Xəbər

Ödənişləri mobil tətbiqlə et, 10% keşbek qazan!

ABB mobil tətbiqinin istifadəçiləri üçün sərfəli bir kampaniyaya start verib. Kampaniya dövründə ABB Mobile tətbiqi üzərindən ilk dəfə ödəniş edərək və məhz kommunal, stasionar telefon, TV və ya internet ödənişlərini həyata keçirən müştərilər bu ilk ödəniş üzrə bir dəfə 10% məbləğində keşbek qazanacaqlar. Bu imkandan kampaniyanın elan edildiyi gündən etibarən 45 gün ərzində faydalanmaq mümkündür. Kampaniyadan ABB Mobile tətbiqində qeydiyyatdan keçmiş hər kəs, o cümlədən Bankın müştərisi olmadan istifadə edən şəxslər də yararlana bilər. Keşbeklər hər istifadəçiyə maksimum 10 manatı keçməməklə verilir. Keşbek məbləğləri kampaniya bitdikdən sonra 3 (üç) iş günü ərzində müştərinin kart hesabına köçürüləcək. Kampaniya barədə daha ətraflı məlumatı buradan əldə etmək olar. ABB Mobile tətbiqi gündəlik bank əməliyyatlarını sadə və sürətli şəkildə aparmağa imkan verən rəqəmsal bank xidmətidir. Bu tətbiqdən istifadə edərək bir çox bank əməliyyatlarını cəmi bir toxunuşla aparmaq mümkündür. Tətbiqi buradan mobil telefonunuza yükləyib bir çox üstünlüklərindən yararlana bilərsiniz. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

Apple Pay ilə ödəyin, 15 AZN keşbək qazanın!

Apple Pay ödəniş sisteminin yeni istifadəçiləri üçün ABB-də gözəl bir kampaniya başlanıb. Kampaniya müddətində müştərilər hər biri 10 manatdan az olmayan ilk 3 Apple Pay ödənişlərinə görə toplam 15 manat keşbək qazanacaqlar. Kampaniya 8 dekabrdan başlayaraq ilk 10.000 müştəriyə aiddir. Qazanılmış keşbək faizləri kampaniya müddətində müştərilərin bank hesabına qayıdacaq. Hər müştəri 15 manatlıq keşbəki yalnız bir dəfə qazana bilər. ABB ölkəmizdə Apple Pay sisteminin tətbiqinə başlayan ilk banklardandır. Apple Pay müştərilərə mobil telefonla təmassız ödəniş imkanı yaradır. Ödənişi həyata keçirmək üçün müştəri sadəcə iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırır. Apple Pay vasitəsilə həyata keçirilən bütün əməliyyatlar etibarlı şəkildə qorunur. Apple Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz. Apple Pay barədə daha ətraflı məlumatları buradan əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB terminallarında daha çox keşbək!

Ticarət və xidmət məkanlarında, eləcə də elektron ticarət zamanı ödənişləri TamKartla və məhz ABB-nin POS terminalları, yaxud elektron ticarət terminalları ilə aparmaq indi daha da sərfəlidir. Müştərilər ABB-nin POS terminallarında TamKart kredit kartı ilə birdəfəlik ödənişlər edəndə 3% keşbək qazanırlar. Bu, ABB-nin elektron ödəniş terminalları ilə aparılan ödənişlərə də aiddir. Digər banklara aid POS terminallar və elektron ticarət vasitəsilə birdəfəlik ödənişlər zamanı isə müştəriyə 1% keşbək verilir. Eyni kartla ay ərzində qazanılan maksimal keşbək məbləği 300 manatdır. TamKart eyni vaxtda həm debet, həm də kredit kartı funksiyasını özündə birləşdirən kombo kartdır. Bu kart müştərilərə bankla tərəfdaş məkanlarda 24 ayadək hissə-hissə ödəniş və keşbək imkanları yaradır. Həmçinin 60 günədək güzəşt müddəti verir. Üstəlik, ABB-nin ATM-lərində TamKart debitlə nağdlaşdırmaya görə heç bir komissiya haqqı tutulmur. TamKartın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək və kartı onlayn sifariş vermək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. TamKart əldə et

