Xəbər

AmEx ödəniş kartı əldə etmək üçün əla fürsət!

“American Express” beynəlxalq kart təşkilatının Azərbaycandakı yeganə tərəfdaşı olan ABB AmEx kartlarından istifadənin müştərilərə daha sərfəli olması üçün yeni kampaniyaya başlayıb. 30 dekabr tarixinə qədər davam edəcək kampaniya müddətində müştərilər AmEx kartı hesabına 100 manat, yaxud kartın valyutasından asılı olaraq 100 ABŞ dolları məbləğində vəsait mədaxil etdikdə 3 illik AmEx Green, 300 manat (yaxud 300 ABŞ dolları) vəsait mədaxil etdikdə isə 3 illik AmEx Gold kartı hədiyyə qazanacaqlar. Qeyd edək ki, hazırda Azərbaycan Beynəlxalq Bankı ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bank öz müştərilərinə "VISA", "MasterCard", "American Express" və Union Pay beynəlxalq ödəniş sistemlərinin müxtəlif kart çeşidlərini təklif edir. Xarici tərəfdaşları ilə birgə həyata keçirilən innovativ layihələri ilə ölkəmizdə ödəniş infrastrukturunun inkişafına töhfə verir. Azərbaycan Beynəlxalq Bankı müştərilərə "American Express" ödəniş kartlarını təklif edən ilk və yeganə Azərbaycan bankıdır. Azərbaycan Beynəlxalq Bankı həm də ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda Bankın Azərbaycanın müxtəlif regionlarını əhatə edən 850-ə yaxın ATM-i, ticarət və xidmət müəssisələrində isə 13 mindən çox POS terminalı var. Bank öz kart sahiblərinə müxtəlif ticarət və xidmət məkanlarında nağdsız ödənişlər zamanı kəşbək imkanları yaradır. Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məsafədən xidmət imkanları barədə məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB yeni korporativ saytını təqdim etdi!

Fəaliyyətini müasir çağırışlara uyğun daim təkmilləşdirən ABB daha bir yeniliyini təqdim edib. Bank yeni inkişaf konseptinə uyğunlaşdırılmış korporativ saytını istifadəyə verib. Müasir qlobal standartlara uyğun hazırlanmış sayt modern dizaynı, təkmil strukturu, istifadəsinin rahatlığı ilə fərqlənir. Saytda bölmələrin sayı optimallaşdırılıb, lazımı məlumatların tapılması daha sadə, asan və sürətli olub. Funksionallığına görə yeni saytı ABB-nin onlayn filialı da adlandırmaq mümkündür. Belə ki, burada ABB-nin müxtəlif çeşidli məhsul və xidmətləri barədə ətraflı məlumat almaqla yanaşı, bu məhsul və xidmətləri sayt üzərindən tam rəqəmsal təcrübə ilə sifariş vermək mümkündür. Fərdi müştərilər, bizneslər burada internet bankçılığın geniş imkanlarından faydalana bilərlər. Müştəriləri ilə danışan bank – ABB-nin Virtual assistenti Bankın yeni saytında da 7/24 rejimində istifadəçilərin bütün suallarını cavablandırır, onlar kömək göstərir. Bankın xidmət və məhsullarından başqa, əsas strateji hədəfləri, mühüm yenilikləri, idarəetmə sistemi, investorlarla əlaqələri və s. barədə məlumatları, ABB-nin geniş hesabatlarını da saytdan əldə etmək mümkündür. Yeni sayt müştəri məmnuniyyətinin artırılmasına, şəffaflığa, ABB-nin xidmət və məhsullarının əlçatanlığına, maraqlı tərəflərlə kommunikasiyaların daha da genişlənməsinə xidmət edəcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-də nağd kreditə 6%-dək endirim!

