Xəbər

Qəbul başlandı – namizədlər 6 dekabradək ərizə göndərə bilər

ABB-nin yaratdığı ABB Tech Akademiyasına bu gündən növbəti qəbul elan edilib. Ölkəmizdə informasiya texnologiyaları üzrə peşəkar mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq yeni proqramda “DevOps mühəndisliyi”, “Machine Learning” və “QA Automation” ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək. Müraciət edən namizədlər arasından 3 istiqamət üzrə 75 tələbə seçiləcək. 25 namizədə “DevOps mühəndisliyi”, 25 namizədə “Machine Learning”, 25 namizədə isə “QA Automation” sahəsində intensiv (bootcamp) kurslarda təhsil almaq imkanı yaradılacaq. Qəbul zamanı hər istiqamət üzrə ən yüksək bal toplamış 10 namizəd (cəmi 30 namizəd) ABB-nin, 10 namizəd (cəmi 30 namizəd) bp və onun tərəfdaşları (SOCAR, TPAO, PETRONAS, MOL, LUKOIL, NICO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL və Eni) ilə birgə təqaüdü ilə Akademiyada ödənişsiz təhsil alacaq. Akademiyaya qəbul olunmaq istəyən şəxslər dekabrın 6-dək Akademiyanın rəsmi Facebook və internet səhifəsindən onlayn ərizə göndərə bilərlər: https://ibatech.az Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 4 mərhələdə aparılacaq: motivasiya məktubu, sahə üzrə test, məntiq testi və fərdi müsahibə. Təlimlər dekabrın 15-dən başlanacaq və 3 ay davam edəcək. ABB Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Tələbələrin rahat gəliş-gedişi üçün nəqliyyat vasitəsi təmin ediləcək. Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparır. ABB Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək edir. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək verilir. Belə ki, indiyə qədər ABB Tech Akademiyası məzunlarının 70%-dən çoxu müxtəlif aparıcı şirkətlərdə işlə təmin olunub. Belə bir Akademiyanın yaradılmasında ABB-nin məqsədi ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar İT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları Bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Tam istədiyiniz ulduz, Tam DigiCard-la!

Müştərilərə böyük faydalar yaradan təmassız ödənişlərə marağı artırmaq üçün ABB Mastercard beynəlxalq ödəniş şirkəti ilə birgə yeni kampaniyaya start verib. Kampaniyanın əsas reklam siması məşhur futbol ulduzu Lionel Messidir. Kampaniyada ABB-nin həm rəqəmsal, həm real Tam DigiCard kartlarının sahibləri iştirak edə bilər. Bunun üçün kart sahibi əvvəlcə https://gift.abb-bank.az/ səhifəsində qeydiyyatdan keçməlidir. Kampaniyaya qoşulmuş müştəri 4 dekabrdan 31 yanvara qədər Tam DigiCard-ı ilə apardığı 10 manatdan çox hər təmassız ödənişinə görə 1 şans qazanacaq. Bir neçə Tam DigiCard-ı olan müştərinin kampaniya müddətində bu kartları ilə apardığı bütün əməliyyatların sayı cəmlənərək nəzərə alınacaq. Qaliblər məşhur futbol ulduzu Lionel Messinin orijinal imzası ilə köynəklərin, futbolla bağlı başqa maraqlı hədiyyələrin daxil olduğu Messibox-lar və digər qiymətli hədiyyələr qazanacaqlar: 1-3 yerlər : Messibox + iPhone 15 256 Gb 4-6 yerlər : Messibox + iPhone 13 256 Gb 7-9 yerlər : Messibox + Apple Watch Series 9 10-15 yerlər : Messibox + Apple Watch Series 7 16-38 yerlər : Samsung Watch 39-50 yerlər : Samsung Galaxy Buds Pro Nəticələr kampaniya bitdikdən 20 iş günü sonra https://gift.abb-bank.az/ saytında elan ediləcək. Qaliblərin qeydiyyat zamanı daxil etdikləri mobil nömrəyə qalib olmaları barədə SMS gələcək. Onlar 30 iş günü ərzində şəxsiyyəti təsdiq edən sənədlə hədiyyələrini ABB-nin baş ofisindən alacaqlar. Hər bir iştirakçı qazandığı şans sayını və iştirakçı reytinqini https://gift.abb-bank.az/ saytında izləyə bilər. Kampaniya müddətində bir ticarət və xidmət məkanında gün ərzində maksimum ilk 3 uğurlu əməliyyat nəzərə alınacaq. Müxtəlif ticarət obyektləri üzrə isə əməliyyat sayı limitsizdir. 1 iştirakçı kampaniyada 1 dəfə qalib ola bilər. Ləğv edilmiş əməliyyatlar nəzərə alınmayacaq. ABB əməkdaşları və onların birinci dərəcəli qohumları kampaniyada iştirak etmir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-nin Suraxanı filialı da yeniləndi!

