Açıq Bankçılıq keşbek kampaniyası
ABB Bank olaraq müştərilərimizə daha çox rahatlıq və üstünlük təqdim etmək məqsədilə Açıq Bankçılıq (Open Banking) funksiyasını tətbiq etmişik. Bu funksiya sayəsində siz ABB mobile tətbiqindən digər banklara məxsus kartlarınızı da idarə edə bilərsiniz. Seçilmiş müştərilərimizi Açıq Bankçılıq funksiyasından istifadə etməyə təşviq edən xüsusi keşbek kampaniyası ilə mükafatlandırırıq!
Kampaniya necə işləyir?
Addım 1: ABB mobile tətbiqindəki Açıq Bankçılıq bölməsinə daxil olun və digər banka məxsus debet kartınızı əlavə edin.
Addım 2: Kart əlavə etdikdən sonra ABB kartınız ilə aşağıdakı iki şərtdən birini yerinə yetirin:
- POS terminal vasitəsilə toplam 50 AZN alış-veriş və ya
- QR vasitəsilə toplam 20 AZN alış-veriş
Addım 3: Şərtləri yerinə yetirən ilk 2000 müştəri arasında olsanız - 5 AZN keşbek dərhal Faydalı keşbek balansınıza köçürüləcək!
Kampaniya şərtləri
- Kampaniya tarixi: 19 mart – 19 aprel 2026
- Yalnız ilk 2000 müştəri keşbek qazanır
- Əlavə etdiyiniz digər bank kartı minimum 90 gün aktiv saxlanmalıdır
- Dövriyyə kart əlavə etdikdən sonra və 19 aprel 2026 tarixinə qədər edilməlidir
- Kampaniyaya ABB kartları ilə (biznes kartları istisna) iştirak edilir
- ABB mobile tətbiqi olmalıdır