Xəbər

6%-dən başlayan və 25 illik daxili ipoteka!

ABB daxili ipoteka kreditinin şərtlərini dəyişib. Mənzil, yaxud fərdi yaşayış evi almaq istəyən müştərilər daxili ipoteka kreditlərini ABB-dən indi cəmi 6%-dən başlayan illik faiz dərəcəsi ilə, minimum 15% ilkin ödənişlə, 25 ilədək müddətə ala bilərlər. Kreditin maksimal məbləği 500 000 manata qədərdir. ABB 30-dan çox tikinti şirkəti ilə tərəfdaşlıq edir. Müştərilərə geniş və sərfəli seçim imkanı yaratmaqla yanaşı, ölkəmizdə tikinti biznesinin inkişafına da töhfə verir. ABB-nin daxili ipoteka kreditlərinin şərtləri barədə daha ətraflı məlumatı buradan əldə etmək olar. Krediti buradan onlayn sifariş edə bilərsiniz. Müraciət 3-5 gün ərzində icra olunur. Qeyd edək ki, Bank müştərilərə təkcə son bir ildə 200 milyon manatdan çox ipoteka krediti verib. Belə bir göstərici ilə ABB ölkəmizin ipoteka bazarının liderlərindəndir. Bank daxili resursları ilə yanaşı, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına da ipoteka krediti ayırır. Bu kreditlərin də müddəti 25 ildir. Maksimal məbləği isə 150 000 manata qədərdir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB beynəlxalq “SIBOS-2022” sərgi-konfransında

Oktyabrın 10-dan Amsterdam şəhərində ənənəvi SIBOS sərgi-konfransına start verilib. Dörd gün davam edəcək tədbirin təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT). “SIBOS-2022” sərgi-konfransına ABB də qatılıb. Bankı beynəlxalq tədbirdə İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev, Baş direktor Fuad İslamov və Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov təmsil edir. SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirən, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzar əlaqələrin qurulmasına kömək göstərən mühüm platformadır. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanıb. “SIBOS – 2022” çərçivəsində ABB nümayəndələri xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən bankın uzunmüddətli tərəfdaşları olan JP Morgan, Citibank, Commerzbank, Deutsche Bank, Credit Suisse, Societe Generale, Türkiyə İş Bankası və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirəcəklər. ABB-nin yeni layihələri, bankda gedən inkişaf prosesləri, strateji hədəfləri barədə məlumat verəcək, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB mobile-da daha bir vacib məhsul!

ABB mobile tətbiqində daha bir məhsuldan faydalanmaq imkanı yaradılıb. İndi tətbiq üzərindən “Atəşgah” Sığorta Şirkətinin Kasko sığortası məhsulunu da cəmi bir neçə toxunuşla əldə etmək mümkündür. Bu, unikal bir məhsuldur. ABB mobile ölkəmizdə kasko sığortasını təqdim edən ilk bank tətbiqidir. Müştərilər tətbiq üzərindən istənilən risklərə və parametrlərə uyğun kasko məhsulu seçə bilərlər. Məlum olduğu kimi, Kasko sığorta avtomobil sahibləri üçün son dərəcə mühüm bir məhsuldur. Yol-nəqliyyat hadisəsi, atılmış, yaxud düşmüş əşya, üçüncü şəxslərin qanunazidd hərəkətləri, oğurluq və s. zamanı avtomobilə ziyan dəyərkən bu sığorta növü avtomobilə dəymiş zərərləri ödəyir. Zərərin ödənilməsi, müştərinin istəyinə əsasən ya avtomobilin təmir-bərpası, yaxud da müştərinin bank hesabına köçürmə yolu ilə həyata keçirilir. ABB mobile tətbiqinin hər bir istifadəçisi tətbiqə daxil olmaqla bu imkandan çox asanlıqla faydalana bilər. Tətbiqdə «Avto+» və «Avto Extra» könüllü avtomobil sığortası məhsulları da aktivdir. Bu cür funksional həllərlə ABB mobile istifadəçilərin maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarını cəmi bir neçə toxunuşla və yüksək keyfiyyətlə təmin edən universal rəqəmsal platformaya çevrilir. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB beynəlxalq “SIBOS-2023” sərgi-konfransında

