Xəbər

İş adamlarına ABB-nin İnternet Bank xidmətinin üstünlükləri təqdim edildi

İş adamlarını ABB-nin İnternet Bank xidmətinin üstünlükləri ilə yaxından tanış etmək məqsədilə tədbir keçirilib. Tədbirdə ABB-nin Sahibkarlar Klubunun üzvləri bir araya gəlib. Onlara İnternet Bank xidmətinin imkanları barədə ətraflı məlumat verilib. Qeyd edək ki, ABB korporativ müştərilərin rahatlığı məqsədilə ötən ilin sonlarında tam yeni İnternet Bank xidmətini təqdim edib. ABB-nin yeni İnternet Bank platformasında istifadə daha rahat və sadə, əməliyyatlar sürətlidir. Bizneslərə lazım olan bütün bank xidmətlərini ABB-nin filial və şöbələrinə gəlmədən istənilən yerdən İnternet Bank vasitəsilə əldə etmək mümkündür. Yeni İnternet Bankın geniş imkanlarından həm böyük korporativ müştərilər, həm kiçik və orta sahibkarlar, həm də sahibkar fiziki şəxslər yararlana bilər. Tədbirdə sahibkarlara ABB-nin digər məhsul və xidmətləri barədə də ətraflı məlumat verilib. Toplantıda iş adamları öz biznesləri haqqında təqdimatlar ediblər. Sahibkarlar arasında qarşılıqlı güzəşt və imtiyaz təklifləri olub, yeni əməkdaşlıqlar qurulub. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB COP29-un əsas bank tərəfdaşıdır!

Regionun ən böyük maliyyə qurumlarından olan ABB bu ilin 11-22 noyabrında ölkəmizdə keçiriləcək COP29 tədbirinin əsas bank tərəfdaşıdır. ABB tədbirdə öz pavilyonu ilə iştirak edəcək. COP29 müddətində Bankın pavilyonunda müxtəlif təqdimatlar, görüşlər təşkil olunacaq. Ziyarətçilərə ABB-nin dayanıqlı inkişaf hədəfləri, ölkəmizin yaşıl artımının sürətləndirilməsində maliyyə qurumlarının rolu, yaşıl investisiya, ticarətin dayanıqlı şəkildə maliyyələşdirilməsi, bərpa olunan enerjinin artırılmasına bankların dəstəyi, İnternet Bankçılıq, kiçik sahibkarlığın inkişafı üçün ABB Biz tətbiqinin yaratdığı imkanlar, “Tezödə” platforması haqqında ətraflı məlumat veriləcək. Dayanıqlı gələcək üçün bankçılığın rəqəmsallaşdırılması və yaşıl texnologiyaların tətbiqi, Azərbaycanda və regionda dayanıqlı maliyyə, iqlim dəyişikliklərinə qarşı mübarizədə yaşıl fintech və iqlim texnologiyalarının rolu, karbon izi kalkulyatoru, uşaqlar və dayanıqlı inkişaf, gənc nəslin innovasiyalar ruhunda yetişdirilməsi, qadın liderliyi və s. bu kimi mövzularda da maraqlı təqdimatlar, müzakirələr olacaq. Tədbir çərçivəsində startap sessiyaları da təşkil ediləcək, ABB İnnovasiya Mərkəzində inkubasiya mərhələsini uğurla keçmiş bir neçə startap investorlara təqdim olunacaq. COP29 zamanı ABB-nin bir neçə beynəlxalq tərəfdaşı ilə yeni razılaşma sənədlərinin imzalanması da nəzərdə tutulur. 14 noyabr COP29-da “Maliyyə, İnvestisiya və Ticarət Günü”, 16 noyabr isə “Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günü”dür. ABB hər iki tematik gündə də xüsusi tədbirlərlə fəal iştirak edəcək. Qeyd edək ki, COP (Conference of the Parties) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransıdır. Tədbir hər il keçirilir. COP-a sədrlik BMT-nin beş regionu arasında mütəmadi dəyişir. COP iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli qlobal tədbirlərdəndir. Bu tədbirlərin təşkilində əsas məqsəd qlobal istiləşməni məhdudlaşdırmaq, karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün müzakirələr aparıb beynəlxalq razılaşmalar əldə etməkdir. COP tədbirləri ölkələrə iqlimlə bağlı öhdəliklər və fəaliyyət planlarını yeniləmək üçün bir platforma təqdim edir. COP29 müddətində ABB-nin pavilyonunda keçiriləcək tədbirlərin proqramı ilə buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