Filiallarının transformasiyası layihəsi çərçivəsində ABB Suraxanı filialını da yeniləyib. Filialın binası ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılıb. Filial artıq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Məmmədov küçəsi 3 ünvanındakı binasında müştərilərin xidmətindədir. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb. Müştərilər ABB-nin Suraxanı filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Banklararası Şahmat Çempionatının qalibi oldu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilmiş banklararası şahmat çempionatı başa çatıb. Nəticələrə əsasən, çempionatda ABB komandası qalib gəlib. ABB təmsilçiləri Rəsul Mənsimli, Zöhr Babazadə və Rauf Hacılı şəxsi hesabda da 2-ci, 3-cü və 4-cü yerləri qazanıblar. Artıq 6-cı dəfədir ki, keçirilən çempionatda bu il 15 maliyyə qurumundan 60-a yaxın nümayəndə iştirak edib. Banklararası Şahmat Çempionatının məqsədi Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkilidir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin Xırdalan filialı əvvəlki ünvanında xidmətə başladı

ABB-nin yeni brend kimliyinə uyğun qurulmuş Xırdalan filialı əvvəlki ünvanında müştərilərə xidmətə başlayıb. Filial Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi - 3 ünvanında fəaliyyət göstərir. Bankın filialarının transformasiyası layihəsi çərçivəsində Xırdalan filialında da xidmət şəraiti müasir standartlara uyğunlaşdırılıb. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait var. Müştərilər Xırdalan filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər. ABB-nin Xırdalan filialında 17 işçi çalışır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin korporativ sosial media səhifələrindən əldə etmək olar.

Xəbər

ABB Miles indi Visa kartları ilə!

ABB Miles kartları indi müştərilərə daha böyük faydalar yaradır. ABB-nin yeni təqdim etdiyi Visa ABB Premium Miles Signature debet və kredit kartları ilə hava limanında Fast Line xidmətindən istifadə etməklə ildə 10 dəfə növbəsiz qeydiyyatdan keçmək, pulsuz COVİD testi vermək, Chatbot concierge xidmətindən ödənişsiz yararlanmaq olar. Visa Travel Insurance xidmətindən pulsuz istifadə, bütün dünyada 1300-dən çox biznes-zala ildə 4 dəfə pulsuz keçid imkanı da bu kartların müştərilərə yaratdığı faydalardandır. Bundan başqa, ABB Miles sahibləri hotel bronlaşdırmasını www.agoda.com vasitəsilə aparıb endirim qazana bilərlər. ABB Miles Visa kartları ilə Avis-dən avtomobil kirayəsində də 35%-dək endirim əldə etmək mümkündür. ABB Miles kartlarını buradan onlayn sifariş etmək, yaxud Bankın bütün filial və şöbələrindən almaq və ya onlayn sifariş edilmiş debit kartın ünvana çatdırılması xidmətindən faydalanmaq olar. Kartların müddəti 3 illikdir. ABB Miles kredit kartları müştərilərə hissə-hissə ödəniş imkanı verir. Bu kartlarla müştəriyə 60 günədək güzəşt imkanı yaradılır. ABB Miles kartları Bankla tərəfdaş məkanlarda müştəriyə alış-veriş zamanı daha çox mil qazandırır. Keşbek millər formasında toplanır. Müştəri toplanmış milləri sonra təyyarə biletlərinə və otel rezervasiyalarına dəyişə bilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Miles ilə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olub onları istədiyi formada dəyişə bilər. Millərin hesablanması qaydaları ilə buradan tanış olmaq mümkündür. Manatla olan ABB Miles kartı hesabındakı vəsait qalığına illik 3%-dək əlavə mil verilir. Mil qazancı hər günün sonuna kartda olan vəsaitə hesablanır və ayın sonunda müştərinin hesabına köçürülür. ABB Miles kartlarının bir çox başqa üstünlükləri də var. ABB-nin ATM-lərində ABB Miles kartları ilə nağdlaşdırma zamanı aylıq 15.000 manata qədər heç bir komissiya haqqı tutulmur. Kart SMS xəbərdarlıq sisteminə pulsuz qoşulur. Bankın mobil tətbiqində və şəxsi kabinetdə mil balansını yoxlamaq olur. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Miles kartlarında böyük endirim və onqat mil!

