Xəbər

“ABB” Açıq Səhmdar Cəmiyyəti Səhmdarlarının nəzərinə!

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “ABB” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - ABB) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 25.10.2021-ci il tarixində saat 1500-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında ABB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Bununla yanaşı bildiririk ki, ABB-nin Nizamnaməsinin 8.10-cu maddəsinə uyğun olaraq Koronavirus (Covid 19) infeksiyasının yaratdığı pandemiya şəraitində səhmdarlarımızın sağlamlığının qorunması məqsədilə səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə səsvermə bülleteni 21.10.2021-ci il tarixinədək ABB-nin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir. “ABB” ASC-nin İdarə Heyəti

Xəbər

ABB-nin təşkilatçılığı ilə İpoteka Sərgisinə dəvətlisiniz!

Mənzil sahibi olmaq, öz evini tikmək istəyənlərin nəzərinə! 1 iyun tarixində ABB və partnyorlarının təşkilatçılığı ilə Muğam Mərkəzində “İpoteka Sərgisi” təşkil olunacaq. Sərginin qonaqları Bankın təklif etdiyi bütün ipoteka növləri, partnyor tikinti şirkətləri, onlardan mənzil almağın şərtləri ilə yaxından tanış ola biləcəklər. Tədbirdə iştirak edəcək partnyor tikinti şirkətləri: • “Sea Breeze”• “Dreamland”• “Melissa Group”• “Alians Development and Construction”• “Kristal Abşeron”• “Bakstone Construction”• “Avant Group MTK”• “Winter City Group”• “Blue City”• “Nobel-A MTK” Tikinti şirkətləri ilə yanaşı, sərgiyə partnyorlarımız “Mənzil Park”, "İtaldizain" və "Saloğlu" mebel şirkəti də qatılacaq və ipoteka kreditinə müraciət edən müştərilərimiz üçün xüsusi təkliflər təqdim edəcəklər. "İpoteka Sərgisi" yalnız 1 gün – 1 iyun tarixində saat 10:00-dan 17:00-a qədər davam edəcək. Sərgiyə giriş sərbəstdir. İpoteka növləri və müraciət üçün: Daha ətraflı

Xəbər

ABB yeni loyallıq proqramı – “Fayda Max”-ı təqdim etdi!

ABB yeni loyallıq proqramı olan “Fayda Max”-ı təqdim edib. Bank bu proqramla oyun qaydalarını dəyişir. Müştərilər yaranmış fürsətdən istifadə etməklə daha çox mükafatlar qazanırlar. Belə faydalı proqramların məqsədi müştərilərdə yeni təcrübələr formalaşdırmaq, onları nağdsız ödənişlərə stimullaşdırmaq, Banka bağlılığı gücləndirməkdir. Banka bağlılıq müştəriyə müxtəlif güzəştlər, imtiyazlar qazandırır. Banka loyallıq artdıqca bu güzəşt və imtiyazlar da yüksəlir. “Fayda Max” loyallıq proqramından qazanmaq üçün ABB mobile istifadəçisi olmaq və tətbiqin ana səhifəsindəki “Sənə özəl” bölməsinə keçid edib “Fayda Max”ı yalnız bircə dəfə aktivləşdirmək lazımdır. “Fayda Max”a qoşulduqdan sonra qazana biləcəyi mükafatların mərhələsini müştəri özü müəyyənləşdirir. Ay ərzində iştirakçı “Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərindən hər hansı birini və ya hər üçünü tamamlaya bilər. ABB-də aktiv nağd krediti olan müştərilər bir ay müddətində cəmi 75 AZN nağdsız ödənişlə “Bürünc” mərhələyə, cəmi 250 AZN nağdsız ödənişlə “Gümüş” mərhələyə, cəmi 750 AZN nağdsız ödənişlə “Qızıl” mərhələyə yüksələ bilərlər. ABB-də aktiv nağd krediti olmayan müştərilər isə “Bürünc” mərhələyə çatmaq üçün ay ərzində ən azı 150 AZN, “Gümüş” mərhələyə çatmaq üçün 500 AZN, “Qızıl” mərhələyə çatmaq üçün 1500 AZN nağdsız ödəniş etməlidirlər. Müştəri qazandığı aylıq mükafatdan növbəti ay istifadə etməyə başlayır. Mükafatlar bunlardır: Ekstra “Faydalı keşbek” (“Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərinin hər birinə aiddir). “Fayda Max”a qoşulduqdan sonra əldə edilən nağd kreditin faizindən keşbek qazancı (“Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərinin hər birinə aiddir). - “Kartdan karta” 30 000 komissiyasız köçürmələr (yalnız “Qızıl” mərhələ) - “2X ƏDV geri al” (“Qızıl” mərhələ) “Fayda Max”a qoşulmuş hər bir müştəri tətbiqin “Sənə özəl” hissəsindəki “Fayda Max” bölməsi vasitəsilə iştirak vəziyyətini, hədəflərini, hansı mərhələdə olduğunu, mükafatlarını izləyə bilər. Proqram mütəmadi olaraq yenilənəcək və müştərilər daha çox mükafatlar qazana biləcəklər. Bu imkandan yararlanmaq üçün ABB mobile istifadəçisi tətbiqi yeniləyərək onun 7.0.0 versiyasından istifadə etməlidir. “Fayda Max” proqramı barədə ətraflı məlumatları buradan əldə etmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

