Xəbər

Hakatonun qalibləri elan edildi!

ABB-nin təşkil etdiyi 2-ci ABB Regional Hakatonu başa çatıb. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən ideya marafonuna həmçinin “Amazon Web Services”, “DAN.IT” və “Next Step” şirkətləri də dəstək olublar. Dünyanın 13 ölkəsindən nümayəndələrin qatıldığı tədbirdə iştirakçılar həm fərdi, həm də komandalar şəklində qeydiyyatdan keçiblər. Hakaton onlayn formatda keçirilsə də, arzu edən komandalara ABB İnnovasiya Mərkəzinin ofisində birgə çalışmaq üçün şərait yaradılıb. Komandalar layihələr irəli sürərək müxtəlif ölkələrdən dəvət edilmiş peşəkar mentorların dəstəyi ilə 48 saat ərzində fasiləsiz şəkildə öz layihələrinin prototiplərini hazırlayıblar. Hakatonun əsas istiqamətləri pərakəndə bankçılıq sahəsini əhatə edib. Münsiflər Heyətinə innovativ həllərlə bağlı yarımfinala vəsiqə qazanan 10 ən yüksək xal toplamış layihə təqdim olunub. Komandalar layihələrinin prototiplərini onlayn şəkildə nümayiş etdiriblər. Münsiflərin verdikləri ballar əsasında 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyənləşib. Hakatonda 1-ci yeri Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təmsilçilərindən ibarət “MSU_WishMasters” komandası tutub. Onlar “ABB Market” layihəsi ilə qalib olublar. Layihə müştəri loyallığı sisteminin qurulmasını, pərakəndə xidmətlər üzrə müxtəlif analitik alətlərin və həyatı asanlaşdıran digər özəlliklərin veb platformasına köçürülməsini nəzərdə tutur. 2-ci yerə “Access Denied” komandası çıxıb. Bu komandanın irəli sürdüyü “All win” layihəsi riteyl xidmətləri bir araya gətirərək müştəri məmnunluğuna xidmət edir. 3-cü yerin qalibi isə hakatona Cənubi Afrika Respublikasından qatılmış “VimDev” komandası olub. Bu komandanın “One way” adlanan layihəsi ödəniş metodlarının mobil tətbiqə köçürülməsi ilə alış-verişi daha da sadələşdirir. Hakatonun şərtlərinə uyğun olaraq 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat məbləğində mükafat verilib. 2-ci yerin qalibi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xüsusi mükafatına da layiq görülüb. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Azərbaycan Beynəlxalq Bankı brend kimliyini yenilədi!

Azərbaycan Beynəlxalq Bankı özünün yenilənmiş brendini ictimaiyyətə təqdim edib. Bank bundan sonra fəaliyyətini qısaldılmış adı - “ABB” brend kimliyi altında davam etdirəcək. Brend kimliyinin yenilənməsi qərarı maliyyə qurumunun apardığı məqsədyönlü transformasiya prosesinin növbəti addımıdır. Son bir neçə ildə ABB-də genişmiqyaslı transformasiya layihələri reallaşdırılır. Bu layihələr sayəsində biznes-modelinin yenilənməsi, rəqəmsallaşma, müştəri xidmətinin mükəmməlləşdirilməsi, texnologiyaların inkişafı, istedadların cəlbi və yetişdirilməsi istiqamətində mühüm nəticələr əldə edilməkdədir. İndi isə Bankın həm keçmiş nailiyyətlərini, həm də gələcəyə strateji baxışını vahid ad altında bir araya gətirmək zamanıdır. Brendin yeni atributları ABB-nin 30 illik təcrübəsinə, ənənələrinə, yaratdığı inama əsaslanır. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Brend kimliyimizi bazar trendlərinə, müştərilərimizin ehtiyaclarına, yaranmış yeni imkanlara uyğun gücləndiririk. Yeni loqotipimizin xarici kəskin künclərinin yumşaldılması və qapalı elementlərinin aradan qaldırılması dinamizmi və açıqlığı göstərir. Ənənəvi şəbəkə elementi isə brendimizin qloballığını və genişmiqyaslı fəaliyyətini ifadə edir”. Bankın sloqanı da yenilənib. Sloqandakı “Müasir, Faydalı, Universal” kəlmələri müştərilərə və tərəfdaşlara təqdim olunan dəyərləri vurğulayır. İctimaiyyət və KİV tərəfindən yeni brenddən istifadə normalarını təmin etməkdən ötrü Bankın veb səhifəsində Brend Mərkəzi yaradılıb. Brend Mərkəzinin müvafiq bölmələrində yeni brendin istifadə qaydaları təqdim olunub. Eyni zamanda yeni loqotipin fəlsəfəsi izah edilib. Brendin yenilənməsi ilə əlaqədar olaraq Bank geniş reklam kampaniyasına başlayıb. Bununla bağlı çöl reklamlarında və xidmət ofislərinin fasadlarında aparılan dəyişikliklər ilin sonuna qədər tam başa çatdırılacaq. Bu əlamətdar hadisəyə reklam çarxı da həsr olunub. Videoçarx Bankdakı transformasiya proseslərinin davamlılığını, Bankın çoxçeşidli məhsul və xidmətlərini və son 30 ildə loqotiplərindəki dəyişikliklərin retrospektivini nümayiş etdirir. Videoçarxı buradan izləyə bilərsiniz. ABB 10 yanvar 1992-ci ildə fəaliyyətə başlayıb. Bankın səhmlərinin 95.15%-i Azərbaycan dövlətinə məxsusdur. Ölkənin müxtəlif regionlarını əhatə edən 53 filialı və 24 şöbəsi ilə Bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri təqdim edir. 18 000-ə yaxın hüquqi, 1.3 milyondan çox fiziki şəxs müştəriyə xidmət göstərir. ABB istehsal, ticarət, kənd təsərrüfatı, nəqliyyat-kommunikasiya, energetika, neft-qaz və s. sahələrdə reallaşdırılan layihələrdə, müxtəlif sosial proqramlarda yaxından iştirak edir. Eyni zamanda iri, kiçik və orta sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə fəal dəstək verir.