Sentyabrın 18-dən Toronto şəhərində ənənəvi SIBOS sərgi-konfransı başlanıb. Tədbirin təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT). “SIBOS-2023” sərgi-konfransına Cənubi Qafqaz regionunun ən böyük maliyyə qurumlarından olan ABB də qatılıb. Bankı beynəlxalq tədbirdə İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev, İdarə Heyəti sədrinin müavini Nəbi Əliyev, Baş direktor Fuad İslamov və Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov təmsil edir. SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirən, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzar əlaqələrin qurulmasına kömək göstərən mühüm platformadır. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanıb. “SIBOS–2023” çərçivəsində ABB nümayəndələri xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən bankın uzunmüddətli tərəfdaşları olan JP Morgan, Citibank, Commerzbank, Deutsche Bank, Credit Suisse, Societe Generale, Türkiyə İş Bankası və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirəcəklər. ABB-nin yeni layihələri, bankda gedən inkişaf prosesləri, strateji hədəfləri barədə məlumat verəcək, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə 36 000 ağac əkilir

ABB dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq ölkəmizdə ətraf mühitin qorunmasına dəstək layihələrini davam etdirir. Bankın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Visa beynəlxalq ödəniş təşkilatı ilə tərəfdaşlıq əsasında reallaşdırdığı TamEco kartı layihəsi çərçivəsində Müşfiqabad qəsəbəsində ağaclar əkilib. Ağaclardan ilk 650-i ABB-nin əməkdaşları əkiblər. TamEco layihəsi üzrə ümumən 36 000 ağac əkiləcək. Layihəyə əsasən, müştərilər ABB-dən TamEco kartı sifariş verdikdə hər karta görə bir ağac əkilməsi nəzərdə tutulurdu. Ağac tinglərinin alınması üçün ianəni müştərinin adından Bank öz hesabına ödəyirdi. Beləliklə, ABB-dən bir TamEco kartı sifariş etmiş hər müştəri bununla ölkəmizdə bir ağac böyütmüş olacaq. TamEco kartı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl gələcək” layihəsi çərçivəsində yaradılmış bank məhsuludur. Kartın özü dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Bu, Visa-nın bazasında təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda təqdim olunan ilk eko kartdır. Layihənin məqsədi ölkə ərazisində yaşıllıqların artırılması, cəmiyyətdə ekoloji mədəniyyətin inkişafı, ətraf mühitlə bağlı fərdi məsuliyyət hissinin gücləndirilməsidir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB tarixi binasının açılışını etdi