“Global Finance” ABB-ni ən yaxşı bank seçdi

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Global Finance” jurnalı müxtəlif regionlar üzrə dünyanın ən yaxşı banklarının siyahısını açıqlayıb. Jurnal ilin qaliblərini seçərkən belə bir meyara əsaslanıb: bunlar COVİD-19 dövründə də yeni texnologiyalara davamlı investisiyalar edən və bunun gələcək inkişafa kömək göstərəcəyinə ümid bəsləyən banklardır. “Global Finance” bu meyara əsaslanaraq ABB-ni da ən yaxşı bank seçib. Bank bu mükafata innovativ layihələrinə, pandemiya dövründə yeni ehtiyacları nəzərə alaraq həyata keçirdiyi texnoloji həllərə, o cümlədən məsafədən xidmət imkanlarına görə layiq görülüb. “Global Finance” bu ilin ən yaxşılarını müəyyənləşdirməkdən ötrü seçimi dünyanın 150-dən çox ölkəsinə aid banklar arasında aparıb. Jurnal ekspertlərinin fikrincə, ümumilikdə qlobal bank sistemi pandemiya səbəbindən yaranmış yeni vəziyyətə çevik reaksiya verib. Qlobal bank sistemi və onun bir hissəsi olan ABB minimal məhdudiyyətlərlə müştərilərə, biznesə fasiləsiz xidmətə davam edib. Nəşrin müxtəlif regionlardan müəyyən etdiyi ən yaxşı banklar sırasında ABB ilə yanaşı, Commerzbank, CitiBank, Société Générale, AkBank, Sberbank, Barclays, J.P.Morgan, UniCredit, Raiffeisen Bank International, HSBC, Credit Suisse və digər banklar da var. Daha ətraflı məlumatlarla buradan tanış olmaq olar. Xatırladaq ki, “Global Finance” jurnalı 1987-ci ildən fəaliyyətdədir. Baş ofisi Nyu-Yorkda yerləşir. Jurnal 188 ölkədə 50 mindən çox oxucuya malikdir. Bu auditoriya, əsasən, iri şirkətlərin, o cümlədən beynəlxalq miqyaslı maliyyə qurumlarının qərarverici menecerlərini əhatə edir. Nəşrin hər il ayrı-ayrı banklara təqdim etdiyi mükafatlar maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunur. Bankların seçimi korporativ maliyyə qurumlarının rəhbərləri, bankirlər, texnologiyalar üzrə məsləhətçilər, dünyanın müxtəlif ölkələrindən olan maliyyə analitiklərinin rəyləri nəzərə alınmaqla aparılır. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB bizneslər üçün tam yeni İnternet Bank xidmətini təqdim etdi!

Etibarlı biznes tərəfdaşı olan ABB korporativ müştərilərin rahatlığı məqsədilə tam yeni İnternet Bank xidmətini təqdim edib. ABB-nin təqdim etdiyi bu rəqəmsal həll istifadənin indi daha rahat və sadə olması, əməliyyatların sürətliliyi ilə seçilir. Bizneslərə lazım olan bütün bank xidmətlərini ABB-nin filial və şöbələrinə gəlmədən istənilən yerdən İnternet Bank vasitəsilə əldə etmək mümkündür. Yeni İnternet Bankın geniş imkanlarından həm böyük korporativ müştərilər, həm kiçik və orta sahibkarlar, həm də sahibkar fiziki şəxslər yararlana bilər. ABB bizneslərin ehtiyaclarını nəzərə alaraq yeni İnternet Bank xidmətini daha da təkmilləşdirəcək. Xidmətə yeni funksionallıqlar əlavə olunacaq. Növbəti inkişaf dövründə İnternet Bank-a bank fəaliyyətindən kənar bir çox xidmətlər də inteqrasiya olunacaq. ABB-nin korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli hazırda Bankın korporativ müştərilərinin həyata keçirdikləri əməliyyatların 90%-nin İnternet Bank vasitəsilə yerinə yetirildiyini qeyd edib. Onun sözlərinə görə, yeni İnternet Bank xidmətini ABB-nin Rəqəmsal inkişaf mərkəzi tamamilə yenidən qurub: “Yeni İnternet Bank xidmətimiz müştərilərimizin işini daha da asanlaşdıracaq. Onlar xidmətin rahatlığından, geniş funksionallıqlarından, sadəliyindən və sürətindən məmnun qalacaqlar”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı

ABB müştərilərə daha bir imkan yaradıb. Bankın partnyor alış-veriş mərkəzlərindəki yeni nəsil POS terminalları vasitəsilə indi ödənişləri nağd pul və bank kartı olmadan da aparmaq mümkündür. Ödəniş POS terminaldakı QR kod vasitəsilə birbaşa müştərinin hesabından aparılır. Bu imkan Azərbaycan Respublikası Mərkəzi Bankının bir neçə ay əvvəl istifadəyə verdiyi Ani Ödənişlər Sistemi çərçivəsində təmin edilib. Artıq Bakı və Abşeron rayonu üzrə “Neptun” mağazalar şəbəkəsində malların dəyərinin ABB-nin yeni nəsil POS terminalları ilə rahat və təhlükəsiz şəkildə ödənişi uğurla sınaqdan keçirilib. Ödənişlərin POS terminallarda QR kodla aparılması ən müasir nağdsız ödəniş üsullarındandır. Xüsusilə pandemiya dövründə gündəlik ödənişlərin tam təmassız, təhlükəsiz formada həyata keçirilməsi üçün bu, effektiv həlldir. Bu həll ödənişləri qəbul edən sahibkarlar üçün də əlverişli imkanlar yaradır. Belə ki, qəbul edilən ödəniş məbləği real rejimdə təsərrüfat subyektinin bank hesabına köçür. Beləliklə, həmin vəsaitdən dərhal istifadə etmək olur. Xatırladaq ki, Mərkəzi Bankın “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində yaratdığı Ani Ödənişlər Sistemi (AÖS) ötən ilin oktyabrından istifadədədir. Bu sistem fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən 24/7 rejimində istifadəçinin mobil telefon nömrəsi, email ünvanı kimi sadələşdirilmiş identifikatorlar vasitəsilə aparılmasına imkan verir. Yeni nəsil POS terminallarda QR kodla ödəniş isə Ani Ödənişlər Sisteminin yeni innovativ həllərindəndir. ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “ABB Ani Ödənişlər Sisteminin üstünlüklərindən faydalanaraq müştərilərə yeni nəsil POS terminallarla belə bir imkanı yaradan ilk bankdır. Bu yenilik yüksək müştəri məmnuniyyəti yaradacaq və ölkəmizdə nağdsız ödəniş ənənələrini daha da inkişaf etdirəcək”. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB tərəfindən Bank “BTB” ASC-nin aktivlərinin alınmasına dair məlumat