ABB Yeni il münasibətilə nağd pul kreditlərində xüsusi kampaniyaya start verib. Bu kampaniya ABB-dən kredit alarkən müştərilərə illik faiz dərəcəsində 6%-dək endirim qazandıracaq. Belə ki, ABB-dən kredit əldə edərək digər bank kreditlərini bağlayan müştərilər faiz dərəcəsinə 4%-dək endirim əldə edəcəklər. ABB-dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə isə illik faiz dərəcəsinə əlavə 2%-dək endirim ediləcək. Rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan hər bir müştəri bu sərfəli fürsətdən yararlana bilər. Üstəlik, rəqəmsal kanallardan 31 dekabra qədər krediti komissiyasız əldə edə bilərsiniz. Kredit müraciəti və məbləğin əldə olunması prosesi tamamilə onlayn həyata keçirilir. Kreditin şərtləri: Məbləğ – 50 000 manatadək Müddət – 60 ayadək Minimal illik faiz dərəcəsi – 10.9% Zaminsiz Komissiyasız Kampaniya 18 dekabr 2025-ci ildən – 31 yanvar 2026-cı ilədək keçərlidir. Güzəştli şərtlərlə 50 000 AZN-dək nağd pul kreditini bank filiallarına getmədən, tam onlayn olaraq ABB mobile tətbiqindən və ya nagdkredit.az saytından sifariş etmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

Beynəlxalq köçürmələrlə bağlı bir ilk!

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) GPI sistemini ölkəmizdə tətbiq etmiş ilk banklardan olan ABB müştərilərinə bu sistem üzrə yeni bir imkan da yaradıb. İndi xarici valyutada köçürmələri Banka getmədən, istənilən məkandan İnternetBank xidməti vasitəsilə izləmək mümkündür. Azərbaycan Beynəlxalq Bankı bu sistemi İnternetBank xidmətinə inteqrasiya etmiş ilk və yeganə bankdır. Üstəlik, müştərilər indi Bankın bu xidmətindən ödənişsiz istifadə edirlər. Məlum olduğu kimi, xarici valyutada beynəlxalq köçürmələr prosesində bəzən bir neçə bank iştirak edir. Müştərilər isə köçürmələrinin hansı mərhələdə olduğunu tez-tez öyrənmək istəyirlər. Onların işini asanlaşdırmaq üçün SWIFT təşkilatı qlobal ödənişlərdə yeni inkişaf standartlarından biri kimi GPI sistemini tətbiq edib. Azərbaycan Beynəlxalq Bankı da 2019-cu ildən bu sistemə qoşulub. Sistem beynəlxalq köçürmələr zamanı hüquqi şəxslərin və sahibkar fiziki şəxslərin ödənişlərini bütün mərhələlər üzrə nəzarətdə saxlamaq, icra prosesini addım-addım müşahidə etmək imkanı verir. Bu isə ödənişlərin tam təhlükəsizliyinə, operativliyinə, şəffaflığına şərait yaradır. Müştərilərin öz köçürmələrinin icrası prosesi barədə məlumat almalarından ötrü artıq əlavə vəsait sərf etmələrinə, vaxt itirib bank ofislərinə müraciət etmələrinə daha gərək yoxdur. Azərbaycan Beynəlxalq Bankının bu innovativ addımı hüquqi şəxs və sahibkar müştərilərin işinin daha da asanlaşmasına, müştəri məmnuniyyətinin və loyallığının artmasına xidmət edir. Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın 41 filial və 35 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən xanımlara hədiyyə

ABB 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara xoş bir sürpriz hazırlayıb. Bu gündən başlayaraq Bank ödəniş üzüklərində endirim kampaniyasına start verir. Martın 10-a qədər davam edəcək kampaniya dövründə müştərilərə VISA İnfinite kartları ilə təqdim olunan ödəniş üzüklərini 50%, VISA Platinum kartları ilə təqdim olunan ödəniş üzüklərini isə 30% endirimlə əldə etmək olar. Üstəlik, onlayn sifariş edilmiş üzük və kartlar şəhər daxilində müştərinin ünvanına pulsuz çatdırılacaq. Ödəniş üzükləri ABB-nin ölkəmizə gətirdiyi növbəti innovativ bankçılıq texnologiyalarındandır. Bankın ötən ilin əvvəlindən bazara təqdim etdiyi bu ödəniş vasitəsi təmassız NFC texnologiyası əsasında hazırlanıb. Ödəniş üzükləri adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar. Ödəniş üzüklərini şəxsiyyət vəsiqəsi ilə ABB-nin istənilən filial və ya şöbəsindən və ya onlayn sifarişlə əldə etmək mümkündür. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar. Sifariş et

Xəbər

ABB yeni imic filmini təqdim etdi!

