Xəbər

ABB Mobile yükləyən hər kəs ƏDV faizlərini geri alır!

Universal bank olaraq faydalı məhsul və xidmətlər təqdim edən Azərbaycan Beynəlxalq Bankı ƏDV faizlərini geri almaq üçün daha sadə və asan imkan yaradıb. İndi hər kəs bu Bankın ABB Mobile tətbiqini yükləməklə ƏDV faizlərini ən rahat şəkildə geri ala bilər. Bu imkandan həm Bankın müştəriləri, həm də müştəri olmayanlar faydalana bilərlər. ƏDV faizlərini www.edvgerial.ibar.az portalı vasitəsilə də geri almaq mümkündür. Bundan ötrü sadəcə olaraq Bankın mobil tətbiqində, yaxud https://edvgerial.ibar.az portalında qeydiyyatdan keçmək və virtual kartı aktivləşdirmək kifayətdir. Qeydiyyatla əlaqədar daha ətraflı məlumatı www.edvgerial.ibar.az saytından və ya 937 nömrəli Məlumat Mərkəzimizdən ala bilərsiniz. Virtual kart aktivləşdirildikdən sonra müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir. ƏDV faizlərini geri alan müştərilərə Azərbaycan Beynəlxalq Bankının yaratdığı daha bir üstünlüksə bundan ibarətdir ki, QR kodun oxudulması və ya fiskal kodun daxil edilməsi üçün daha 90 dəqiqə gözləməyə gərək yoxdur. Bunu gözləmədən, elə kassa qəbzini alandan dərhal sonra edə bilərsiniz. Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə ABB Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür. Ödənişləri nağdsız qaydada aparmaq “ƏDV geri al”ınmasında da xeyli sərfəlidir. Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV qazancı əldə edirlər. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə bütün məlumatları www.ibar.az internet səhifəsindən, 39 filial və 37 şöbəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir

ABB-nin TamKart debet və ya kredit kart məhsuluna sahib olan şəxslər indi böyük bir üstünlük də qazanır. Bankın elan etdiyi yeni kampaniya çərçivəsində TamKart sahiblərinin ƏDV faizlərini geri almaq üçün hər ödənişdən sonra 30 günədək gözləmələrinə gərək yoxdur. Müştəri TamKart sahibi olduqda onun 100 manatadək bütün ödəniş qəbzlərinin ƏDV faizi “ƏDV geri al” kartına dərhal daxil olur. Bunun üçün müştəri sadəcə alış-verişdən sonra ona verilmiş qəbzi https://edvgerial.ibar.az portalında və ya ABB Mobile tətbiqində oxutmalıdır. Müştərinin bu kampaniyadan yararlanmaq üçün sadəcə TamKart debet və ya kredit kart sahibi olması yetərlidir. Onun alış-verişlərinə görə ödənişləri TamKartla aparması mühüm deyil. Kampaniya TamKart sahibinin həm müxtəlif kartlarla apardığı nağdsız alış-verişlərin, həm də nağd ödənişlərin ƏDV faizlərinə aiddir. Nağd ödənişlərdə ƏDV faizinin 10%-i, nağdsız ödənişdə isə 15%-i geri qayıdır. TamKartlılar üçün keçirilən bu kampaniya 6 aprel tarixinədək davam edəcək. Bu kampaniyadan bütün TamKart sahibləri faydalana bilər. Bunun üçün sadəcə ABB Mobile tətbiqini yükləyərək ƏDV faizlərini bu tətbiq vasitəsilə, yaxud https://edvgerial.ibar.az portalı üzərindən geri almaq lazımdır. Bu vasitələr ƏDV faizlərini geri almağın ən rahat yoludur. Müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir. Bunun üçün 90 dəqiqə gözləməyə gərək yoxdur. Qəbzi sistemə dərhal əlavə etmək olar. Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə ABB Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyat kitabı təqdim edildi

