Xəbər

ABB tarixi binasının açılışını etdi

ABB-nin “Mərkəzi” filialı yenidən öz tarixi ofisində müştərilərə xidmətə başlayıb. “Mərkəzi” filial Hacı Zeynalabdin Tağıyev küçəsi – 3 ünvanında, XX əsrin əvvəllərində məhz bank binası kimi inşa olunmuş məşhur tikilidə fəaliyyət göstərir. 30 yanvar 2023-cü ildə binanın açılışı olub. Tədbirdə binanın tarixi haqqında məlumat verilib, bu barədə qısa film nümayiş etdirilib. İştirakçılar binada təşkil edilmiş və bankçılıq fəaliyyətinin müxtəlif dövrlərinə dair maraqlı eksponatlar yerləşdirilmiş tarixi guşə ilə də tanış olublar. Həmçinin müştərilərə ən yüksək səviyyədə xidmət üçün filial binasında yaradılmış imkanlar təqdim edilib. ABB-nin “Mərkəzi” filialının ofisi yerləşən tikilinin təməli 1903-cü ildə qoyulub. Bank üçün nəzərdə tutulduğundan fasadında “Банкъ” sözü və qədim Roma mifologiyasına görə Ticarət tanrısı sayılan Merkurinin təsviri işlənib. 1905-ci ildən burada “Societe Generale” qrupunun törəmə bankı olan Şimal Bankının Bakı şöbəsi fəaliyyətə başlayıb. 1910-1920-ci illərdə isə o dövrdə ölkənin ən böyük bankı sayılan “Rusiya-Asiya Bankı”nın Bakı şöbəsi yerləşib. 1924-cü ildən sonra binada keçmiş SSRİ Dövlət Bankının Bakıdakı kassalarından biri xidmət göstərib. Ötən əsrin 50-ci illərindən binada Kommunal Təsərrüfat və Tikinti Bankı yerləşib. 60-cı illərdə tikilinin ayrı-ayrı hissələrindən bank fəaliyyətindən kənar müxtəlif təyinatlarla istifadə edilib. Daha sonra binada SSRİ banklarından birinin Bakı kontoru fəaliyyət göstərib. 1992-ci ilin 10 yanvarında ABB yarandıqdan sonra Bankın Baş ofisi burada fəaliyyətə başlayıb. 1995-ci ildən ABB-nin “Mərkəzi” filialı bu binada müştərilərə xidməti davam etdirməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə bina milli əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülüb. ABB-nin filiallarının transformasiyası layihəsi çərçivəsində daxili və xaricinin tarixi görkəmi tam qorunmaqla binada əsaslı təmir-bərpa işləri aparılıb. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov binanın tarixi əhəmiyyətindən danışıb: “Bu bina keçmişlə gələcək arasında vəhdət yaradır. Onun tarixi görkəmi tam qorunmaqla təmiri və açılışı xidmət ofislərimizin yenilənən simasının göstəricisidir. ABB üçün bu, yeni bir dönəmin, yeni uğurlarımızın başlanğıcıdır”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin Visa premial kartları ilə övladlarınızı Disneyləndə səyahətə aparın!

ABB uzunmüddətli tərəfdaşı Visa ilə birgə müştərilər üçün gözəl bir fürsət yaradıb. Disneyin 100 yaşı münasibətilə yalnız ABB müştərilərinə özəl lotereya kampaniyasına start verilib. Kampaniya Kaliforniyaya, Laplandiyaya və Londona ailəvi səyahət fürsəti qazandırır. Bankın bütün Visa premial kart sahibləri bu fürsətdən faydalana bilərlər. Bunun üçün 20 sentyabra qədər ödənişləri ABB-nin Visa Platinum, Visa Signature və Visa Infinite debet/kredit kartları ilə aparmaq lazımdır. Şərtlərə görə, həmin kartlarla 100 AZN (USD, EUR, GBP) məbləğində nağdsız ödəniş edən hər kəs 1 uduş şansı qazanacaq. Lotereya bir tirajdan ibarətdir. Uduş oktyabrın 10-da ABB-in Baş ofisində keçiriləcək. Tirajın oynanılması Bankın rəsmi Facebook səhifəsində canlı yayımlanacaq. Qaliblər xüsusi proqram təminatının köməyi ilə, təsadüfi üsulla seçiləcəklər. Lotereyanın 3 qalibi olacaq. Onlar bu hədiyyələri qazanacaqlar: 1-ci yer – Kaliforniya paketi (aviabiletlər, transfer, dördulduzlu oteldə 8 gecəlik yerləşmə, gündəlik qidalanma, özəl serfinq dərsi, müxtəlif turlara, teatrlara pulsuz biletlər, səyahət sığortası) 2-ci yer – Laplandiya paketi (aviabiletlər, transfer, dördulduzlu oteldə 5 gecəlik yerləşmə, gündəlik qidalanma, müxtəlif turlara, atraksionlara biletlər, səyahət sığortası, səyahət sənədlərinin hazırlanmasına dəstək) 3-cü yer – London paketi (aviabiletlər, dördulduzlu oteldə 5 gecəlik yerləşmə, gündəlik qidalanma, makaron hazırlanması master-klası, London səyahət kartı, səyahət sığortası, səyahət sənədlərinin hazırlanmasına dəstək) Hədiyyə paketlərinin hər biri 2 böyük və 16 yaşdan aşağı 2 uşaq olmaqla 4 nəfər üçün nəzərdə tutulub. Bir neçə Visa premial kartı olan müştərinin həmin kartlarla etdiyi ödənişlər yekunda cəmlənəcək. Beləliklə, müştərinin cəmlənmiş say qədər qazanma şansı olacaq. Hər müştəri yalnız bir dəfə qalib ola bilər. Qaliblər səyahət vaxtını özləri seçə bilərlər. Lotereyanın keçirildiyi gündən başlayaraq 1 il ərzində hədiyyə paketlərindən istifadə etmək olar. ABB əməkdaşları və onların yaxın qohumları lotereyada iştirak etmir. Lotereya şərtləri barədə daha ətraflı məlumatı buradan almaq olar. ABB-nin Visa premial kartlarını buradan onlayn sifariş vermək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!