Xəbər

ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!

Qlobal maliyyə dünyasının ən mötəbər nəşrlərindən sayılan “The Banker” jurnalının fəaliyyətə başlamasından 100 il ötür. Bu münasibətlə jurnalın yubiley nömrəsi buraxılıb. “Əsrin bankçılığı” sloqanı ilə işıq üzü görən jurnalda dünyanın aparıcı bankları ilə yanaşı, ABB haqqında da məqalə dərc edilib. Məqalə Bankın çevik fəaliyyət təcrübəsinə həsr olunub. “Agile bankçılıq: maliyyə institutları yeni dövrə necə uyğunlaşa bilər?” sərlövhəli məqalədə qeyd edilir ki, rəqəmsallaşma prosesləri, artan müştəri gözləntiləri və süni intellekt reallığı ilə bağlı olaraq artıq bütün dünyada banklar öz fəaliyyətlərinə yenidən baxmaqdadırlar. Belə bir mühitdə dəyişikliklərə sürətlə uyğunlaşa bilmək banklar üçün əsas məsələdir. ABB-nin təcrübəsi buna uğurlu nümunə sayıla bilər. Son illərdə Bank 100-dən çox rəqəmsal məhsul təqdim edib. Satış, risk idarəçiliyi, müştərilərlə kommunikasiya və s. sahələrdə 80-dən çox süni intellekt modelinin tətbiqinə başlayıb. Bunun nəticələri isə həm əməliyyat səmərəliliyində, həm də müştəri təcrübəsində özünü göstərir. Banka yeni müştərilərin 65%-i artıq rəqəmsal kanallar vasitəsilə cəlb olunur. Bu da rəqəmsal bankçılığa keçidin güclü göstəricisidir. Agile təcrübə sayəsində ABB məhsulun bazara çıxma müddətini 147 gündən 59 günə qədər endirib. Bankda işçi məmnunluğu 84,2-ə, müştəri məmnuniyyəti isə 76,9-a yüksəlib. Belə bir nəticə Azərbaycanın bank sektorundakı ən yüksək göstəricilərdəndir. ABB-nin əldə etdiyi bu irəliləyişlər, təşkilati çevikliyin məhsulun sürətli çatdırılmasına, komandanın güclənməsinə, yaxşı müştəri təcrübəsinin yaranmasına necə müsbət təsir göstərdiyini nümayiş etdirir. Əsl çeviklik texnologiyadan da çox, düşüncə tərzi və davranışlarla bağlıdır. ABB məhz buna nail olaraq xidmətlərini rəqəmsal ekosistemlərə daxil edə bilib. “The Financial Times” qrupuna aid olan “The Banker” jurnalı 1926-cı ildən nəşr edilir. Baş ofisi Londonda yerləşir. Jurnal bütün dünyada yayılır. Onun əsas oxucu auditoriyası bank və maliyyə qurumlarının, tanınmış şirkətlərin menecerləri, beynəlxalq kapital bazarlarının fəal iştirakçılarıdır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

Ölkənin ən böyük bankından qlobal şirkətlər üçün daha bir ilk

ABB hər zaman olduğu kimi yeni texnologiyaların tətbiqi sayəsində korporativ müştərilərinə xidmət imkanlarını daha da genişləndirməkdədir. İndi Bankın korporativ müştəriləri daha mütərəqqi rəqəmsal kanal vasitəsilə əməkhaqqı köçürmələrini həyata keçirə bilərlər. Belə ki, Bankın müştərisi olan transmilli şirkətlərin ənənəvi üsullardan istifadə etmədən yalnız SWIFT sorğusu (MT 101) əsasında əməkdaşlarının əməkhaqqı köçürmələrini icra etməsi mümkündür. Bankın korporativ müştərilərinə təqdim etdiyi yeni xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, xaricdə bank hesabına malik korporativ müştərilər vahid platformadan (SWIFT) istifadə etməklə bank hesablarından həm milli, həm də xarici valyuta ilə əməkhaqqı köçürmələrini birbaşa rahat şəkildə həyata keçirə bilərlər. Bu xidmətdən yalnız SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemində qeydiyyatdan keçmiş korporativ müştərilərin yararlanması mümkündür. Qeyd edək ki, ABB ölkə xaricində ən böyük müxbir şəbəkəsinə malik olan bankdır. Ona görə də Azərbaycanda fəaliyyət göstərən bir çox qlobal şirkətlər onlara maliyyə xidmətlərinin təmin olunması üçün məhz ABB-ni seçir. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB ötən il 800 milyon manata yaxın biznes krediti verib