Xəbər

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

ABB müştərilərin intellektual əyləncəsinə və fərdi inkişafına dəstək məqsədilə maraqlı bir layihəyə start verib. Bu, ABB mobile-da təqdim olunan ABB Play intellektual oyun müsabiqəsidir. Tətbiqin istifadəçiləri bu intellektual oyunda biliklərini sınayıb hədiyyələr qazana bilərlər. İştirakçı gün ərzində 3 sualı cavablandırır, hər düzgün cavaba görə xal qazanır. Oyunun maraqlı qaydası isə odur ki, suala nə qədər tez cavab verilərsə, o qədər çox xal qazanılır. Hər suala ümumilikdə 1 dəqiqə vaxt ayrılır, hər saniyə isə 1 xal dəyərində hesablanır. Toplanmış xallara əsasən, hər ayın sonunda ən çox xal toplayan 300 nəfərə müxtəlif hədiyyələr təqdim olunur. Oyun yalnız ABB mobile üzərindən oynanılır. İstifadəçi liderlər cədvəlini mütəmadi izləyərək özünün tutduğu yeri və rəqiblərini görə bilir. Mobil bank tətbiqi üzərindən hər kəsə açıq belə bir intellektual-əyləncəli oyun müsabiqəsinin təqdim olunması Azərbaycanda ilk dəfədir. ABB mobile-ı buradan yükləyib oyunda iştirak edə, hədiyyələr qazana bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB mobile tətbiqində ABŞ istiqrazlarına investisiya imkanı!

ABB ölkəmizdə ilk dəfə mühüm bir investisiya imkanını təqdim edib. İndi ABB mobile vasitəsilə ABŞ istiqrazlarına da investisiya etmək mümkündür. Hər bir ABB mobile istifadəçisi birbaşa ABŞ dövlət və korporativ istiqrazlarına investisiya edə bilər. ABŞ istiqrazları ABŞ dollarında sabit faiz gəliri təmin edən, səhmlərlə müqayisədə qiymət dəyişkənliyi nisbətən aşağı olan, qısa (1 ilədək), orta (3-5 ilədək) və uzunmüddətli (5 ildən çox) investisiya alətləridir. Tətbiq üzərindən ABŞ istiqrazlarını ən kiçik həcmdə belə rahatlıqla əldə edə və ehtiyac olduqda sata bilərsiniz. ABŞ istiqrazlarına ABB mobile tətbiqi ilə investisiya etməyin digər üstünlükləri prosesin yüksək etibarlılığı, sadəliyi, tam rəqəmsal təcrübə ilə həyata keçirilməsidir. Müştərilər bununla risksiz (ABŞ dövlət istiqrazları) və az riskli (yüksək kredit reytinqli), təhlükəsiz və valyuta əsaslı gəlir əldə etmək imkanı qazanırlar. ABB mobile tətbiqini buradan yükləyib onun çoxsaylı imkanlarından faydalanmaq, o cümlədən tətbiq üzərindən yerli və xarici kapital bazarlarına investisiya yatırmaq olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq”