Regionun ən böyük maliyyə qurumu olan ABB yeni imic filmini təqdim edib. “ABB Bizik!” devizi ilə hazırlanmış film Bankın bütünləşdirici rolunu diqqətə çatdırır. Universal həlləri ilə, bütün müştəri seqmentlərinin ehtiyaclarını qarşılayan çeşidli məhsul və xidmətləri ilə, formalaşdırdığı yeni təcrübələrlə, iştirak etdiyi irimiqyaslı layihələrlə bu gün ABB ölkə və cəmiyyət həyatında çox mühüm müsbət təsirlər yaratmaqdadır. Bank 3.5 milyondan çox fərdi, 20 minə yaxın korporativ müştəriyə xidmət edir. Ölkəmizdəki bir çox dövlət və özəl qurumların, kiçik və orta sahibkarların etibarlı maliyyə tərəfdaşıdır. 1800-ə yaxın səhmdar ABB-də pay sahibidir, Bankda 3500-dən çox əməkdaş çalışır. ABB bu qədər şəxsi, onların doğmalarını yaratdığı dəyərlər ətrafında bir araya gətirir, ayrı-ayrı fərdlər və qurumlar arasında bağlantı qurur, imkanlar yaradır, inkişaf proseslərini dəstəkləyir. Bütün bunlar ABB-nin bütünləşdirici rolunu getdikcə daha da gücləndirir. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu gün ABB sadəcə bank olmaqdan daha üstün mövqeyə yüksələrək insanlarımızın gündəlik həyatında vacib bir dəyərə çevrilib. Bu dəyəri müştərilərimizlə, tərəfdaşlarımızla, səhmdarlarımızla, əməkdaşlarımızla, bir sözlə, ABB adında bütünləşən hər kəslə birgə yaratmışıq. Biz bu insanlarla, onlar isə ABB ilə bir bütünük, birlikdə ABB-yik. İmic filmimizin ötürdüyü “ABB Bizik!” mesajı da belə bir xoş reallığı vurğulayır”. Filmi buradan izləyə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB “SIBOS-2024” beynəlxalq sərgi-konfransında təmsil olunur

Oktyabrın 21-dən Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində ənənəvi SIBOS sərgi-konfransı başlanıb. Tədbirin təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT). Oktyabrın 24-dək davam edəcək “SIBOS-2024” sərgi-konfransına ABB də qatılıb. Bankı beynəlxalq tədbirdə İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev, İdarə Heyəti sədrinin müavini, Baş risk inzibatçısı Aqşin Əmirov, Baş direktor Fuad İslamov, Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov, departamentin şöbə müdiri Tural Oruclu təmsil edir. SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirən, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzar əlaqələrin qurulmasına kömək göstərən mühüm platformadır. “SIBOS–2024” çərçivəsində ABB nümayəndələri xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən Bankın uzunmüddətli tərəfdaşları olan Citibank, JP Morgan, BNY Mellon, LBBW, Commerzbank, Deutsche Bank, ABN AMRO, ODDO BHF, Zurcher Kantonalbank, Raiffeisen, ICBC, Vakifbank, İşbank, Akbank, Mashreq, First Abu Dhabi və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirəcəklər. Həmçinin risk, hesablaşmalar, ticarətin maliyyələşdirilməsi, innovasiyalar sahəsində finteklərin nümayəndələri ilə də görüşlər olacaq, gələcək əməkdaşlıq perspektivləri üzrə müzakirələr aparılacaq. ABB təmsilçiləri maliyyə texnologiyaları, süni intellekt, data ilə bağlı müxtəlif tədbirlərdə də iştirak edəcəklər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!