ABB-nin “Mərkəzi” filialı yenidən öz tarixi ofisində müştərilərə xidmətə başlayıb. “Mərkəzi” filial Hacı Zeynalabdin Tağıyev küçəsi – 3 ünvanında, XX əsrin əvvəllərində məhz bank binası kimi inşa olunmuş məşhur tikilidə fəaliyyət göstərir. 30 yanvar 2023-cü ildə binanın açılışı olub. Tədbirdə binanın tarixi haqqında məlumat verilib, bu barədə qısa film nümayiş etdirilib. İştirakçılar binada təşkil edilmiş və bankçılıq fəaliyyətinin müxtəlif dövrlərinə dair maraqlı eksponatlar yerləşdirilmiş tarixi guşə ilə də tanış olublar. Həmçinin müştərilərə ən yüksək səviyyədə xidmət üçün filial binasında yaradılmış imkanlar təqdim edilib. ABB-nin “Mərkəzi” filialının ofisi yerləşən tikilinin təməli 1903-cü ildə qoyulub. Bank üçün nəzərdə tutulduğundan fasadında “Банкъ” sözü və qədim Roma mifologiyasına görə Ticarət tanrısı sayılan Merkurinin təsviri işlənib. 1905-ci ildən burada “Societe Generale” qrupunun törəmə bankı olan Şimal Bankının Bakı şöbəsi fəaliyyətə başlayıb. 1910-1920-ci illərdə isə o dövrdə ölkənin ən böyük bankı sayılan “Rusiya-Asiya Bankı”nın Bakı şöbəsi yerləşib. 1924-cü ildən sonra binada keçmiş SSRİ Dövlət Bankının Bakıdakı kassalarından biri xidmət göstərib. Ötən əsrin 50-ci illərindən binada Kommunal Təsərrüfat və Tikinti Bankı yerləşib. 60-cı illərdə tikilinin ayrı-ayrı hissələrindən bank fəaliyyətindən kənar müxtəlif təyinatlarla istifadə edilib. Daha sonra binada SSRİ banklarından birinin Bakı kontoru fəaliyyət göstərib. 1992-ci ilin 10 yanvarında ABB yarandıqdan sonra Bankın Baş ofisi burada fəaliyyətə başlayıb. 1995-ci ildən ABB-nin “Mərkəzi” filialı bu binada müştərilərə xidməti davam etdirməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə bina milli əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülüb. ABB-nin filiallarının transformasiyası layihəsi çərçivəsində daxili və xaricinin tarixi görkəmi tam qorunmaqla binada əsaslı təmir-bərpa işləri aparılıb. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov binanın tarixi əhəmiyyətindən danışıb: “Bu bina keçmişlə gələcək arasında vəhdət yaradır. Onun tarixi görkəmi tam qorunmaqla təmiri və açılışı xidmət ofislərimizin yenilənən simasının göstəricisidir. ABB üçün bu, yeni bir dönəmin, yeni uğurlarımızın başlanğıcıdır”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin layihələri mükafatlar qazandı

ABB-nin ötən il həyata keçirdiyi bir sıra layihələr Azərbaycan Banklar Assosiasiyasının mükafatlarına layiq görülüb. Bank “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Ən fəal təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Elektron bankçılıq üzrə innovativ layihələr”nominasiyaları üzrə ilin qaliblərindən olub. Qeyd edək ki, ABB-nin əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacın təmin edilməsi məqsədilə yaradılmış ABB Tech Akademiyasının fəaliyyəti çərçivəsində həyata keçirilən təhsil layihələri cəmiyyətdə böyük rəğbət doğurub. Bu layihələrlə yüzlərlə gəncin Akademiyada ödənişsiz təhsil alaraq peşəkar mütəxəssis kimi yetişməsinə şərait yaradılıb. Ötən il Bank cəmiyyət qarşısında sosial məsuliyyətinə uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Azərbaycan Ordusuna Yardım Fonduna, YAŞAT Fonduna böyük məbləğdə ianələr edib. Eyni zamanda koronaviruslu xəstələrin müalicəsinə kömək məqsədilə Türkiyədən 50-dən çox tibb heyətinin ölkəmizə gətirilməsini maliyyələşdirib. ABB-nin ölkəmizdə maliyyə savadlılığına, təhsilin dəstəklənməsinə xidmət edən korporativ sosial məsuliyyət layihələrindən biri də Massaçusets Texnologiya İnstitutunun professoru C.Qruberin dünyanın aparıcı universitetlərində tədris edilən “Dövlət maliyyəsi və dövlət siyasəti” dərsliyinin Azərbaycan dilinə tərcümə və nəşridir. ABB ötən il öz məhsul və xidmətlərini pandemiya dövrünün yeni reallıqlarına ən yaxşı şəkildə uyğunlaşdıran banklardan biri olaraq bir neçə layihəni ölkədə ilk dəfə uğurla icra edib. Fiziki və hüquqi şəxs müştərilərin Bankın xidmət ofislərinə gəlmək ehtiyacının aradan qaldırılması üçün məsafədən xidmət, o cümlədən hesab açmaq imkanları yaradılıb. Sahibkarların onlayn satışlarına dəstək məqsədilə ABB Link virtual POS terminal xidməti istifadəyə verilib. Nağdsız ödənişlərin təşviqi məqsədilə bir sıra kampaniyalar keçirilib və yeni məhsullar müştərilərin istifadəsi üçün təqdim edilib. Nağdsız ödənişlər zamanı millər qazandıran loyallıq kartı ABB miles, Tələbə məlumatlarını əks etdirən həm də ödəniş kartı olan Təhsil kartı təqdim edilib. Keşbek qazanmaq fürsətləri artırılıb. Bankın ABB Mobile tətbiqi yenilənib və tətbiqə çoxsaylı funksiyalar əlavə edilib. Təmassız ödənişlərin artırılması məqsədilə yeni bankomatlarda təmassız ödəniş alətlərindən istifadə və Azərbaycan Dəmir Yollarında təmassız ödəniş alətləri ilə ödənişlər ölkədə ilk dəfə tətbiq edilib. NFC texnologiyalarının tətbiqi hesabına təmassız ödəniş dövriyyəsi yüksəlib. Bank ötən il kiçik və orta sahibkarlarla tərəfdaşlıq əlaqələrini də gücləndirib. Kiçik və orta biznes layihələrinin maliyyələdirilməsi genişləndirilib. Sahibkarlarla işgüzar münasibətlərin inkişafı üçün Bank Sahibkarlar Klubunu yaradıb. Eyni zamanda FinTech sahəsində innovativ təşəbbüslərin dəstəklənməsi məqsədilə ABB 1-ci ABB Regional Hakatonunu keçirib və ABB İnnovasiyalar Mərkəzini yaradıb. ABB-nin “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Ən fəal təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Elektron bankçılıq üzrə innovativ layihələr” nominasiyaları üzrə qalib olması bütün bu layihələrə verilən ictimai qiymətdir. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək

Müsahibimiz ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovdur - Abbas müəllim, 7 may 2026-cı ildə ABB səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə səhmdarlara dividendin ödənilməsi məsələsi də daxildir. Bank ötən ilin mənfəətindən səhmdarlara bu dəfə nə qədər dividend ödəyəcək? -Əvvəlcə onu qeyd edim ki, elə bu günlərdə ABB Maliyyə Qrupunun 2025-ci il üzrə maliyyə hesabatlarına kənar auditor rəy verdi. Maliyyə qrupumuz 2025-ci ili 404,491 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ABB-nin tarixində rekord mənfəət göstəricisidir. ABB-nin böyüməsində, belə yüksək mənfəət qazanmasında, təbii ki, son illər formalaşdırdığımız dayanıqlı biznes modelinin çox böyük rolu var. Menecment olaraq bu il də səhmdarlarımıza yüksək məbləğdə, 200 milyon manat dividend ödənişi təklifi etmişik. Ümumi Yığıncaqda təklifimiz dəstəklənərsə, səhmdarlarımız bu il də nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər. Biz son 8 ildə səhmdarlarımıza ardıcıl olaraq dividend ödəyirik. İki ildir ki, gəlirlərimizi 30 mindən artıq səhmdarımız, vətəndaşımızla bölüşürük. - Yığıncağın gündəliyində ABB-nin xarici bankda iştirak payı alması məsələsi də var. ABB hansı xarici ölkədə və hansı bankı almaq fikrindədir? - ABB-nin 2026-2028-ci illər üzrə strateji inkişaf planındakı əsas hədəflərdən biri coğrafi genişlənmədir. Bu hədəfə yönələrək Özbəkistanın maliyyə bazarına daxil olmaq niyyətindəyik. Bu niyyətimiz Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlığın dərinləşməsinə, Özbəkistandakı əlverişli biznes mühitinə, ölkənin sosial-iqtisadi perspektivlərinə əsaslanır. Özbəkistan əhalisinin sayı 40 milyona yaxındır. Əhali tərkibində rəqəmsal bank xidmət və məhsullarına meylli gənc nəsil böyük yer tutur. Bu bazara daxil olmağımız ABB-nin son illərdə tətbiq etdiyi korporativ idarəetmə, rəqəmsallaşma, süni intellekt əsaslı innovasiyaların böyük əhalisi olan Özbəkistan bazarında tətbiqinə, ABB Maliyyə Qrupunun daha böyük dəyər əldə etməsinə imkan yaradacaq, Bankımızın regional və beynəlxalq imicini möhkəmləndirəcək. Nəzarət səhm paketini almaq istədiyimiz bank isə Özbəkistanın özəl banklarından biridir. Səhmdarlarımız buna müsbət qərar verərsə, qanunvericiliyin tələblərinə uyğun hüquqi prosedurlara başlayacağıq. Strategiyamıza uyğun olaraq coğrafi genişlənmə məqsədli bazar araşdırmalarımızı isə bundan sonra da davam etdirəcəyik. - Son dövrlər ABB-nin öhdəliklərinin strukturunda milli valyutanın payı artmaqdadır. Bu, manata inamın artmasının göstəricisi kimi dəyərləndirilə bilər? - Bəli, təkcə son 3 ayda ABB-də manatla depozitlərdə 235 milyon manat artım olub. Bu tendensiya təkcə ABB-də yox, ümumən sektorda özünü göstərir və birbaşa manata inamın davamlı artmasından irəli gəlir. Son 3 ildə bank sektorunun cəmi əmanət portfeli 51% artıb. Milli valyutada müddətli əmanətlər son 3 ildə 2.1 dəfə artaraq 7.5 mlrd. manata çatıb. Bu dövrdə fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 40%-dən 31.1%-ə qədər azalıb. Unikal müddətli əmanətçi sayında da davamlı artım müşahidə olunur. 