaq mağazaları” və “Geyim mağazaları”dır. Dekabr ayı ərzində qeyd olunan məkanlardan birində pos-terminalla ödəniş edən istifadəçilər daha çox Fayda qazanmış olurlar. ABB mobile ilə ödənişlər yanacaqdoldurma məntəqələrində, geyim mağazaları, kafe-restoranlarda 5%, ərzaq dükanlarında 3% əlavə Fayda qazandırır. Ödəniş Mastercard hesabından edildikdə 2%-lik əlavə ilə bu Faydalar 7%-ə qədər artır. Digər kateqoriyalar üzrə Fayda-lar isə cari tarifə uyğun hesablanacaq. Ödənişləri ABB-nin istənilən kartı, o cümlədən pensiya kartı hesablarından aparmaq olar. Hətta ABB mobile istifadəçisi olmayan şəxslər də pulsuz rəqəmsal kart yaradaraq bu fürsətdən faydalana bilərlər. Fayda ABB-nin loyallıq proqramıdır, Proqram çərçivəsində ABB mobile istifadəçiləri tətbiqdən istifadə zamanı Fayda-lar toplayırlar. Daha sonra isə bu Fayda-larla mobil tətbiqdə ödənişlər edə və ya onları hədiyyələrə dəyişə bilirlər. Fayda haqqında daha geniş məlumatı buradan əldə etmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. r.

Xəbər

ABB miles kartı ilə 5000 mil hədiyyə qazan

ABB Miles kartları ilə bağlı yeni kampaniyaya start verilib. Kampaniya çərçivəsində 3 mart tarixinə qədər ABB-dən istənilən növ ABB Miles kartı alan müştərilər kampaniya ərzində nağdsız ödənişlərinin cəmi 1000 AZN və daha çox olduqda 5000 mil hədiyyə qazanacaqlar. ABB Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. ABB Miles kartları müştəriyə nağdsız ödənişlərdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onlardan istədiyi formada istifadə edə bilər. Millərin hesablanması qaydaları və şərtləri ilə buradan tanış olmaq mümkündür. ABB Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər. Kampaniyanın şərtləri nağdlaşdırma əməliyyatlarına, kommunal, mobil operator, vergi/gömrük, dövlət və sığorta, maliyyə institutlarına ödənişlərə, kredit, kart transfer, unique cash, quasi cash ödənişlərinə aid deyil. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!