ABB xarici maliyyə bazarlarında iştirakını genişləndirən daha bir uğurlu anlaşmaya imza atıb. Bank Birləşmiş Ərəb Əmirliklərinin aparıcı banklarından olan Mashreqbank-ın təşkilatçılığı əsasında Avropadan 5, BƏƏ-dən 7 olmaqla, ümumilikdə 12 nüfuzlu bankın iştirakı ilə 230 000 000 ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Əqdin agenti rolunda BƏƏ-nin digər nüfuzlu bankı Abu Dhabi Commercial Bank çıxış edib. Bu, ABB-nin uzun illər sonra ötən ilin aprelində beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışının ardınca cəlb edilmiş növbəti iri məbləğli sindikativ kreditdir. Xatırladaq ki, ötən il də ABB 200 000 000 ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb etmişdi. Bu dəfə əqdin məbləğinin 15% artması və yeni şərtlərin ABB üçün daha əlverişli olması beynəlxalq maliyyə bazarlarında həm Azərbaycanın, həm ABB-nin dayanıqlı inkişafı və güclü maliyyə mövqeyinə yüksək etimadın daha da möhkəmləndiyini göstərir. Cəlb olunmuş vəsait ABB-nin 2026-2028-ci illər üzrə yeni inkişaf strategiyasına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü iri layihələrin maliyyələşdirilməsinə yönələcək. ABB-nin xarici maliyyə bazarlarında iştirakı Bankın beynəlxalq imicini daha da yüksəldir, biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

Yeni beynəlxalq ödəniş aləti ölkəmizə gəlir

Müsahibimiz ABB-nin Kart məhsulları sahəsinin rəhbəri (Tribe Lead) Əfqan Abbasovdur -ABB bu günlərdə TamGənc kartını bazara təqdim etdi. Belə məhsullarla bazarda hansı üstünlükləri yaratmaq istəyirsiniz? -Gənc müştərilərin istəklərinə uyğun məhsul və xidmətlərin yaradılması yeni strateji dövrdə ABB üçün vacib məqamlardan biridir. Müştərilərimiz arasında gənc nəslin təmsilçilərinin sayı artır. Gənclərin bank xidmət və məhsulları ilə bağlı özünəməxsus ehtiyacları olur. ABB olaraq biz də bu ehtiyacları onların istəklərinə uyğun qarşılamağa çalışırıq. Sərfəli kreditlərimizi hər kəsə əlçatan edərkən, onlayn xidmətlərimizlə banka gəlmək ehtiyacını aradan qaldırarkən, ödəniş kartlarından istifadənin üstünlüklərini və keşbek imkanlarını genişləndirərkən həm də gənc müştərilərimizin gözləntilərini nəzərə alırıq. TamGənc kartı da sırf 18-25 yaş aralığında müştərilərimiz üçün yaradılmış məhsuldur. Gənclər bu kartla bir çox xidmətlərimizdən güzəştlərlə yararlana bilirlər. Kart sahibləri taksi və dəmiryolu nəqliyyatında, musiqi platformalarında, kitab mağazalarında, muzeylərdə, oyunların və rəqəmsal məhsulların alışında ödəniş zamanı 5%-dək keşbek qazancı əldə edirlər. Müəyyən limit daxilində köçürmə və nağdlaşdırma əməliyyatlarında onlardan komissiya haqqı tutulmur. Kart hesabındakı pul qalığına illik 6%-dək gəlir hesablanır. Hər bir gənc 18 yaşı tamamlanan kimi 1 ay ərzində özünün ilk bank kartını - TamGənc kartını ABB filiallarından pulsuz əldə edə bilər. Bunun özü ölkəmizdə bir ilkdir ki, 18 yaşı tamamlanan gənclərimizə TamGənc kimi faydalı bir kart hədiyyə olaraq bağışlanır. -Təmassız ödəniş imkanlarını genişləndirmək üçün Bank hazırda nə işlər görür? -Rəqəmsal inkişaf layihələrimizin mühüm qismi məhz bu istiqamətlə bağlıdır. Təmassız ödəniş imkanlarının genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qururuq. Müxtəlif təşkilatlarla məlumat mübadiləsi sistemlərinin inteqrasiyasına çalışırıq. Bildiyiniz kimi, bir müddət əvvəl tərəfdaşlarımızla birgə mühüm layihəyə imza atıb dəmiryolu nəqliyyatında təmassız ödənişlərə imkan yaratdıq. Bu prosesin davamı olaraq insanların mütəmadi istifadə etdikləri digər xidmət infrastrukturlarında da təmassız ödənişlərin inkişafı istiqamətində işlər davam etməkdədir. NFC sistemini dəstəkləyən ATM-ləri də ölkəmizdə ilk dəfə ABB tətbiq etdi. Hazırda ölkə ərazisində ABB-nin 196 yeni nəsil ATM-i quraşdırılıb və bu proses davam edir. Müştərilər fiziki kartlar olmadan NFC-ni dəstəkləyən ödəniş alətləri ilə ATM-lərimizdə təmassız nağdlaşdırma və digər əməliyyatlar apara bilirlər. -ABB ötən ilin sonlarında ApplePay-i kart sahibləri üçün əlçatan etdi. Bu il də oxşar yenilikləriniz olacaqmı? -Bəli, hazırda tərəfdaşlarımızla birgə mühüm bir layihə üzərində işi başa çatdırmaq üzrəyik. Android sistemini dəstəkləyən ödəniş həlli ölkəmizə gətirilir. Yaxın günlərdə bununla bağlı yeniliklərimizi ictimaiyyətlə bölüşəcəyik. Əminik ki, ABB-nin digər müasir bankçılıq həlləri kimi bu yeniliyimiz də müştərilərimizdə yüksək məmnuniyyət yaradacaq. Yeni müştəri təcrübəsinin formalaşmasına, ölkəmizdə təmassız ödəniş ənənələrinin genişlənməsinə töhfə verəcək.