2021-ci ildə ABB ölkə iqtisadiyyatına 800 milyon manata yaxın biznes krediti ayırıb. O cümlədən kiçik və orta sahibkarlıq layihələrinə 82 milyon manat kredit verib. Kiçik və orta biznesə verilən kreditlərin 56%-i Bakı və Abşeron, 44%-i bölgələrimizdə fəaliyyət göstərən iş adamlarına ayrılıb. Bankın il ərzində maliyyələşdirdiyi kiçik və orta biznes layihələrinin əksəriyyəti istehsalat, kənd təsərrüfatı, nəqliyyat, ticarət və tikinti sahələrinə aiddir. ABB-də hesab açmış hüquqi şəxslərin, eləcə də sahibkar fiziki şəxslərin sayı 2021-ci ildə 103.000-ə çatıb. Real sektorun inkişafına dəstək verən ABB kiçik və orta sahibkarlara müxtəlif çeşiddə kredit məhsullarını və digər maliyyə xidmətlərini təklif edir. Bu xidmət və məhsullardan Bankın bütün filiallarında faydalanmaq olar. Bank “Sahibkarlar Klubu” vasitəsilə də iş adamlarına müxtəlif imtiyazlar yaradır. Sahibkarların işgüzar platforması olan Klubun hazırda 1000-dən çox üzvü var. Ötən ilin sonunda ABB şirkətlər və sahibkarlar üçün yeni İnternet Bank xidmətini də istifadəyə verib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB şahmat çempionatının qalibi oldu!

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının keçirdiyi banklararası şahmat çempionatı başa çatıb. 2016-cı ildən bəri artıq 9-cu dəfə keçirilən çempionatda bu il 13 bankdan 50-yə yaxın nümayəndə yarışıb. ABB-ni bu yarışda Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı, Risk həlləri sahəsinin rəhbəri Rəsul Mənsimli, Fiziki kanallar və əməliyyat sahəsinin aparıcı proqramçısı Rəsul Əfəndiyev, Korporativ və KOS məhsullar sahəsinin proqramçısı Mehdi Məmmədov təmsil edib. Komanda hesabında ABB bu il də çempionatın qalibi olub, növbəti 2-ci və 3-cü yerlərdə müvafiq olaraq Yelo Bank və Ziraat Bank qərarlaşıb. Şəxsi hesabda isə ABB-nin Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı birinci yerə çıxıb. 2-ci yeri ABB-nin Risk həlləri sahəsinin rəhbəri Rəsul Mənsimli qazanıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB bu il qeyri-neft sektoruna 1 milyard manatdan çox kredit verib - Müsahibimiz Bankın Korporativ biznes departamentinin direktoru Ülvi Qasımovdur