ABB səyahət həvəskarları üçün nəzərdə tutulmuş ABB Miles debet və kredit kartlarının qiymətində endirim elan edib. Sentyabrın 30-dək keçirilən kampaniya çərçivəsində 3 illik ABB Miles kartını 60 manata deyil, cəmi 30 manata almaq olar. 3 illik ABB Miles Premium kartı isə bu müddətdə müştərilərə 150 manat əvəzinə, cəmi 75 manata təklif edilir. ABB Miles kartlarını həm onlayn kanallardan (https://abb-bank.az və https://abbmiles.az/ internet səhifələri, ABB mobile tətbiqi), həm də Bankın filial və şöbələrindən endirimlə əldə etmək olar. ABB Miles Premium kartlarında endirimlər isə yalnız onlayn kanallarda sifariş edilmiş kartlara aiddir. Fürsətlər bununla da bitmir. Sentyabrın 30-dək ABB Miles və ABB Miles Premium Mastercard debet və kredit kart sahibləri bu kartlarla “Hotelhub” saytından etdikləri minimum 100 manatlıq otel ödənişlərinə görə 10 qat əlavə mil qazanacaqlar. Kampaniya dövründə hər müştəri maksimum 2 əməliyyatı üzrə əlavə 15 000 mil qazana bilər. Əlavə mil qazanmaq imkanı “Bahar fürsətləri - miles” kampaniyasında hədiyyə millər qazanmış müştərilərə aid deyil. Daha ətraflı burada ABB Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. ABB Miles kartları müştəriyə nağdsız ödənişlərdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onlardan istədiyi formada istifadə edə bilər. Millərin hesablanması qaydaları və şərtləri ilə https://abbmiles.az/ səhifəsindən tanış olmaq mümkündür. Sifariş edilmiş ABB Miles Premium kartlarını seçimindən asılı olaraq Bank müştərinin ünvanına çatdırır. ABB Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin Visa premial kartları ilə övladlarınızı Disneyləndə səyahətə aparın!

ABB uzunmüddətli tərəfdaşı Visa ilə birgə müştərilər üçün gözəl bir fürsət yaradıb. Disneyin 100 yaşı münasibətilə yalnız ABB müştərilərinə özəl lotereya kampaniyasına start verilib. Kampaniya Kaliforniyaya, Laplandiyaya və Londona ailəvi səyahət fürsəti qazandırır. Bankın bütün Visa premial kart sahibləri bu fürsətdən faydalana bilərlər. Bunun üçün 20 sentyabra qədər ödənişləri ABB-nin Visa Platinum, Visa Signature və Visa Infinite debet/kredit kartları ilə aparmaq lazımdır. Şərtlərə görə, həmin kartlarla 100 AZN (USD, EUR, GBP) məbləğində nağdsız ödəniş edən hər kəs 1 uduş şansı qazanacaq. Lotereya bir tirajdan ibarətdir. Uduş oktyabrın 10-da ABB-in Baş ofisində keçiriləcək. Tirajın oynanılması Bankın rəsmi Facebook səhifəsində canlı yayımlanacaq. Qaliblər xüsusi proqram təminatının köməyi ilə, təsadüfi üsulla seçiləcəklər. Lotereyanın 3 qalibi olacaq. Onlar bu hədiyyələri qazanacaqlar: 1-ci yer – Kaliforniya paketi (aviabiletlər, transfer, dördulduzlu oteldə 8 gecəlik yerləşmə, gündəlik qidalanma, özəl serfinq dərsi, müxtəlif turlara, teatrlara pulsuz biletlər, səyahət sığortası) 2-ci yer – Laplandiya paketi (aviabiletlər, transfer, dördulduzlu oteldə 5 gecəlik yerləşmə, gündəlik qidalanma, müxtəlif turlara, atraksionlara biletlər, səyahət sığortası, səyahət sənədlərinin hazırlanmasına dəstək) 3-cü yer – London paketi (aviabiletlər, dördulduzlu oteldə 5 gecəlik yerləşmə, gündəlik qidalanma, makaron hazırlanması master-klası, London səyahət kartı, səyahət sığortası, səyahət sənədlərinin hazırlanmasına dəstək) Hədiyyə paketlərinin hər biri 2 böyük və 16 yaşdan aşağı 2 uşaq olmaqla 4 nəfər üçün nəzərdə tutulub. Bir neçə Visa premial kartı olan müştərinin həmin kartlarla etdiyi ödənişlər yekunda cəmlənəcək. Beləliklə, müştərinin cəmlənmiş say qədər qazanma şansı olacaq. Hər müştəri yalnız bir dəfə qalib ola bilər. Qaliblər səyahət vaxtını özləri seçə bilərlər. Lotereyanın keçirildiyi gündən başlayaraq 1 il ərzində hədiyyə paketlərindən istifadə etmək olar. ABB əməkdaşları və onların yaxın qohumları lotereyada iştirak etmir. Lotereya şərtləri barədə daha ətraflı məlumatı buradan almaq olar. ABB-nin Visa premial kartlarını buradan onlayn sifariş vermək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!