Xəbər

ABB gənclər üçün təcrübə proqramı elan etdi

İstedadların inkişafına davamlı dəstək verən ABB bu istiqamətdə daha bir layihəsini elan edib. Bank yeni məzunlar və tələbə-magistrlər üçün təcrübə proqramına başlayıb. Bankçılıq fəaliyyətinə marağı olan gənclər bu proqramda iştirak edərək həm faydalı bilik və bacarıqlar qazana, həm də təcrübə müddətində yüksək nailiyyət göstərib ABB-də işə qəbul oluna bilərlər. Ali məktəblərdən 2018, 2019, 2020–ci illərdə məzun olan, yaxud magistratura pilləsində təhsil alan hər bir şəxsə seçim prosedurlarından keçərək proqramda iştirak imkanı yaradılıb. Proqrama qəbul onlayn qaydada aparılır. İştirak etmək istəyən gənclər buradan qeydiyyatdan keçməlidirlər. İlkin seçim zamanı Bankın fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə təhsil alan namizədlərə üstünlük veriləcək. Qəbul tələblərinə uyğun gələn namizədlər əvvəlcə IQ testindən, keçid balını topladıqları təqdirdə isə xarakter testindən keçəcəklər. Müsahibə mərhələsində də uğur qazanmış bütün namizədlər proqramda iştirak edəcəklər. Təcrübə proqramının müddəti 4 aydır. Bu müddətdə iştirakçılar real iş mühiti ilə tanış olacaqlar. Bank əməkdaşlarının rəhbərliyi altında çalışaraq praktik biliklərə yiyələnəcəklər. Bankın təşkil etdiyi təlimlərdə iştirak edə biləcəklər. İştirakçılara müəyyən məbləğdə aylıq ödəniş də nəzərdə tutulub. Bankın Baş direktoru Aynur Süleymanlı bildirib: “ABB istedadların yetişdirilməsini və onların inkişafının dəstəklənməsini əsas missiyalarından biri kimi müəyyənləşdirib. Bu istiqamətdə ardıcıl layihələr həyata keçiririk. Təcrübə proqramımız da, gənclərin peşəkar bacarıqlara yiyələnməsinə, uğurlu karyera qura bilməsinə faydalı olacaq”. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!