ABB uşaqların erkən yaşlardan iqtisadiyyat sahəsində bilik və bacarıqlara yiyələnməsi məqsədilə daha bir layihəni uğurla həyata keçirib. Bank polyak yazıçı Qjeqoj Kasdepkenin bu sahədə məşhur kitabını Azərbaycan dilində nəşr etdirib. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində kitabın təqdimatı olub. “Pul kisəsi və orada yaşayan qəribə məxluqlar” adlı bu kitab körpə yaşlı uşaqların iqtisadi anlayışları rahatlıqla mənimsəyə bilmələri üçün misilsiz vəsaitdir. Əsər iqtisadiyyat haqqında bir-birini tamamlayan 51 hekayədən ibarətdir. Burada iqtisadi terminlərin başına gələn əhvalatlar nağıl dilində nəql edilir, bu yolla həmin sözlərin mahiyyəti asanlıqla öyrədilir və yadda qalır. Balaca oxucular kitabda investisiya, büdcə, qazanc, ödəniş kartı, debit, kredit, taksit, marja, ÜDM və s. bu kimi anlayışların izahı ilə ətraflı tanış ola bilərlər. Kitab uşaq kitabxanalarına hədiyyə ediləcək. Q.Kasdepkenin bu kitabı ilk dəfə 2015-ci ildə Polşada nəşr olunub və müxtəlif dillərə tərcümə edilib. 10 ildir ki, dünyanın ayrı-ayrı ölkələrində uşaqlar bu kitabı böyük maraqla oxuyurlar. ABB kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri layihəsini “Teas Press” Nəşriyyyat Evi ilə tərəfdaşlıq əsasında həyata keçirib. Xatırladaq ki, ABB bu yaxınlarda Alfa nəslinin təmsilçiləri olan uşaqlar üçün Alpha Card məhsulunu da bazara təqdim edib. Bu debet kart valieynlərin nəzarəti altında uşaqların maliyyə xidmətləri ilə bağlı ehtiyaclarının təmin olunması üçündür. Alpha Card tam rəqəmsaldır, onun sifarişi və əldə olunması da əvvəldən sona tam rəqəmsal təcrübə ilədir. Valideynlər 7 yaşdan 17 yaşa qədər övladları üçün Alpha Card-ı ABB mobile tətbiqindən sifariş verə bilərlər. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

ABB dayanıqlılıq sahəsində təşəbbüslərinin davamı olaraq BMT-nin Qlobal Sazişinə qoşulub. Bu Saziş biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunu stimullaşdırır. BMT-nin Qlobal Sazişinə üzv olması Bankın Dayanıqlı İnkişaf Məqsədləri (SDG), eləcə də ekoloji, sosial və korporativ idarəetmə sahələrinin (ESG) təşviqini əhatə edir. Beləliklə, ABB Qlobal Sazişin 10 prinsipinə əməl edəcəyini bəyan etmiş olur. Xatırladaq ki, ötən il ABB 2022-ci il üzrə beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf Hesabatını da təqdim edib və dayanıqlılıq istiqamətində fəaliyyətini ictimaiyyətlə paylaşıb. Karbon emissiyasını, kağız, elektrik enerjisi və yanacaq istehlakını azaldıb 2023-cü ildə də ABB yaşıl bankçılıq istiqamətində əhəmiyyətli nəticələr əldə edib. Ötən il müştəri və işçi sayının artmasına baxmayaraq, bankdaxili fəaliyyət nəticəsində ABB ətraf mühitə emissiya olunan karbon qazının həcmini (“Scope 1 & 2”) 5% azaldıb. Beləliklə, ABB karbon emissiyasının həcmini 2023-cü ildə əvvəlki illə müqayisədə hər işçi üzrə 16% azaltmağa nail olub. Eləcə də, 2023-cü ildə ABB bir müştəri üzrə kağız istehlakını 2022-ci illə müqayisədə 28% azaltmağa nail olub. Həmçinin, Bankın bir əməkdaşı üzrə elektrik enerjisi və yanacaq istehlakında da ötən illə müqayisədə müvafiq olaraq 10% və 16% azalma qeydə alınıb. ABB ətraf mühitlə bağlı layihələrini də uğurla davam etdirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Visa şirkəti ilə əməkdaşlıq əsasında ölkəmizin ilk ekoloji bank kartı olan TamEco-nu bazara təqdim edib. Bu layihə üzrə ölkə ərazisində 36 000 ağac əkilib. 2023-cü ildə ABB dayanıqlı bankçılığa xidmət edən texnoloji innovasiyaları da geniş tətbiq edib. TamDigi kartının təqdimatı ilə fiziki karta tələb azaldılıb. Rəqəmsal kredit və əmanət məhsullarının təklif olunması ilə fiziki sənəd dövriyyəsinin azaldılmasına zəmin yaradılıb. Qısa müddət ərzində 100 000-dən çox kart plastik və kağız istifadəsi olmadan təqdim edilib. Eləcə də 200 000-dən artıq kredit və 1000-dən çox əmanət müraciəti kağız istifadəsi olmadan tam rəqəmsal formada icra olunub. BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq gender bərabərliyini qoruyur ABB gender bərabərliyinin qorunmasına və qadınların karyera inkişafına da xüsusi diqqət ayırır. Son illər ərzində Bankda işə götürülən qadın işçilərin sayında əhəmiyyətli artım tendensiyası qeydə alınıb. Nəticədə 2023-cü ildə ABB-də qadın əməkdaşların sayı əvvəlki illə müqayisədə 14% artaraq 1437 nəfərə çatıb. Rəhbər vəzifələrdə çalışan qadınların sayı isə 33% artımla 110 nəfər təşkil edib. KSM layihələri ilə dayanıqlı inkişafa töhfə verir ABB ölkəmizdə təhsilin, idmanın, mədəniyyətin inkişafına dəstək layihələrini də davam etdirməkdədir. 2023-cü ildə ABB Tech Akademiyasının təşkilatçılığı ilə Akademiyanın tələbə və məzunları üçün "Karyera Həftəsi" keçirilib. Bankın müxtəlif ali təhsil müəssisələri ilə tərəfdaşlığı əsasında ayrı-ayrı universitetlərdə də karyera günləri təşkil olunub. İndiyə qədər ABB Tech Akademiyasının 30-dan artıq proqramından 586 nəfər məzun olub. 35%-i ABB-də olmaqla məzunların ümumən 82%-i 130-dan artıq yerli və xarici şirkətdə işə qəbul edilib. ABB tələbələr arasında “TamGənc Basketbol Liqası”na, Təhsilin İnkişafı Forumuna, DOST Agentliyinin Azərbaycan Banklar Assosiasiyası ilə birgə BDU-da fiziki məhdudiyyətli gənclər üçün təşkil etdiyi “Sərhədsiz istedadlar” sərgi-yarmarkasına da dəstək verib. Bank həmçinin Riyaziyyat sahəsində xüsusi istedada malik gənclər üçün Yay Riyaziyyat Düşərgəsi təşkil edib. ABB-nin gələcək inkişaf strategiyasında da dayanıqlılıq mövzusu əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub. Bank bu il Azərbaycanın ev sahibliyi edəcəyi, dayanıqlılıq və iqlim dəyişikliyi üzrə qlobal nüfuzlu tədbir olan COP29-da iştirak perspektivlərini də nəzərdən keçirir. Gələcək planlarının tərkib hissəsi kimi, ABB artıq BMT-nin İqlim Dəyişiklikləri uzrə Çərcivə Konvensiyasının (UNFCCC) maliyyə mexanizmi Yaşıl İqlim Fondu (“Green Climate Fund”) ilə akkreditasiya prosesinə başlayıb. Bu Fondla əməkdaşlıq əsasında yerli bizneslərin dayanıqlı inkişaf istiqamətində təşəbbüslərini maliyyələşdirməyi nəzərdə tutur. ABB yaxın dövrdə karbon kreditlər, dayanıqlı istiqrazlar və kreditlər kimi yaşıl bankçılıq və dayanıqlı maliyyələşmə ilə bağlı bir çox sahələrdə müştərilərə müxtəlif yeniliklərin təklif edilməsi üçün araşdırmalarını davam etdirir. Həmçinin kağız və digər təbii resurlardan istifadəyə qənaət məqsədilə müxtəlif yeni rəqəmsal və fiziki həllərin tətbiqini hədəfləyən layihələrin icrasını planlaşdırır.

