Xəbər

Səyahətlər zamanı ödənişsiz xidmət və endirim imkanlı “VISA Business Platinum” kartı

ABB "VISA Business Platinum” kartını müştərilərə təqdim edib. Bu kart işgüzar məqsədlərlə tez-tez səyahət edən şəxslər üçün həm xərclərə qənaətdir, həm də rahatlıq imkanıdır. İşgüzar səyahətlər zamanı ehtiyac yarandıqda kart sahiblərinə tibbi və hüquqi yardım göstərilir. İş adamları "VISA Business Platinum” kartı ilə Lounge Key xidmətindən ödənişsiz istifadə edə bilirlər. Bəzi şəhərlərin hava limanlarında isə Fast Track və baqajın bağlanması xidmətindən pulsuz istifadə etmək olur. Bu kartlarla BOLT xidmətindən istifadə zamanı da 50% endirim qazanılır. Əməkdaşlarını tez-tez ezamiyyətlərə göndərən biznes sahibləri də bu kartların qənaət və xərclərə nəzarət imkanlarından faydalana bilərlər. Kartdan istifadə müddəti 3 ildir. "VISA Business Platinum” kartının üstünlükləri barədə əlavə məlumatı buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

“TamGənc” Basketbol Liqası bu komandanın qələbəsi ilə başa çatdı

ABB-nin əsas tərəfdaşlığı ilə tələbələr arasında keçirilən “TamGənc” Basketbol Liqası” başa çatıb. Liqanın qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası olub. Final qarşılaşmasında Akademiyanın tələbələri Azərbaycan Texniki Universitetinin komandasına 77 : 82 hesabı ilə qalib gəliblər. AzTU komandası Liqada 2-ci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası 3-cü yeri tutub. Ötən ilin sonundan start götürmüş “TamGənc” Basketbol Liqasında ölkəmizdəki 7 universitetin komandaları yarışıb. “TamGənc” Basketbol Liqası”nın qaliblərinə mükafatların təqdimatı mərasimində Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov və ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də iştirak edib. Qeyd edək ki, “TamGənc” Basketbol Liqası” adı ABB-nin 18 - 25 yaş arasında gənclər üçün nəzərdə tutduğu TamGənc kartı ilə bağlıdır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən ədliyyə işçilərinə özəl kredit

ABB 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı gününə özəl olaraq yeni kampaniyaya start verib. Bankın əməkhaqqı kartı sahibi olan ədliyyə işçiləri 3 dekabr tarixinə qədər nağd pul kreditini indi ABB-dən 16%-lik illik faiz dərəcəsi ilə əldə edə bilər. Kreditin şərtləri: Məbləğ - 30 000 manatadək Müddət - 60 ayadək Komissiya – 0% İllik faiz dərəcəsi – 16% Zaminsiz 1000 manatlıq TamKart kredit kartı hədiyyə Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. ABB-nin əməkhaqqı kart sahibləri krediti Banka gəlmədən ABB Mobile tətbiqi ilə onlayn şəkildə də əldə edə bilərlər. Kredit alan hər kəsə TamKart da hədiyyə edilir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə “Gənc Fermer” Ümumrespublika Biznes Oyununa start verilir

ABB-nin, Gənclər və İdman Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlıq dəstəyi ilə “Gənc Fermer” Ümumrespublika Biznes Oyunu layihəsinə start verilir. Layihənin təşəbbüskarı və icraçısı Aqrar İnkişaf Könüllüləri Təşkilatıdır. Belə bir layihənin həyata keçirilməsində məqsəd gənclərin aqrar biznes sahəsində bilik və bacarıqlarının artırılmasıdır. İlkin mərhələdə komandalar formalaşdırılacaq. İştirakçılar üçün layihələrin yazılması, aqrar təsərrüfat sahələri üzrə təlimlər və səfərlər təşkil olunacaq. Növbəti mərhələdə biznes oyunu keçiriləcək. Oyun rayondaxili və final mərhələsi olmaqla 2 mərhələdə təşkil olunacaq. Birinci mərhələdə münsiflər heyətinin qiymətləndirməsinə əsasən, hər rayon üzrə 1 qalib komanda rayonlararası yarışa vəsiqə qazanacaq. 2022-ci ildə Gənclər Paytaxtı elan edilmiş Tovuz rayonunda keçiriləcək final mərhələsində isə oyunun qalibləri müəyyənləşdiriləcək. İlk 3 yerin qalibi olan gənclər hədiyyələrlə mükafatlandırılacaq, müxtəlif qurumlarda peşəkar təcrübə imkanı qazanacaqlar. Layihəyə qoşulmaq üçün buradan qeydiyyatdan keçmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB hər kəs üçün sərfəli kredit kampaniyasına start verdi