Xəbər

ABB Miles indi Visa kartları ilə!

ABB Miles kartları indi müştərilərə daha böyük faydalar yaradır. ABB-nin yeni təqdim etdiyi Visa ABB Premium Miles Signature debet və kredit kartları ilə hava limanında Fast Line xidmətindən istifadə etməklə ildə 10 dəfə növbəsiz qeydiyyatdan keçmək, pulsuz COVİD testi vermək, Chatbot concierge xidmətindən ödənişsiz yararlanmaq olar. Visa Travel Insurance xidmətindən pulsuz istifadə, bütün dünyada 1300-dən çox biznes-zala ildə 4 dəfə pulsuz keçid imkanı da bu kartların müştərilərə yaratdığı faydalardandır. Bundan başqa, ABB Miles sahibləri hotel bronlaşdırmasını www.agoda.com vasitəsilə aparıb endirim qazana bilərlər. ABB Miles Visa kartları ilə Avis-dən avtomobil kirayəsində də 35%-dək endirim əldə etmək mümkündür. ABB Miles kartlarını buradan onlayn sifariş etmək, yaxud Bankın bütün filial və şöbələrindən almaq və ya onlayn sifariş edilmiş debit kartın ünvana çatdırılması xidmətindən faydalanmaq olar. Kartların müddəti 3 illikdir. ABB Miles kredit kartları müştərilərə hissə-hissə ödəniş imkanı verir. Bu kartlarla müştəriyə 60 günədək güzəşt imkanı yaradılır. ABB Miles kartları Bankla tərəfdaş məkanlarda müştəriyə alış-veriş zamanı daha çox mil qazandırır. Keşbek millər formasında toplanır. Müştəri toplanmış milləri sonra təyyarə biletlərinə və otel rezervasiyalarına dəyişə bilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Miles ilə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olub onları istədiyi formada dəyişə bilər. Millərin hesablanması qaydaları ilə buradan tanış olmaq mümkündür. Manatla olan ABB Miles kartı hesabındakı vəsait qalığına illik 3%-dək əlavə mil verilir. Mil qazancı hər günün sonuna kartda olan vəsaitə hesablanır və ayın sonunda müştərinin hesabına köçürülür. ABB Miles kartlarının bir çox başqa üstünlükləri də var. ABB-nin ATM-lərində ABB Miles kartları ilə nağdlaşdırma zamanı aylıq 15.000 manata qədər heç bir komissiya haqqı tutulmur. Kart SMS xəbərdarlıq sisteminə pulsuz qoşulur. Bankın mobil tətbiqində və şəxsi kabinetdə mil balansını yoxlamaq olur. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Miles kartlarında böyük endirim və onqat mil!

ABB səyahət həvəskarları üçün nəzərdə tutulmuş ABB Miles debet və kredit kartlarının qiymətində endirim elan edib. Sentyabrın 30-dək keçirilən kampaniya çərçivəsində 3 illik ABB Miles kartını 60 manata deyil, cəmi 30 manata almaq olar. 3 illik ABB Miles Premium kartı isə bu müddətdə müştərilərə 150 manat əvəzinə, cəmi 75 manata təklif edilir. ABB Miles kartlarını həm onlayn kanallardan (https://abb-bank.az və https://abbmiles.az/ internet səhifələri, ABB mobile tətbiqi), həm də Bankın filial və şöbələrindən endirimlə əldə etmək olar. ABB Miles Premium kartlarında endirimlər isə yalnız onlayn kanallarda sifariş edilmiş kartlara aiddir. Fürsətlər bununla da bitmir. Sentyabrın 30-dək ABB Miles və ABB Miles Premium Mastercard debet və kredit kart sahibləri bu kartlarla “Hotelhub” saytından etdikləri minimum 100 manatlıq otel ödənişlərinə görə 10 qat əlavə mil qazanacaqlar. Kampaniya dövründə hər müştəri maksimum 2 əməliyyatı üzrə əlavə 15 000 mil qazana bilər. Əlavə mil qazanmaq imkanı “Bahar fürsətləri - miles” kampaniyasında hədiyyə millər qazanmış müştərilərə aid deyil. Daha ətraflı burada ABB Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. ABB Miles kartları müştəriyə nağdsız ödənişlərdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onlardan istədiyi formada istifadə edə bilər. Millərin hesablanması qaydaları və şərtləri ilə https://abbmiles.az/ səhifəsindən tanış olmaq mümkündür. Sifariş edilmiş ABB Miles Premium kartlarını seçimindən asılı olaraq Bank müştərinin ünvanına çatdırır. ABB Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!