Xəbər

ƏDV faizlərini geri alanlar üçün daha bir qazanc fürsəti!

ABB ƏDV faizlərini ABB Mobile tətbiqi və ya edvgerial.ibar.az portalı vasitəsilə geri alan şəxslər üçün yeni kampaniyaya başlayıb. Mayın 4-dən ƏDV faizlərini bu vasitələrdən hər hansı biri ilə geri alan ilk 3 min müştərinin ƏDV qazancı 5 AZN-ə çatan kimi əlavə 5 AZN də ABB-dən hədiyyə gələcək. Kampaniya 4 may tarixindən etibarən “ƏDV geri al” kartını ABB Mobile tətbiqində, yaxud edvgerial.ibar.az portalında ilk dəfə aktiv etmiş müştərilərin həmin tarixdən ilk 5 AZN-ə çatan ƏDV faizlərinə aiddir. Hər müştəri bu kampaniyadan yalnız bir dəfə yararlanır. Bu kampaniyadan Bankın müştəriləri, həm də müştəri olmayan şəxslər faydalana bilər. Bunun üçün sadəcə ABB Mobile tətbiqini yükləyərək ƏDV faizlərini bu tətbiq vasitəsilə, yaxud edvgerial.ibar.az portalı üzərindən geri almaq lazımdır. Bu vasitələr ƏDV faizlərini geri almağın ən rahat yoludur. Müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir. Bunun üçün 90 dəqiqə gözləməyə gərək yoxdur. Qəbzi sistemə dərhal əlavə etmək olar. Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə ABB Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür. Ödənişləri nağdsız qaydada aparmaq “ƏDV geri al”ınmasında da xeyli sərfəlidir. Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV qazancı əldə edirlər. Qeyd edək ki, TamKart sahibləri ƏDV faizlərinin geri qayıtmasını 30 gün gözləmir. Faizlər qəbz oxunduqdan dərhal sonra müştərinin hesabına daxil olur. Kampaniya barədə daha ətraflı məlumatları buradan öyrənə və sayğacı izləyə bilərsiniz. ABB-nin müasir, universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!