Payız mövsümünün sonuna doğru ABB hər kəs üçün sərfəli kredit kampaniyasına start verib. Əmək haqqını hansı bankın kartı ilə almasından asılı olmayaraq rəsmi gəlirə malik hər bir müştəri bu imkandan yararlanaraq nağd pul kreditini ABB-dən rahatlıqla əldə edə bilər. Kreditin şərtləri: Məbləğ - 35 000 manatadək Müddət - 60 ayadək Komissiya - 0% Sığorta haqqı - 0% İllik faiz dərəcəsi – 12.9%-dən başlayaraq Payız kampaniyası 3 noyabrdan – 15 dekabra qədər davam edəcək. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin istənilən filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. Krediti Banka gəlmədən ABB mobile tətbiqindən, yaxud Bankın saytından onlayn şəkildə də sifariş verib əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

SİMA indi ABB mobile-da!

Müştərilərin işini daha da rahatlaşdırmaq və təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə ABB tərəfdaşlarla inteqrasiya proseslərini davam etdirir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzadan artıq ABB mobile tətbiqində də istifadə etmək mümkündür. SİMA üztanıma texnologiyası əsasında çalışır. ABB mobile istifadəçiləri şəxsi məlumatlarındakı dəyişiklikləri SİMA ilə anında edə bilərlər. Bundan əvvəl məlumat dəyişikliklərinin icrası 3 günədək çəkirdi. SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə elektron xidmətlərdən də yararlanmaq mümkündür. Vətəndaşın imzası tələb olunan bütün rəqəmsal xidmətlər bura aiddir. İmzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması da bu üstünlüklərdəndir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

“ASAN xidmət” ödənişlərini ABB mobile ilə növbəsiz ödə!

“ASAN xidmət” mərkəzlərində bəzi ödənişləri də artıq kassada növbə gözləmədən ABB mobile tətbiqi ilə onlayn yerinə yetirmək olar. Azericard prosessinq mərkəzinin bu günlərdə istifadəyə verdiyi “tezödə” xidməti buna şərait yaradır. Bu imkan hələlik şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərinə aiddir. Belə bir imkandan faydalanmaq üçün istifadəçilər ABB mobile tətbiqində “tezödə” funksiyasını aktivləşdirməlidirlər. Hazırda “tezödə” xidməti istifadəçilərə başqa bir üstünlük də təqdim edir. Mastercard istifadəçiləri “tezödə” ilə apardıqları ödənişlərdən əlavə keşbek qazanırlar. Bunun üçün istifadəçinin ABB mobile tətbiqində istənilən Mastercard kartını seçib kart məlumatları hissəsində “tezödə”-ni aktivləşdirməsi kifayətdir. Ondan sonra kampaniya dövründə hər ASAN xidmət ödənişi istifadəçiyə 3 manat keşbek gətirir və müştəri komissiya haqqı da ödəmir. Kampaniya 30 iyuna qədər davam edəcək. “tezödə” funksiyası barədə ətraflı məlumatları buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirildi

ABB-nin dəstəyi, “Facemark” şirkətinin təşkilatçılığı ilə “Gülüstan” sarayında II Qadın Liderləri Zirvəsi keçirilib. Tədbirdə Azərbaycandan və ölkə xaricindən müxtəlif fəaliyyət sahələrini təmsil edən qadın liderlər bir araya gəlib. ABB-nin Baş direktoru Aynur Süleymanlı iştirakçılara ABB-nin qadınlara bərabər imkanlar mühitinin yaradılması məqsədilə həyata keçirdiyi layihələr barədə danışıb. Bankın son illərdə qadın liderlərin inkişafı sahəsində əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.ABB-nin Əməliyyat departamentinin direktoru Nərgiz Aslanova panel müzakirəsində iştirakçılarla öz şəxsi inkişaf təcrübəsini bölüşüb. Müzakirələr “Zirvəyə gedən yol”, “Zirvədəki baryerlər və maneələr”, “Zirvədə davamlılıq və dayanıqlılıq” mövzularında 3 əsas panel üzrə aparılıb. Tədbir zamanı keçirilən müsabiqənin qaliblərinə ABB-nin hədiyyələri də təqdim olunub. II Qadın Liderləri Zirvəsi ölkəmizdə qadın liderliyinin gücləndirilməsi və gələcək nəsil liderlərin formalaşdırılmasına töhfə verən əhəmiyyətli platforma kimi yadda qalıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!