Bank “BTB” ASC tərəfindən aktivlərinin satılması və öhdəliklərinin də ABB-yə ötürülməsi təşəbbüsü çərçivəsində 02.03.2026-cı il tarixində Bank “BTB” ASC ilə ABB arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanmışdır. Qeyd olunan bankın aktivlərinin alınması ABB-nin strateji inkişaf hədəflərinə, böyümə niyyətlərinə, o cümlədən müştəri bazasını və portfelini genişləndirmək məqsədlərinə uyğundur. Proses çərçivəsində Bank “BTB” ASC-nin aktivləri ABB-nin balansına keçəcək, eyni zamanda öhdəlikləri də ABB tərəfindən qarşılanacaq. Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslər öz istəklərinə əsasən, 10 mart 2026-cı il tarixindən etibarən müvafiq razılıq əsasında depozitlərini mövcud müqavilə şərtləri ilə ABB-yə keçirə, yaxud depozit müqavilələrinə xitam verərək həmin tarixə hesablanmış faizlərlə birlikdə öz vəsaitlərini ABB-nin istənilən filial və ya şöbəsindən geri götürə bilərlər. Bank “BTB” ASC-yə kredit borcu olan müştərilərin kreditləri də mövcud müqavilə şərtləri ilə ABB-yə ötürüləcək və ödənişlərin ABB tərəfindən qəbulu həmin şərtlərlə davam etdiriləcək. Müştərilər kredit ödənişlərinin edilməsi və müvafiq sənədləşmə işləri üçün ABB-nin istənilən filial və ya şöbəsinə yaxınlaşa bilərlər. Qeyd olunan məsələlərlə bağlı ABB-nin Məlumat Mərkəzinə (937) müraciət etməklə əlavə məlumat əldə oluna bilər.

Xəbər

Ölkəmizdə bir ilk: indi fiziki şəxslər də məsafədən bank hesabı aça bilər!

Müştərilərin vaxtına dəyər verən ABB onlar üçün məsafədən xidmət imkanlarını genişləndirməkdədir. Fərdi müştərilər indi banka gəlmədən özlərinə məsafədən hesab aça bilərlər. Fiziki şəxslər üçün bu imkanı ölkəmizdə ilk dəfə məhz ABB yaradıb. Hesabın açılması prosesi https://openaccount.ibar.az səhifəsi üzərindən həyata keçirilir. Məsafədən hesabın açılması üçün fiziki şəxslər ilk növbədə “ASAN İmza”-ya sahib olmalıdırlar. Müştəri “ASAN İmza” vasitəsilə sistemə daxil olub lazımi sənədləri və məlumatları təqdim edir. Sonra özü videogörüş vaxtı müəyyənləşdirir. Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və əlavə autentifikasiya barədə müştəriyə ümumi məlumat verir. Bank hesabının açılmasına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlandıqdan sonra isə Bank tərəfindən hesablar avtomatik açılır. Rəsmiləşdirmə sənədləri ilə birgə hesab rekvizitləri barədə məlumat müştəriyə təqdim olunur. Müştəri təqdim olunmuş sənədləri və hesab rekvizitlərini yükləyərək elektron qaydada və ya çap edərək özündə saxlaya bilər. Yeni açılmış hesab dərhal bankın mobil tətbiqində görünür və müştəri filiala getmədən mobil telefonu vasitəsilə bu hesab üzərindən bank əməliyyatları aparmaq imkanına malik olur. Bankda hesabın olması müasir dövrdə əksəriyyət üçün bir zərurətdir. Hüquqi şəxslər, sahibkarlıq subyektləri ilə yanaşı, fiziki şəxslər də özlərinə hesab açdıraraq müxtəlif bank əməliyyatlarını hesablar üzərindən nağdsız qaydada apara bilərlər. Bank hesabının açılması indiyə qədər müəyyən zaman tələb edən proses idi. Hesabın məsafədən açılması imkanı isə müştərinin əlavə vaxt sərf edərək banka gəlmək, növbədə gözləmək ehtiyacını aradan qaldırır. Bankın İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “Bu, ABB-nin pərakəndə bankçılıq sektorunda tətbiq etdiyi daha bir innovativ ilkdir. Artıq hesab açmaqdan ötrü bankın xidmət ofislərinə gəlməyə ehtiyac yoxdur. Bunu hər kəs onlayn kanallar vasitəsilə çox rahat bir şəkildə həyata keçirə bilər. Məsafədən hesab açmaq fiziki şəxs müştərilərin işini asanlaşdıracaq, onlar üçün yeni və faydalı təcrübələr yaradacaq”. ABB-nin fiziki şəxslər üçün təqdim etdiyi digər onlayn xidmət imkanlarından faydalanmaq üçün bankın mobil tətbiqini Google Play və App Storedən yükləmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!