Ölkənin ən böyük bankı bu günlərdə əhəmiyyətli dəyişikliyə qərar verdi. Azərbaycan Beynəlxalq Bankı bundan sonra fəaliyyətinə ABB brend kimliyi ilə davam edəcək. Bu maliyyə qurumunda başqa hansı transformasiya prosesləri baş verir? ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş transformasiya inzibatçısı Taleh Tahirli ilə söhbətimiz bu sual ətrafında olacaq. -Bank öz brend kimliyini niyə dəyişdi? -Bu addım son illər ABB-də həyata keçirilən transformasiya proseslərinin məntiqi davamıdır. Biz öz brend kimliyimizi 30 il ərzində formalaşmış dəyərlərimiz, təcrübə və inam üzərində yeniləyirik. ABB adı ilə Bankın həyatında yeni bir inkişaf dönəmi başlanır. Bu ad indiyə qədər əldə etdiyimiz nailiyyətlərimizi və gələcək hədəflərimizi özündə bir araya gətirir. -Bu yeni dövrün aparıcı inkişaf istiqamətləri, əsasən, nələr olacaq? -Bu dönəmdə biz daha çox texnologiyaların inkişafı və rəqəmsallaşma, müştəri xidmətlərimizin inkişafı, biznes-modelinin yenilənməsi, istedadların cəlbi və yetişdirilməsi, eyni zamanda yeni strateji əməkdaşlıqların qurulmasına doğru irəliləyirik. Başqa qurumlarla sıx əməkdaşlıq hesabına müştərilərimizə ənənəvi bank xidmətləri ilə bərabər, əlavə fayda və rahatlıq yaradan yeni xidmətlər də göstərəcəyik. Bu məqsədlə artıq bir neçə strateji partnyorumuzla danışıqlara başlamışıq. -Burada rəqəmsal inteqrasiya, yəqin ki, aparıcı yer tutur. Müştərilər bundan necə faydalanacaqlar? -Rəqəmsal təcrübə bu günün müştərisinin həyatına dəyər qatır. Getdikcə daha çox müştəri bu imkanlardan faydalanmağa başlayır. Bunu ABB-nin gündəlik fəaliyyətində də görürük. Korporativ müştərilərimizin hazırda apardıqları əməliyyatların təxminən 90%-i İnternetBank vasitəsilə yerinə yetirilən əməliyyatların payına düşür. Yeri gəlmişkən, bu ilin sonuna kimi korporativ müştərilərimiz üçün tamamilə yenilənmiş İnternetBank sistemimizi istifadəyə verəcəyik. Eyni tendensiya pərakəndə bankçılıqda da özünü göstərir. Ötən il təxminən elə bu vaxtlar yenilənmiş ABB mobile tətbiqimizi müştərilərimizə təqdim etdik. Tətbiq 1.5 milyon dəfədən çox yüklənib. Bir il ərzində tətbiqdə qeydiyyatdan keçmiş müştərilərimizin sayı 500 minə çatıb. Bunlar onu göstərir ki, müştərilərimizin rəqəmsal təcrübələri getdikcə artır. Eyni zamanda onlar bu təcrübələrindən irəli gələrək indi vahid bir platforma axtarışındadırlar. Dünya trendi də ona doğru gedir ki, insanlar bir platforma üzərindən müxtəlif ehtiyaclarını qarşılamaq, həmçinin əlavə imkanlar, üstünlüklər qazanmaq istəyirlər. Biz bu istəyi əsas götürüb inkişaf layihələrimizi həyata keçiririk. Məqsədimiz budur ki, müştərilərimiz çox rahatlıqla həm lazımi maliyyə xidmətlərini əldə edə bilsinlər, həm də əlavə faydalar qazansınlar. -ABB mobile tətbiqi ilə bağlı əsas planlar nədən ibarətdir? -ABB mobile tətbiqi müştərilərimizlə əsas kommunikasiya kanallarımızdandır. Bu tətbiqi 100 nəfərə yaxın təcrübəli, gənc və çevik əməkdaşımızdan ibarət komanda ilə yaratmışıq. Tətbiqlə bağlı strategiyamızın ilk addımı müştərilərimiz üçün ABB mobile üzərindən fasiləsiz və sürətli rəqəmsal bankçılıq həllini təmin etmək idi. Buna nail olduq, indi gün ərzində yüz minlərlə istifadəçi bu tətbiqlə bank əməliyyatlarını yerinə yetirir. Statistikanı diqqətlə izləyirik, əməliyyatların 99.4%-i heç bir texniki problem yaranmadan həyata keçir. ABB mobile tətbiqinə hər ay 60 mindən çox yeni istifadəçi qoşulur. Maraqlı bir məqamı da diqqətinizə çatdırım: həm App Store-da, həm də Play Market-də mobil tətbiqimizi 50 mindən çox istifadəçi qiymətləndirib. Reytinq göstəricilərimizlə biz hər iki platformada lider mövqeyindəyik. Qarşıya qoyduğumuz hədəfə nail olmuşuq və bu nailiyyəti qorumağı bacarırıq. Təbii ki, bu məsələdə əsas köməyimiz müştərilərimizin rəyləridir, onların bölüşdüyü təcrübələridir. -Bunu necə öyrənirsiniz? -Müştəri məmnuniyyəti səviyyəsinin ölçülməsi