TamGənc kartı ilə gəncliyini TAM yaşa!

Müasir, universal və faydalı bank məhsulları ilə müştərilərini daima sevindirən ABB bu dəfə gənclərin istifadəsi üçün yeni məhsulunu təqdim edib. 18-25 yaş arası gənclərin faydalanacağı TamGənc kartı öz üstünlükləri ilə cavan nəslin nümayəndələri üçün bir çox bank xidmətlərindən müxtəlif güzəştlərlə yararlanmaq imkanı təklif edir. Yeni TamGənc kartı sahibləri ölkədaxili kartlara 2000 AZN-dək köçürmə və ölkədaxili ATM-lərdə 5000 AZN-dək nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən heç bir komissiya haqqı ödəməyəcəklər. Bankın təqdim etdiyi yeni kart məhsulu ilə hesabda olan pul qalığına illik 6%-dək gəlir, həmçinin marketlər, restoranlar, elektronika və geyim mağazaları, yanacaq doldurma məntəqələrində alış-veriş zamanı keşbek əldə etmək mümkündür. Bir sıra məkanlarda isə TamGənc kartı ilə ödəniş zamanı keşbek qazancı 5% təşkil edir. Bura kitab mağazaları, muzeylər, taksi və nəqliyyat xidmətindən istifadə və musiqi platformalarında aparılan ödənişlər aiddir. 18 yaşını qeyd edən gənclər üçün isə daha bir sevindirici məqam var. Beləki, həmin gənclər doğum günü tarixlərindən etibarən 30 gün ərzində TamGənc kartı məhsulu üçün müraciət etdikdə, kartı tamamilə pulsuz əldə edirlər*. “Gəncliyini Tam Yaşa!” şüarı ilə buraxılan yeni TamGənc kartı məhsulu öz üstünlükləri ilə gənclərin aktiv həyat tərzinə xitab etməklə onların asan və rahat bankçılıq xidmətlərindən yararlanması üçün nəzərdə tutulub. TamGənc kartının sifarişi onlayn qaydada bu link vasitəsilə və ya ABB Mobile tətbiqi ilə mümkündür. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar. *ödənişsiz kart yalnız Bankın filial və şöbələrindən əldə edilə bilər

Xəbər

Avtomobil almaq istəyənlər üçün ABB-dən sərfəli kredit!

ABB aşağı faiz dərəcələri ilə avtomobil kreditlərinin verilməsinə başlayıb. Avtomobil almaq istəyən, avtomobilini yeniləmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları bu fürsətdən yararlana bilərlər. Əməkhaqqı kartı istənilən bankdan olan hər kəsin ABB-dən avtomobil krediti almaq imkanı var. Avtomobil kreditinin şərtləri: Müddət – 60 aya qədər Faiz dərəcəsi – 12%-dən İlkin ödəniş – 10%-dən başlayaraq Komissiya - 0.5% (min. 20 AZN) Sənədləşmə çox sadədir. Avtomobil krediti istəyən müştərilər bütün rəsmi avtomobil dilerlərindən avtomobili seçərək, bankın uyğun filialına yalnız şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb krediti sifariş edir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda növbə gözləmədən də avtomobil krediti müraciətini edə bilər. Avtomobil krediti barədə əlavə məlumatları buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən kapital bazarlarını canlandıracaq daha bir addım!

