Xəbər

ABB şöbələrini də yeniləyir

ABB xidmət şəbəkəsinin transformasiya layihəsi çərçivəsində Ağsu, Ağcabədi və Zərdab şöbələrini də yeniləyib. Bankın Ağsu şöbəsi yeni ünvana köçürülüb. Şöbə bundan sonra Ağsu şəhəri Üzeyir Hacıbəyli küçəsi - 29 ünvanında fəaliyyət göstərəcək. Ağcabədi (Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, 185A) və Zərdab şöbələrinin (Zərdab şəhəri, Azərbaycan küçəsi – 56) ünvanları isə dəyişməz qalıb. Hər üç şöbədə müştərilərə yüksək səviyyədə bank xidmətlərinin gösətərilməsi üçün lazım olan şərait və imkanlar yardılıb. Layihənin əsas məqsədi müştərilərin getdikcə dəyişən tələb və ehtiyaclarını ən yüksək səviyyədə təmin etmək və yeni keyfiyyət standartları tətbiq etməkdir. Bankın digər xidmət ofisləri kimi Ağsu, Ağcabədi və Zərdab şöbələrində də müştərilər kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər. ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev filialların transformasiyası çərçivəsində yenilənmə prosesinin yaxın gələcəkdə digər filial və şöbələri də əhatə edəcəyini bildirib: “ABB ölkəmizin ən geniş xidmət şəbəkəsinə malik banklarındandır. Xidmət ofislərimizi müasirləşdirməklə biz müştərilərimizə ən yüksək xidmət şəraiti yaratmağa çalışırıq. Ənənəvi xidmət kanallarını təkmilləşdirməklə bərabər müxtəlif innovativ həllərlə banka gəlmədən məsafədən xidmət imkanlarını genişləndiririk. Ümid edirik ki, başqa filial və şöbələrimiz kimi Ağsu, Ağcabədi və Zərdab şöbələrimiz də müştəri məmnuniyyətini artırmağa, həmçinin regionların inkişafına töhfələr verəcək”. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Peyvənd olunmuş pensiyaçılara ABB-dən güzəşt

ABB COVID-19 koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə həyata keçirilən kütləvi peyvəndlənmə prosesinə dəstək məqsədilə maraqlı bir kampaniyaya başlayıb. Bank peyvənd olunan pensiyaçılara nağd pul kreditini 2% endirimlə təklif edir. Bu güzəşt imkanından ABB-nin peyvənd olunmuş hər bir pensiya kartı sahibi faydalana bilər. Kampaniyanın özəllikləri: Məbləğ - 20 000 manatadək Müddət 48 ayadək İllik faiz dərəcəsi – 16%-dən başlayaraq Kampaniya 20 may tarixinə qədər keçərlidir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Pensiyaçı müştərilər COVID-19 koronavirus infeksiyasına qarşı peyvənd olunmaları barədə sənədi də təqdim etməlidirlər. Əməkhaqqı, yaxud pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə Bankdan nağd pul kreditini əvvəlcədən sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir. Xatırladaq ki, Azərbaycanda əhalinin kütləvi peyvəndlənməsi prosesinə yanvarın 18-dən start verilib. Proses dövlət hesabına, yaş qrupları üzrə mərhələli şəkildə həyata keçirilir. Vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə peyvəndlənmə üçün onlayn qaydada növbə götürə bilərlər. Əhalinin sağlamlığının qorunması ABB üçün də ən mühüm məsələlərdəndir. Bank dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə korporativ sosial məsuliyyəti çərçivəsində dəstək verməyə çalışır. ABB-nin müasir, universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB mobile tətbiqində sığorta xidməti!