- ABB bu günlərdə bizneslər üçün mobil tətbiqini istifadəyə verdi. Bu tətbiqdən əsas gözləntiləriniz nədir? - ABB rəqəmsallaşma proseslərini uğurla həyata keçirir və müştərilərin işini getdikcə asanlaşdırır. Rəqəmsal bank xidmətlərinin faydalarını hiss etdikcə fərdi müştərilərimiz kimi, korporativ müştərilərimizin də bu xidmətlərə marağı artır. Ötən il biz hüquqi şəxs və sahibkarlar üçün tam yenilənmiş İnternet Bankçılıq xidmətimizi istifadəyə verdik. Artıq korporativ əməliyyatların 90%-dən çoxu İnternet Bankçılıq xidmətimiz vasitəsilə banka gəlmədən məsafədən həyata keçirilir. ABB business mobil tətbiqimizi də bu sahədə imkanları genişləndirmək məqsədilə yaratmışıq. Bizneslərə lazım olan bir çox bank xidmətlərindən ABB-nin filial və şöbələrinə gəlmədən, eləcə də İnternet Bank sisteminə daxil olmadan istənilən yerdən bu tətbiqlə 24/7 rejimində faydalanmaq olur. Tətbiqin geniş imkanlarından həm böyük korporativ müştərilər, həm də kiçik və orta sahibkarlar, o cümlədən sahibkar fiziki şəxslər yararlana bilər. ABB business mobil tətbiqindən istifadə edərək cəmi bir neçə toxunuşla bir çox əməliyyatları anında yerinə yetirmək mümkündür. Əminik ki, tətbiqdən getdikcə daha çox müştəri istifadə edəcək və onun imkanlarından faydalanacaq. Belə yeniliklər bizə tərəfdaşlarımızla inteqrasiya proseslərini uğurla aparmağa, bu cür rəqəmsal həllər üzərindən bank fəaliyyətindən kənar digər xidmətləri də müştərilərimiz üçün əlçatan etməyə kömək göstərir. - ABB hazırda real sektorun maliyyələşdirilməsində necə iştirak edir? - Bu ilin 9 ayı ərzində Bankımız 1 milyard 56 milyon manat məbləğində biznes krediti verib. Bizim üçün xüsusilə qürurvericidir ki, bu il verdiyimiz, demək olar bütün kreditlər ancaq qeyri-neft sektoruna aid layihələrin maliyyələşdirilməsi üçün ayrılıb. Bunlar, əsasən, istehsalat, kənd təsərrüfatı, nəqliyyat, ticarət və tikinti sahələrinə aid layihələrdir. ABB-də bu ilin 9 ayında 998 yeni hüquqi şəxs hesabları açılıb və ümumi hesab sayı 14 832-ə çatıb. Eləcə də sahibkar fiziki şəxs hesabları 8758 hesab sayı artaraq 76 262 olub. - Hazırda ABB biznes kreditlərini hansı şərtlərlə təklif edir? - Biz hər bir müştərimizə fərdi yanaşırıq. Layihənin miqyasından, müştərinin ABB ilə uzunmüddətli tərəfdaşlığından, risk dərəcəsindən və s. kimi amillərdən asılı olaraq kredit faizlərimiz də dəyişə bilər. Ümumilikdə isə ABB-də biznes kreditləri 1 aydan 84 ayadək müddətə, manatla 5% dərəcəsindən başlanan faizlərlə və ödəniş forması annuitet, fərdi və yaxud sərbəst ödəniş cədvəli əsasında verilir. ABB milli valyutada öz vəsaiti ilə yanaşı Sahibkarlığın İnkişafı Fondunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, həmçinin İpoteka və Kredit Zəmanət Fondunun da müvəkkil bankıdır və bizneslərə bu təşkilatların vəsaitləri hesabına da kreditlər ayırır. Yeni layihələri olan, böyük maliyyə tərəfdaşı axtaran, akkreditiv, qarantiya və digər belə sənədli əməliyyatlarla bağlı dəstəyə ehtiyacı olan hər bir iş adamı ABB-yə müraciət edə bilər. Biz filiallarımızın hər birində böyük məmnuniyyətlə biznes layihələrini qəbul etməyə, dəyərləndirməyə və maliyyələşdirməyə hazırıq.

Xəbər

ABB-dən sahibkarlar üçün fürsətlər

ABB kiçik və orta sahibkarlar üçün eyni vaxtda bir neçə fürsət yaradıb. 30 sentyabr tarixinə qədər Bankda hesab açmış fərdi sahibkar və hüquqi şəxslər ölkədaxili köçürmələri hesab açılandan sonra 3 ay müddətində komissiya haqqı ödəmədən aparacaqlar. POS terminal əməliyyatlarında isə 3 ay 50%-dək endirim olacaq. Bu müddətdə ABB-də hesab açmış fərdi sahibkar və hüquqi şəxslər işçi sayına uyğun əməkhaqqı kartlarını Bankdan pulsuz alacaqlar. Bundan başqa, yeni hesab açmış sahibkarlar 30 sentyabra qədər Bankdan aldıqları biznes kreditlərinə görə heç bir xidmət haqqı ödəməyəcəklər. ABB-nin POS terminallarının quraşdırılması və xidmətə qoşulması üçün də onlardan xidmət haqqı tələb olunmayacaq. Bu fürsətdən hər bir kiçik və orta sahibkarlıq subyekti faydalana bilər. Qeyd edək ki, korporativ müştərilər ABB-də hesabları indi filiallara gəlmədən məsafədən də aça bilərlər. Məsafədən bank hesabının açılması bu portal üzərindən həyata keçirilir. Elektron ticarətini inkişaf etdirmək istəyən sahibkarlar isə ABB Link xidmətindən istifadə edərək maksimum 2 gün müddətinə Bankın virtual POS terminalını əldə edə bilərlər. Müasir dövlət bankı olan ABB-nin sahibkarlar üçün onlayn bank xidmətləri barədə məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar. Sifariş et