ABB ölkəmizdə kapital bazarlarının inkişafına təkan verəcək daha bir mühüm addım atıb. Artıq Bankın ABB mobile tətbiqində ABB səhmlərinin təkrar bazarına da start verilib. Belə ki, ABB səhmdarı olan istifadəçilər tətbiq vasitəsilə öz səhm portfellərini izləyə və eyni zamanda səhmlərin alqı-satqısı ilə məşğul ola bilərlər. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında müvafiq Sərəncamına uyğun olaraq ilk dəfə ABB-nin səhmlərinin kütləvi emissiyası uğurla həyata keçirilib. Ölkəmizin kapital bazarlarının inkişafına xidmət edən bu proses tarixi nəticə ilə tamamlanıb. Yerləşdirmə nəticəsində ABB səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb. Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı 7,8%-ə yüksəlib. Qısa müddət ərzində Azərbaycanın kapital bazarlarına bu qədər sayda yeni iştirakçı qoşulub. Səhmlərə abunə yazılışı zamanı ABB ilk dəfə innovativ üsullar tətbiq edərək sifarişlərin qəbulunu ABB mobile tətbiqi vasitəsilə həyata keçirib. Sifariş imkanlarının rahat və əlçatanlığı investorların prosesdə fəal iştirakında böyük rol oynayıb. ABB mobile tətbiqi vasitəsilə bu gündən etibarən səhmlərin təkrar bazarda alqı-satqısı imkanlarının yaradılması ölkəmizin kapital bazarlarında böyük canlanmaya səbəb olacaq. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər

Kiçik və orta sahibkarların fəaliyyətinə ardıcıl dəstək verən ABB onların işini asanlaşdırmaq və bank xərclərini azaltmaq üçün xüsusi xidmət paketləri hazırlayıb. Bura fərdi sahibkarların və hüquqi şəxslərin tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətləri daxildir. Hər bir iş adamı bank xidmətləri ilə bağlı mütəmadi ehtiyaclarının yüksək səviyyədə və daha sərfəli şəkildə təmin olunması üçün bu imkandan geniş faydalana bilər. Təqdim edilən xidmətlərin bir çoxu ödənişsizdir. Belə ki, müəyyən dövr ərzində davamlı qaydada ABB-də müxtəlif növ əməliyyatlar həyata keçirən müştərilər bu xidmət paketlərini əldə etməklə hesabdan nağd vəsaitin verilməsi, ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı layihəsi çərçivəsində kartların sifarişi və kartlara vəsaitin köçürülməsi, bir sıra korporativ və biznes kartlarının sifarişi, POS-terminallar üçün aylıq xidmət haqqı və bu kimi digər xidmətlərdən tamamilə pulsuz istifadə edə bilərlər. Digər xidmətlərdən isə güzəştli şərtlərlə faydalanmaq olar. Xidmət paketləri müştərilərə bankda həyata keçirdikləri əməliyyatların ümumi dövriyyəsi, illik nağdlaşdırma məbləği, ölkədən kənara illik köçürmə sayı, ölkədən kənar köçürmə məbləği və s. bu kimi göstəricilər əsasında təqdim olunur. Bunu nəzərə alaraq xidmət paketlərinin 5 növü müəyyənləşib: “Standart”, “Standart+”, “İmtiyazlı”, “Premium” və “Premium+”. Bank xidmətlərindən daha sərfəli qaydada yararlanmaq istəyən hər bir fərdi sahibkar və hüquqi şəxs xidmət paketlərinin uyğun növünü əldə etmək, eləcə də ətraflı məlumat almaq üçün Bankın saytına daxil ola, yaxud filiallarımıza müraciət edə bilər. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Banklararası Şahmat Çempionatının qalibi oldu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilmiş banklararası şahmat çempionatı başa çatıb. Nəticələrə əsasən, çempionatda ABB komandası qalib gəlib. ABB təmsilçiləri Rəsul Mənsimli, Zöhr Babazadə və Rauf Hacılı şəxsi hesabda da 2-ci, 3-cü və 4-cü yerləri qazanıblar. Artıq 6-cı dəfədir ki, keçirilən çempionatda bu il 15 maliyyə qurumundan 60-a yaxın nümayəndə iştirak edib. Banklararası Şahmat Çempionatının məqsədi Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkilidir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!