2023-cü ilin sonu ilə müqayisədə unikal müddətli əmanətçi sayı 89.4% artım göstərib. - ABB bu ildən manatda istiqrazlar da buraxmağa başlayıb və bunun davamlı olacağı bildirilir. Məqsəd əlavə vəsait cəlb etməkdir? - Əsas məqsədimiz ölkəmizin kapital bazarını əlavə alətlərlə dəstəkləmək, bazara çoxsaylı fiziki şəxs investorlar cəlb etməkdir ki, daimi aktivlik olsun. Martda fiziki şəxslərə üstünlük hüququ verməklə ilk emissiyanı keçirdik. Hər biri 5 milyon manat olmaqla 1 il və 2 il müddətinə 10 milyon manatlıq istiqraz buraxılışı uğurla baş tutdu. Sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5 dəfə üstələdi. Fikrimizcə, bunun özü də milli valyutaya olan inamdan, investorların ABB istiqrazları kimi gəlirli maliyyə alətlərinə getdikcə artan marağından irəli gəlir. Eyni zamanda, bu alətlərin əlçatanlığı da mühüm məqamdır. İnvestorların 98%-dən çoxu ABB istiqrazlarını heç yerə getmədən, ABB mobile tətbiqimiz üzərindən, cəmi bir neçə toxunuşla, tam rəqəmsal təcrübə ilə əldə etdilər. 528 investor ABB istiqrazlarına sahib oldu. Bu il ərzində davamlı tranşlarla ümumən 100 milyon manat məbləğində istiqraz emissiyasını planlayırıq. Hədəfimiz ölkəmizin kapital bazarına minlərlə yeni investor cəlb etməkdir. - ABB süni intellekt sahəsinə ciddi investisiyalar etməyə başlayıb. Bu investisiyalar Bank üçün hansı dəyərləri yaradır? - Bankın süni intellekt texnologiyalarına investisiya etməsi artıq seçim yox, strateji zərurətdir. Çünki gələcəyin bankçılığı süni intellektlə qurulur. Süni intellekti indidən dəyərləndirməyən şirkətlər çox yaxın gələcəkdə həm texnoloji, həm biznes baxımından geri qala bilərlər. Ona görə ABB olaraq biz süni intellekt texnologiyalarının tətbiqində milli çempionlardan biri olmağı hədəfləyirik, müştərilərimizlə birgə gələcəyin bankçılığını qururuq. Yeni strategiyamız çərçivəsində biz ABB-nin “Süni intellekt və Generativ süni intellekt” Yol Xəritəsini qəbul etmişik. Bu Yol Xəritəsi əsasında süni intellekt həllərini yalnız müştəriyə yönəlik xidmətlərdə deyil, eyni zamanda əməkdaşlarımızın gündəlik fəaliyyətində, arxa ofis əməliyyatlarında və risk idarəetməsində geniş şəkildə tətbiq edirik. Hazırda ABB-də müxtəlif istiqamətlər üzrə tətbiq olunan süni intellekt modellərinin sayı 180-ə yaxınlaşır. Bununla yanaşı, dayanıqlı və miqyaslana bilən süni intellekt infrastrukturumuzu qururuq. NVIDIA HGX B200 platforması əsasında qurulan Dell GPU yüksək performanslı hesablama infrastrukturunun formalaşdırılması prosesindəyik. Bu ilin əvvəlində AI-khan və AI-nur adlı süni intellekt köməkçilərimizi bütün müştərilərimizin istifadəsinə təqdim etdik. Biz buna sadəcə yeni bir texnoloji funksiya kimi yanaşmırıq, bu, bankçılığa yanaşmanın dəyişməsi – Gələcəyin bankçılığı deməkdir. - Bütün bunlar bankçılıqda nəyi dəyişir? - Uzun illər banklar rəqəmsal xidmətləri tətbiqlər vasitəsilə müştərinin mobil telefonuna gətirirdi. Bu gün isə süni intellekt texnologiyası sayəsində bank ilk dəfə müştərinin həyatına onun danışıq dili ilə daxil olur. Artıq milyonlarla müştəri ilə eyni anda, amma hər biri ilə fərdi şəkildə ünsiyyət qurmaq mümkündür. Bu istiqamət qlobal səviyyədə yeni formalaşır və ən innovativ maliyyə institutlarının diqqət mərkəzində olan sahələrdən biridir. ABB olaraq biz bu yeniliyi erkən mərhələdə təkcə ölkəmizdə yox, regionda və qlobal miqyasda tətbiq edən ilk banklardan biri kimi çıxış edirik. Qısa müddətdə yüz minlərlə müştərinin AI-khan və AI-nurla sadəcə danışaraq müxtəlif maliyyə əməliyyatlarını həyata keçirməsi göstərir ki, artıq müştərilər sadəcə rəqəmsal interfeys yox, ünsiyyət gözləyirlər. Bu isə bankçılığın növbəti mərhələsinin istiqamətini aydın şəkildə müəyyən edir. Hədəfimiz süni intellekti ayrıca bir funksiyaya yox, müştəri ilə bütün münasibətlərin ayrılmaz hissəsinə çevirməkdir. Yəni bank təkcə maliyyə xidmətləri göstərən qurum olmaqdan çıxıb, müştərinin gündəlik həyatında real dəyər yaradan, onunla daim ünsiyyətdə olan həyat tərzi tərəfdaşına çevrilir.