ABB mobile-ın imkanları getdikcə genişlənir. Mobil tətbiqdə daha bir xidmət əlçatan olub. ABB mobil istifadəçiləri tətbiq vasitəsilə indi sığorta xidmətindən də yararlana bilərlər. Beləliklə, ABB özünün mobil bank əlavəsi vasitəsilə sığorta xidməti təqdim edən ilk Azərbaycan banklarından oldu. Bank bu imkanı “Atəşgah” sığorta şirkəti ilə inteqrasiya sayəsində yaradıb. İstifadəçilər ABB mobile üzərindən icbari, əmlak, tibbi sığorta, səfər sığortası xidmətlərini ala biləcəklər. İlkin mərhələdə tətbiqdə bu sığorta növlərindən hələlik səfər sığortası aktivdir. Yaxın zamanlarda isə digər sığorta xidmətlərindən də istifadə mümkün olacaq. Xatırladaq ki, bu günlərdə ABB mobile tətbiqində investisiya xidmətləri də təqdim olunub. İstifadəçilər ABB mobile-da investisiya profili yaradaraq “ABB-İnvest”-lə səhm və digər qiymətli kağızların alqı-satqısı ilə məşğul olub qazana bilirlər. Bu cür inteqrasiya həlləri ilə ABB-nin mobil əlavəsi istifadəçilərin maliyyə ilə bağlı bütün ehtiyaclarını qarşılayan universal platformaya çevrilir. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İnvestisiya xidmətlərinin ardınca sığorta xidmətlərini də ABB mobile-də təqdim etməkdən məmnunuq. Hədəfimiz universal maliyyə qrupu kimi müştərilərimizin ehtiyac duyduqları bütün maliyyə xidmətlərini bir platformada toplamaq və ən yaxşı rəqəmsal təcrübə ilə onlara daha əlçatan etməkdir”. ABB mobile tətbiqi ilə sığorta xidmətlərindən istifadə imkanları barədə daha ətraflı məlumatları buradan əldə etmək olar. Tətbiqi yükləyib onun üstünlüklərindən faydalana bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB binasında Libraff!

ABB-nin törəmə şirkəti olan “ABB İnvest” investisiya şirkətinin və Bankın “Cəfər Cabbarlı” filialının binasının açılışı olub. Bina Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 40C ünvanında yerləşir. ABB-nin yeni korporativ simasına uyğun qurulmuş binadakı ən maraqlı yeniliklərdən biri burada kitab mağazasının da olmasıdır. Bank “Cəfər Cabbarlı” filialı daxilində “Libraff” mağazalar şəbəkəsinin yeni satış mərkəzinin açılmasına şərait yaradıb. Beləliklə, ABB müştəriləri “Cəfər Cabbarlı” filialında həm Bankın məhsul və xidmətlərindən yararlana, həm də yeni nəşrlərlə tanış olub kitablar ala bilərlər. Bu, bir korporativ sosial məsuliyyət layihəsidir. Binanın açılışı tədbirində ABB və “Libraff” rəhbərliyi ilə yanaşı, ölkəmizin tanınmış yazarlarından bir neçəsi də iştirak edib. Unudulmaz ədibimiz Cəfər Cabbarlının adını daşıyan bank filialında həm də kitab mağazasının olması Bankın vətəndaşlıq məsuliyyəti dəyərindən irəli gəlir. ABB müştərilərdə yeni təcrübələr formalaşdırır, innovativ texnologiyaları onların həyatının mərkəzinə gətirir. Eyni zamanda kitab oxumaq kimi ənənəvi vərdişlərin də qorunaraq inkişaf etdirilməsinə çalışır. Belə maraqlı layihələr cəmiyyətimizdə faydalı meyllərin yayılıb populyarlaşmasına kömək göstərir. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün “Cəfər Cabbarlı” filialında hər cür şərait yaradılıb. Filialda müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalanmaq mümkündür. Müştərilər, investorlar burada “ABB İnvest” şirkətinin təqdim etdiyi investisiya imkanlarından da yararlana bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-nin Xankəndi filialı fəaliyyətə başladı!