Xəbər

ABB-dən sahibkarlar üçün təlim

Azərbaycan Respublikasının Mərkəzi Bankının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Azərbaycan Bank Tədris Mərkəzinin birgə layihəsi çərçivəsində ABB sahibkarlar üçün onlayn formatda təlim təşkil edib. Bankın “Sahibkarlar Klubu” üzvlərinin iştirak etdiyi təlim “Sahibkarın pul axını və kredit” mövzusuna həsr edilib. Təlimdə Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri sahibkarlara maliyyə resurslarının effektiv idarə edilməsi, o cümlədən gəlir və xərc proqnozlarının düzgün aparılması, risklərin qiymətləndirilməsi, maliyyə ilə bağlı digər məsələlərin optimal həll yolları ilə bağlı məlumat veriblər. Mövzu üzrə sahibkarları maraqlandıran suallara aydınlıq gətirilib. ABB-nin Korporativ bankçılıq üzrə Baş direktoru Nərgiz Biləndərli klub üzvləri üçün bu cür silsilə tədbirlərin davam etdiriləcəyini bildirib: “Sahibkarlar Klubu kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara, eləcə də hüquqi şəxslərə müxtəlif imtiyazlar yaradır. Üzvlərimiz üçün biznesin inkişafı ilə bağlı müxtəlif dəstək proqramlarının, məsləhət və təlim xidmətlərinin təqdim olunması da bura daxildir. İş adamları Sahibkarlar Klubuna üzv olaraq bu imkanlardan faydalana bilərlər”. Sahibkarlar Klubunun fəaliyyəti haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

VISA ABB-ni 2 dəfə mükafatlandırdı

VISA Beynəlxalq Ödəniş Sisteminin regiondakı əsas tərəfdaşlarından olan ABB təşkilatın iki mükafatına layiq görülüb. Mükafatlardan biri Bankın VISA ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə ilk dəfə olaraq dəmiryolu nəqliyyatında Bank kartları ilə təmassız ödəniş imkanı yaratması ilə bağlıdır. Bu layihə ötən ilin sentyabrında təqdim edilib. Yaxın zamanda Bakı–Sumqayıt istiqamətində bütün dəmiryolu stansiyalarında təmassız keçidin tətbiqi planlaşdırılıb. VISA-nın ABB-yə təqdim etdiyi daha bir mükafat isə NFC texnologiyası əsasında ödəniş üzüklərinin tətbiqi üzrə əməkdaşlığa aiddir. Xatırladaq ki, Bankın ölkəmizə gətirdiyi ilklərdən olan ödəniş üzüklərinin tətbiqinə ötən ilin əvvəlindən başlanıb. Bu üzüklər adi bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən 300.000 manatadək daxili ipoteka krediti!

ABB ev sahibi olmaq istəyənlər üçün çox sərfəli imkan yaradıb. İndi hər kəs arzusunda olduğu mənzilləri, fərdi yaşayış evlərini Bankın təklif etdiyi daxili kredit şərtlərindən faydalanmaqla çox asanlıqla əldə edir. Mənzil və ya fərdi yaşayış evlərinin alınması üçün kreditin şərtləri: Maksimal məbləğ: 300.000 manatadək Müddət: 20 ilədək İllik faiz dərəcəsi: 10%-dən başlayaraq İlkin ödəniş: 15%-dən başlayaraq Bankın müştərisi olmayan şəxslərə də kredit şərtlərindən yararlanmaq imkanı yaradılır. Daxili ipoteka krediti yalnız Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yerləşən əmlaklara ayrılır. Kreditin rəsmiləşdirilməsi prosedurları çox sadədir. Tələb edilən sənədlərin sayı azdır. Hər bir Azərbaycan Respublikası vətəndaşı şəxsiyyət vəsiqəsini, bank hesabından çıxarışı və ya Elektron Hökumət Portalından arayışı təqdim etməklə bu kredit imkanından faydalana bilər. Məhsul haqqında daha ətraflı məlumatı buradan əldə etmək mümkündür. Bankın İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “ABB universal bank olaraq müştərilərin ən müxtəlif ehtiyaclarını təmin edir. Yeni kredit məhsulumuz müştərilərimizə öz mənzil şəraitlərini yaxşılaşdırmaq imkanı verəcək. Bu məhsul tikinti sektorunda da canlanma yaradacaq”. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən kiçik biznesə dəstək

ABB aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramında iştirakını davam etdirir. Oktyabr – dekabr aylarında Bank ölkəmizin müxtəlif regionlarında yaşayan 22 aztəminatlı ailəyə kiçik biznes qurmaqdan ötrü kömək göstərib. ABB-nin dəstəyi hesabına bu ailələr maldarlıq və qoyunçuluq təsərrüfatları quraraq fermerlik fəaliyyəti ilə məşğul olmağa başlayıblar. Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq lazımi aktivlərlə təmin edilir. ABB həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq proqramı, həm də Nazirliklə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verir. Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə proqramın unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. ABB də kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir. Həmin ailələri isə Dövlət Məşğulluq Xidməti müəyyən edir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!