Xəbər

ABB-nin “Mətbuat” şöbəsi yeni ünvanda

Filialların transformasiyası çərçivəsində ABB xidmət ofislərinin müasirləşdirilməsini davam etdirir. Bankın “Mətbuat” şöbəsi yeni ünvanda fəaliyyətə başlayıb. Şöbə bundan sonra müştərilərə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 217/73 ünvanında xidmət göstərəcək. Geniş ərazidə yerləşən, müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Məqsəd effektivliyin artırılması, müştərilərə daha əlçatan olmaq və onların məmnuniyyətinin əldə edilməsidir. “Mətbuat” şöbəsində müştərilər kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər. ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev filialların transformasiyası prosesinin Bankın inkişaf strategiyasında xüsusi yer tutduğunu qeyd edib: “Bankımız yenilənməkdə davam edir. Çalışırıq ki, müştərilərimiz bunu təkcə xidmət ofislərimizin zahiri görkəmində, müasir şəraitində deyil, onlara göstərdiyimiz xidmətin keyfiyyətində də hiss edə bilsinlər. ABB filial və şöbələrini müasirləşdirməklə yanaşı, məsafədən xidmət imkanlarını da genişləndirir. Fərdi və korporativ müştərilərimiz bu imkanlardan istifadə edərək bir çox bank məhsul və xidmətlərindən banka gəlmədən, onlayn qaydada da istifadə edə bilərlər”. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!