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Xankəndidə ilk bank filialının açılışı olub. ABB-nin yeni yaradılmış Xankəndi filialı müştərilərinə xidmət göstərməyə başlayıb. Bankın yeni inkişaf konseptinə uyğun qurularaq müasir bankçılıq texnologiyaları ilə təchiz edilən filial binası Xankəndi şəhərinin mərkəzində yerləşir. Qarabağda fəaliyyət göstərən bizneslərin, fərdi müştərilərin universal maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait var. Müştərilər ABB-nin başqa xidmət ofislərində olduğu kimi, Xankəndi filialında da müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli xidmətlərdən faydalana bilərlər. İşğaldan azad edildikdən sonra hazırda genişmiqyaslı bərpa-quruculuq tədbirləri həyata keçirilən Qarabağın dirçəlişində, regionda böyük iqtisadi layihələrin reallaşdırılmasında, o cümlədən kiçik və orta biznesin inkişafında ABB-nin Xankəndi filialı mühüm rol oynayacaq. Bank Xankəndi filialını qurarkən maraqlı bir məqamı da diqqətdə saxlayıb. Qarabağ və Şərqi Zəngəzurun yaşıl artım zonası elan edilməsi nəzərə alınaraq Xankəndi filialının binası buna uyğun qurulub. Binanın damında Günəş panelləri yerləşdirilib. Xankəndi filialının fasadı və reklam lövhələri bərpa olunan enerji ilə işıqlandırılacaq. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu ABB-nin 32 illik tarixinin ən mühüm hadisələrindəndir. Həsrətini çəkdiyimiz torpaqlarımızda iqtisadiyyatımız dirçəlir, Qarabağ, Şərqi Zəngəzur yaşıl artım zonası kimi həyatının yeni dönəminə daxil olur. Qürur duyuruq ki, bu inkişaf prosesində ABB olaraq biz də varıq və azad yurdlarımızın dirçəlişinə töhfələr veririk”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

“The Banker” ABB-ni bu il də “İlin bankı” elan etdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “The Banker” jurnalı 2024-cü ilin nəticələrinə görə "İlin bankı” mükafatının qaliblərini elan edib. Azərbaycan üzrə “İlin bankı” nominasiyasına ABB layiq görülüb. ABB bu mükafatı strateji inkişaf nailiyyətlərinə, o cümlədən tətbiq etdiyi yeni texnologiyalara, innovativ məhsul və xidmətlərinə, güclü maliyyə göstəricilərinə görə qazanıb. 2024-cü il üzrə “İlin bankı” mükafatına layiq görülmüş banklar sırasında Commerzbank, HSBC, OTP Bank, UniCredit Bank, BBVA, Türkiyə İş Bankası, Société Générale və başqa nüfuzlu banklar da yer alıb. Daha ətraflı məlumatlarla buradan tanış olmaq mümkündür. Qeyd edək ki, ABB 2001, 2002, 2003, 2004, 2006, 2007, 2009, 2010, 2021, 2022, 2023-cü illərdə də bu mükafata layiq görülüb. “The Financial Times” qəzetinə aid olan “The Banker” jurnalı 1926-cı ildən nəşr edilir. Jurnalın 2000-ci ildən təqdim etməyə başladığı “İlin bankı” mükafatı bankçılıqda mükəmməllik standartına çevrilib. Bu mükafatı beynəxalq nüfuzuna görə “Bankçılıq sektorunun Oskarı” kimi də qəbul edirlər. “İlin bankı” mükafatı hər il dünyanın 120-dən çox ölkəsini əhatə edir. Seçim regional və sektor ekspertlərinin, eləcə də redaktorlar heyətinin birgə qərarı ilə aparılır. Bankların strateji təşəbbüsləri, texnologiyaları, məhsul və xidmətləri əsas meyar kimi götürülür. Mükafatın təqdimatı tədbirində hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı bankların rəhbər şəxsləri iştirak edir. Bu baxımdan, “The Banker” jurnalının “İlin bankı” mükafatının təqdimatı tədbiri qlobal səviyyədə maliyyə sektorunun ən böyük toplantılarındandır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Banka gəlmədən hesab aç, elektron ticarətini qur, 50% endirim qazan!

