MPOS terminallarından istifadə qaydalarında dəyişiklik edilir.
Yeni şərtlərə əsasən, MPOS terminalınız üzrə ay ərzində qəbul edilən ödənişlərin ümumi məbləği 200 AZN və daha çox olduqda aylıq xidmət haqqı tətbiq edilmir. Aylıq dövriyyəsi 200 AZN-dən aşağı olan aktiv MPOS terminallarına isə 3 AZN məbləğində aylıq xidmət haqqı tətbiq olunur.
Yeni şərtlər necə tətbiq olunacaq?
1. MPOS terminalınız vasitəsilə ay ərzində qəbul edilən ödənişlərin ümumi məbləği 200 AZN və daha çox olduqda 3 AZN aylıq xidmət haqqı tutulmur.
2. MPOS terminalınız üzrə ay ərzində qəbul edilən ödənişlərin ümumi məbləği 200 AZN-dən aşağı olduqda hər aktiv terminal üçün 3 AZN aylıq xidmət haqqı hesablanır.
Qeyd: Aylıq xidmət haqqı MPOS vasitəsilə qəbul edilən ödənişlər üzrə standart POS komissiyasından ayrıdır və onu əvəz etmir. MPOS vasitəsilə həyata keçirilən ödənişlərə mövcud tariflərə uyğun POS komissiyası tətbiq olunmağa davam edir.
Yəni, terminal üzrə aylıq dövriyyə 200 AZN və daha çox olduqda yalnız 3 AZN aylıq xidmət haqqı tətbiq edilmir, ödəniş əməliyyatları üzrə standart POS komissiyası isə qüvvədə qalır.
Dövriyyə tələbi aktiv terminalların sayına əsasən müəyyən edilir.
Məsələn:
1 terminal - minimum aylıq dövriyyə tələbi 200 AZN;
2 terminal - minimum aylıq dövriyyə tələbi 400 AZN.
Xidmət haqqı ödənilmədikdə
Tətbiq olunan xidmət haqqı növbəti ayın ilk 7 təqvim günü ərzində ödənilmədiyi halda MPOS terminalı üzrə ödənişlərin qəbulu, geri qaytarılması və ləğvi funksiyaları dayandırılır.