bizim üçün çox mühümdür. Ötən il bu məqsədlə aparılan araşdırma zamanı müştəri məmnuniyyəti səviyyəsini müəyyənləşdirən NPS indikatorunun ABB-də 55%-ə yüksəldiyi məlum oldu. Bu, bizim strateji dövrdə qarşıya qoyduğumuz 60%-lik NPS hədəfinə çox yaxındır. NPS tədbirlərinin bir hissəsi kimi ABB mobile tətbiqinin hər bir istifadəçisi də müştəri məmnuniyyəti sorğusu alır. Nəyi daha da təkmilləşdirə bilərik sualını onlara təqdim edirik. Gələn cavablar bizim yol xəritəmizin mühüm hissəsidir. Tətbiqdən istifadə zamanı hər hansı problem yaşandıqda müştərilərimiz bunu bir toxunuşla bizə bildirir, problem həll olunduqdan sonra isə bu barədə onlara məlumat göndərilir. Strategiyamızın növbəti hədəflərindən biri də rəqəmsal satış və xidmətlərin payını sürətlə artırmaqdır. Məsafədən satış potensialımızla çox iddialıyıq. -Bu potensialdan istifadə üçün müştərilərə yeni nələr təqdim edəcəksiniz? -Müştərilərimiz kredit və debet məhsulları ilə bağlı ehtiyaclarını evlərindən çıxmadan az müddət ərzində qarşılaya biləcəklər. Bu istiqamətdə ilk addımlarımızdan biri ABB mobile üzərindən Bankımızın əməkhaqqı kartı sahibləri üçün satışların təşkili oldu. Qısa zamanda tətbiq vasitəsilə 5 mindən çox birbaşa satış həyata keçirildi. Hazırda beta layihə kimi başladığımız - ünvana çatdırılma xidməti vasitəsilə bu göstəriciləri bir neçə dəfə yüksəldəcəyik. Növbəti mərhələdə, Apple Pay-in tətbiqi, NFC ödənişlərinin genişləndirilməsi ilə təmassız ödənişləri daha da inkişaf etdirəcəyik. Mobil tətbiqimizlə istənilən bank kartı ilə əməliyyatlar aparmaq mümkün olacaq. İstifadəçilər üçün müəyyən loyallıq proqramlarımız nəzərdə tutulur. Mobil tətbiqlə daha geniş inteqrasiya imkanlarının yaradılması üçün partnyor şəbəkəmizi də genişləndiririk. -Ötən ilin ortalarından ABB-nin İnnovasiya Mərkəzi fəaliyyətdədir. İlkin nəticələr necədir? -Belə bir Mərkəzin təşkili ideyası, əvvəlcə 2019-cu ilin sonlarında ABB Tech Akademiyasının yaradılmasının, ardınca ötən ilin əvvəlində 1-ci ABB Regional Hakatonunun keçirilməsinin davamı idi. Mərkəzin ilk 12 rezidentinin 4-ü Hakatonda iştirak etmiş komandalar oldu. Artıq 12 startap layihəsinin hər biri ABB İnnovasiya Mərkəzində inkubasiya dövrünü başa çatdıraraq investorlara təqdim edilib. İyulun əvvəlində isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji tərəfdaşlığı ilə 2-ci ABB Regional Hakatonunu keçirdik. Bu Hakatonda da yetərincə maraqlı innovativ ideyalar təqdim edildi və seçilmiş komandalarla tərəfdaşlığı növbəti mərhələlərdə davam etdirəcəyik. Ümumən belə görünür ki, həm bazarda müəyyən bir ideya ətrafında toplaşıb onu inkişaf etdirməyə tələb mövcuddur, həm də investorlar tərəfdə belə bir fürsət axtarışında olan müəyyən icma formalaşır. Elə bizim də əsas niyyətimiz belə bir mühitin yaranmasına və bütün tərəflərin o mühitdə bir araya gəlməsinə dəstək olmaqdır. Bu, bir-birini ardıcıl şəkildə izləyib tamamlayan prosesdir. Bizim ABB Tech Akademiyamız indiyə qədər informasiya texnologiyaları sahəsində 300-ə yaxın peşəkar yetişdirib. Hər yeni proqramımızda onların sayı artır. Biz öz partnyorlarımızın və sahibkarların texnoloji həllər üçün lazımi resursla təmin edilməsinə də kömək göstərməyə çalışırıq. -Bankın strateji inkişaf layihələrinin icrası hazırda nə yerdədir? -Mövcud üç illik strategiyamız 2022-ci ilin sonuna qədər olan müddəti əhatə edir. Bir çox layihələri özündə birləşdirən strateji təşəbbüslərimizin 65%-ni artıq uğurla reallaşdırmışıq. Bu layihələr bankın bütün istiqamətlərini əhatə edir və gələcək fəaliyyət üçün bünövrə rolunu oynayır. Növbəti dövr üzrə yeni strategiyanın planlanması prosesinə də başlamışıq. Bu mərhələdə, artıq formalaşmış möhkəm bünövrəyə əsaslanacağıq. Ənənələrimizə sadiq qalaraq, universal bank kimi müştərilərimizə, tərəfdaşlarımıza yeni faydalar yaradacağıq. Müxtəlif biznes seqmentləri üzrə daha da böyüyəcəyik.