ABB sahibkarlara çoxşaxəli dəstək layihələrini davam etdirməkdədir. Ötən ay bank məsafədən hesabın açılması xidmətini müştərilərə təqdim etdi. Eyni zamanda, virtual POS terminal funksiyasını yerinə yetirən ABB Link xidmətini istifadəyə verdi. Bu addımların davamı kimi bank ticarət və xidmət məkanlarında POS terminallardan istifadə üzrə komissiya xərclərini də azaldıb. Belə ki, sahibkarlar 30 sentyabra qədər ABB-nin POS terminallarından 50%-dək güzəştli tariflərlə istifadə edəcəklər. Bu güzəşt həm ABB-nin POS terminallarına, həm də bankın e-commerce sistemi vasitəsilə aparılan onlayn əməliyyatlara şamil edilir. Beləliklə, sahibkarlar xidmət ofislərinə gəlmədən ABB-də hesab aça, qısa müddətdə öz elektron ticarət sistemlərini qura və bankın yaratdığı endirim imkanından faydalana bilərlər. Əgər indiyə qədər virtual POS terminalın əldə edilməsi sahibkarın banka müraciətindən sonra uzun müddət çəkirdisə, indi hər bir sahibkar maksimum 2 gün müddətinə virtual POS terminalı əldə edə bilər. ABB Link 24/7 rejimində çalışır. Bankın tərəfdaşları bu xidmətə istənilən zaman qoşula bilərlər. Bunun üçün xüsusi inteqrasiya proseslərinə gərək yoxdur. Bu xidmətdən istifadəyə görə qoşulma və xidmət haqqı da tələb olunmur. Xidmətə buradan qoşulmaq mümkündür. Bankda məsafədən hesabın açılması isə bu portal üzərindən həyata keçirilir. Belə bir imkandan faydalanmaq üçün hüquqi şəxs və ya fərdi sahibkar “Asan İmza”ya sahib olmalıdır. Qeyd edək ki, Bankın sentyabrın 30-a qədər elan etdiyi kampaniyada fiziki şəxs müştərilər üçün də müəyyən güzəştlər nəzərdə tutulur. Bu tarixə qədər fiziki şəxs müştərilər respublika üzrə köçürmələrini ABB-nin xidmət ofislərində 50% endirimlə apara bilərlər. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin tərəfdaşlığı ilə ADA-da Karyera Həftəsi başladı!

ABB-nin tərəfdaşlığı ilə ADA-da növbəti Karyera Həftəsinə start verilib. Aprelin 27-ə qədər davam edəcək Karyera Həftəsinin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, karyera imkanları ilə tanış etməkdən ibarətdir. ADA-nın hər il ənənəvi qaydada keçirdiyi Karyera Həftəsində müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanışlıq, işgüzar əlaqələr qurmaq imkanı qazanırlar. Karyera Həftəsinin açılışında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak edib. Abbas İbrahimov çıxışında özünün təhsil və karyera təcrübəsini tələbələrlə bölüşüb. Universitet illərində yaranan bu cür imkanların gələcək üçün xüsusi önəmini vurğulayıb. Tələbələri belə fürsətlərdən faydalanmağa çağırıb. ABB-nin İdarə Heyətinin sədri hazırda ölkəmizin bank sektorunda gedən inkişaf proseslərinə diqqət yönəldib. Qeyd edib ki, müasir çağırışlara uyğun olaraq sektorda baş verən yeniliklər bu sahədə peşəkar kimi yetişmək istəyən gənclərə böyük imkanlar yaradır. Ölkəmizin bank sektorunun ən yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB isə iddialı və istedadlı gənclərə dəstək olmağa hər zaman hazırdır: “Biz istedadların inkişafı üçün əlverişli mühit yaradırıq. Onları dəstəkləyir, müxtəlif sahələrdə potensiallarını üzə çıxarırıq. Ən əsası isə biz istedadları hər yerdə axtarıb komandamıza cəlb edirik. Universitetlərin belə tədbirlərində iştirakımız da istedadlar axtarışımızın önəmli hissəsidir” – deyə Abbas İbrahimov sözlərinə əlavə edib. ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş Karyera Həftəsinə 20-dən çox qurum qatılıb. Tələbələr qarşıdakı günlər ərzində bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyəcək, gələcək karyera həyatları üçün faydalı məlumatlar alacaqlar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi

İstedadlara, gənclərin fərdi və karyera inkişafına davamlı dəstək göstərən ABB bu istiqamətdə daha bir layihəyə start verib. Bank Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun və UNEC-in rektoru Ədalət Muradovun iştirakı ilə Universitetdə proqramın təqdimatı olub. ABB-nin UNEC-lə birgə hazırladığı bu layihə universitet–biznes əməkdaşlığının xoş bir nümunəsidir. “Data və süni intellekt sertifikasiya proqramı”nın məqsədi ölkəmizin əmək bazarı üçün bu sahədə peşəkar kadrların yetişdirilməsidir. Proqramda iştirak üçün xüsusi seçim prosedurları əsasında UNEC-dən 22 tələbə seçilib. ABB-nin dəstəyi ilə onlara Universitetdə xüsusi dərslər tədris olunacaq. Bankda data və süni intellekt sahəsində çalışan peşəkar mütəxəssislər həmin tələbələrə dərs deyəcəklər. Proqramda yüksək səy göstərərək sertifikasiyadan uğurla keçmiş tələbələrin ABB-də bu sahə üzrə işə qəbulu imkanlarına da baxılacaq. Təqdimat tədbirindəki çıxışı zamanı Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov ABB-nin 3 ildə data və süni intellekt istiqamətinə ciddi sərmayə qoyduğunu, 160-dan çox generativ və prediktiv modeli uğurla tətbiq etdiyini və bu modellərin Bank üçün 30 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaratdığını diqqətə çatdırıb: “Süni intellekt ölkələrin gələcək inkişafının əsas drayverinə çevrilir. ABB olaraq qürur duyuruq ki, süni intellekt həllərini ölkəmizə ilk gətirən və bu sahəni sürətlə inkişaf etdirən biznes qurumlarından biriyik. İnanıram ki, tələbələrin proqramdakı uğurları öz gələcəklərinə də, ölkəmizdə rəqəmsal transformasiya proseslərinə də ciddi töhfə verəcək” – Abbas İbrahimov bildirib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

Londonda ABB-yə “İlin Bankı” mükafatı təqdim olundu

Maliyyə dünyasının ən nüfuzlu nəşrlərindən olan “The Banker” jurnalı 2023-cü ilin nəticələrinə görə "İlin bankı” mükafatının qaliblərini elan edib. Azərbaycan üzrə “İlin bankı” nominasiyasına ABB layiq görülüb. ABB bu mükafatı strateji inkişaf nailiyyətlərinə, o cümlədən tətbiq etdiyi yeni texnologiyalara, məhsul və xidmətlərinə, güclü maliyyə göstəricilərinə görə qazanıb. Noyabrın 30-da Londonda keçirilən Qala tədbirində mükafat ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimova təqdim olunub. 2023-cü il üzrə “İlin bankı” mükafatına layiq görülmüş banklar sırasında HSBC, OTP Bank, UniCredit Bank, BBVA, Türkiyə İş Bankası, Société Générale və başqa nüfuzlu banklar da yer alıb. Daha ətraflı məlumatlarla buradan tanış olmaq mümkündür. “The Financial Times” qəzetinə aid olan “The Banker” jurnalı 1926-cı ildən nəşr edilir. Jurnalın 2000-ci ildən təqdim etməyə başladığı “İlin bankı” mükafatı bankçılıqda mükəmməllik standartına çevrilib. Bu mükafatı beynəxalq nüfuzuna görə “Bankçılıq sektorunun Oskarı” kimi də qəbul edirlər. “İlin bankı” mükafatı hər il dünyanın 120-dən çox ölkəsini əhatə edir. Seçim regional və sektor ekspertlərinin, eləcə də redaktorlar heyətinin birgə qərarı ilə aparılır. Bankların strateji təşəbbüsləri, texnologiyaları, məhsul və xidmətləri əsas meyar kimi götürülür. Mükafatın təqdimatı tədbirində hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı bankların rəhbər şəxsləri iştirak edir. Bu baxımdan, “The Banker” jurnalının “İlin bankı” mükafatının təqdimatı tədbiri qlobal səviyyədə maliyyə sektorunun ən böyük toplantılarındandır. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Azərbaycanın ən böyük bankı olaraq ölkəmiz adına bu mükafatı qəbul etməkdən qürur duyuruq. Bu nailiyyətimizdə mühüm rol oynayan tərəfdaşlarımıza, müştərilərimizə, hər bir ABB əməkdaşına minnətdarlığımızı bildiririk. Beynəlxalq səviyyədə fəaliyyətimizə verilən bu yüksək qiymət inkişaf layihələrimizin uğurunu göstərir. ABB olaraq bundan sonra da daim mükəmməlliyə can atacaq, məhsul və xidmətlərimizlə, yeni texnoloji həllərimizlə ölkəmizin inkişafına dəyər qatmağa çalışacağıq”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!