Noyabrın 25-də “Agile Azərbaycan” Beynəlxalq Sammiti başlanır. “Sabahı formalaşdırmaq: təsir üçün çeviklik, süni intellekt və data!” devizi altında keçiriləcək tədbirdə Azərbaycanın iş dünyasının liderləri, müxtəlif qurumların təmsilçiləri, Agile-a, süni intellektə və data texnologiyalarına maraq göstərən hər kəs bir araya gələcək. Agile metodologiyasını bir neçə ildir ki, uğurla tətbiq edən, eyni zamanda süni intellekt və data texnologiyalarından da geniş şəkildə faydalanan ABB sammitin əsas tərəfdaşıdır. Tədbirin məqsədi Azərbaycandakı müxtəlif qurumları Agile-ın üstünlükləri ilə tanış etmək, ölkəmizdə bu yeni iş mədəniyyətini yaymaq, həmçinin süni intellekt və data texnologiyaları ilə bağlı təcrübələri paylaşmaqdır. Belə bir sammit daha innovativ, çevik və dayanıqlı iş tərzini mənimsəmək üçün imkanlar yaradır. Xarici ölkələrdən dəvət edilmiş mütəxəssislər Agile, süni intellekt və data sahəsində ən son yeniliklər haqqında məlumat verəcək, beynəlxalq təcrübəni bölüşəcəklər. Tədbirdə ABB-nin son illər müvafiq sahələrdə əldə etdiyi təcrübə barədə də ətraflı məlumatlar təqdim olunacaq. Qeyd edək ki, ABB Agile metodologiyasının tətbiqinə 2020-ci ildə Bankın Rəqəmsal Laboratoriyasında başlayıb. Hazırda Bankda 800-dən çox əməkdaşın çalışdığı 23 Agile struktur fəaliyyət göstərir. Bank yeni məhsul və xidmətlərini Agile metodologiyası əsasında yaradaraq inkişaf etdirir. Son illərdə Bank bu metodologiya əsasında 100-dən çox rəqəmsal məhsul təqdim edib, 80-dən çox süni intellekt modelini işə salıb, bununla həm əməliyyat səmərəliliyinə, həm müştəri təcrübəsində əhəmiyyətli irəliləyişlərə nail olub. Hazırda Bankın yeni müştərilərinin 65%-dən çoxu məhz rəqəmsal kanallar vasitəsilə cəlb edilir, bu da rəqəmsal bankçılığa keçidin güclü göstəricisidir. Agile iş tərzinə keçiddən sonra Bank son 3 ildə məhsulun bazara çıxma müddətini 147 gündən 59 günə endirib. ABB-də müştəri məmnuniyyəti göstəricisi (NPS) 76.9-a, işçi məmnunluğu səviyyəsi 84.2-ə yüksəlib. Son 3 ildə ABB süni intellekt və data texnologiyaları istiqamətində də ciddi irəliləyişlərə nail olaraq 160-dan çox generativ və prediktiv modeli tətbiq edib, bu modellər Bank üçün 30 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaradıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB sahibkarlar üçün təlim keçirdi

ABB Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Gəncə şəhərində təlim təşkil edib. Təlimə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Thinkwise şirkəti də dəstək göstərib. Tədbirə Gəncə və ətraf bölgələrdən 30-a yaxın iş adamı qatılıb. İştirakçılar idxal-ixrac əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsi və “Yaşıl dəhliz” buraxılış sistemi”, biznes fəaliyyətində qarşıya çıxan problemlərin həlli ilə bağlı məlumatlandırılıblar. Təlim iştirakçılarına kiçik və orta sahibkarlıq seqmenti üzrə kredit və qeyri-kredit məhsulları, maliyyə risklərinin idarə edilməsi məsələləri ilə bağlı da ətraflı məlumat verilib. İki günlük təlimlər zamanı sahibkarlar yeni tərəfdaşlıqlar qurmaq imkanı da qazanıblar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!