Xəbər

6%-dən başlayan və 25 illik daxili ipoteka!

ABB daxili ipoteka kreditinin şərtlərini dəyişib. Mənzil, yaxud fərdi yaşayış evi almaq istəyən müştərilər daxili ipoteka kreditlərini ABB-dən indi cəmi 6%-dən başlayan illik faiz dərəcəsi ilə, minimum 15% ilkin ödənişlə, 25 ilədək müddətə ala bilərlər. Kreditin maksimal məbləği 500 000 manata qədərdir. ABB 30-dan çox tikinti şirkəti ilə tərəfdaşlıq edir. Müştərilərə geniş və sərfəli seçim imkanı yaratmaqla yanaşı, ölkəmizdə tikinti biznesinin inkişafına da töhfə verir. ABB-nin daxili ipoteka kreditlərinin şərtləri barədə daha ətraflı məlumatı buradan əldə etmək olar. Krediti buradan onlayn sifariş edə bilərsiniz. Müraciət 3-5 gün ərzində icra olunur. Qeyd edək ki, Bank müştərilərə təkcə son bir ildə 200 milyon manatdan çox ipoteka krediti verib. Belə bir göstərici ilə ABB ölkəmizin ipoteka bazarının liderlərindəndir. Bank daxili resursları ilə yanaşı, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına da ipoteka krediti ayırır. Bu kreditlərin də müddəti 25 ildir. Maksimal məbləği isə 150 000 manata qədərdir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

TamKartla ödəniş edin, qazancınız üçqat olsun!

ABB Ramazan bayramına özəl olaraq yeni kampaniyaya başlayıb. Kampaniya müddətində TamKartla toplam və ya birdəfəlik 200 manat və daha çox məbləğdə alış-veriş edən müştərilər ABB mobile və ya veb portalda oxutduqları ƏDV çeklərində üçqat qazanc əldə edəcəklər. Bütün TamKart sahibləri bu kampaniyadan yararlana bilər. Bunun üçün ABB mobile tətbiqinə daxil olub “Qoşul” düyməsini seçmək lazımdır. Bir müştəri kampaniya zamanı maksimal 15 manat əlavə qazanc əldə edə bilər. Ətraflı məlumatı buradan əldə etmək olar. Fürsətlər bununla bitmir. Kampaniya dövründə TamKart VISA Classic Debet və TamKart Mastercard Standard Debet kartlarını hesaba cəmi 200 manat mədaxil etməklə pulsuz almaq mümkündür. Kampaniya 3 maya qədər davam edəcək. TamKart eyni vaxtda həm debet, həm də kredit kartı funksiyasını özündə birləşdirən kartdır. Bu kart müştərilərə bankla tərəfdaş məkanlarda 24 ayadək hissə-hissə ödəniş və keşbək imkanları yaradır. Üstəlik, ABB-nin ATM-lərində 15 000 manatadək TamKart debetlə nağdlaşdırmaya görə heç bir komissiya haqqı tutulmur. TamKartın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən Yeni ilə özəl endirimli kreditlər!

ABB Yeni ilə özəl olaraq “Xoş-beş” nağd kredit kampaniyasına başlayıb. Kampaniya çərçivəsində müştərilər ABB-dən nağd kredit alarkən illik faiz dərəcəsində müxtəlif güzəştlər qazanacaqlar. Belə ki, ABB - dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə illik faiz dərəcəsində 3% güzəşt ediləcək. Digər banklardakı aktiv kreditini bağlayan müştərilər isə əlavə 2%-dək güzəşt əldə edəcəklər. Beləliklə, rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan müştərilər bu gözəl fürsətdən yararlanaraq 5%-dək güzəşt əldə etmək imkanına sahib olacaqlar. Kreditin şərtləri: Məbləğ - 40 000 manatadək Müddət - 60 ayadək Komissiya - 0% Sığorta haqqı - 0% İllik faiz dərəcəsi – 10.9%-dən başlayaraq Kampaniya 15 yanvar 2024-cü il tarixinə qədər davam edəcək. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB mobile tətbiqindən, bankın saytından, ABB-nin istənilən filialından almaq mümkündür. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. Filialda kredit əldə edərkən, müştəriyə TamKart kredit kartı da hədiyyə edilir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!