Назад

ABB-nin təşkilatçılığı ilə İpoteka Sərgisinə dəvətlisiniz!

22.05.2024
ABB Ipoteka Sərgisi

Mənzil sahibi olmaq, öz evini tikmək istəyənlərin nəzərinə!

1 iyun tarixində ABB və partnyorlarının təşkilatçılığı ilə Muğam Mərkəzində “İpoteka Sərgisi” təşkil olunacaq. Sərginin qonaqları Bankın təklif etdiyi bütün ipoteka növləri, partnyor tikinti şirkətləri, onlardan mənzil almağın şərtləri ilə yaxından tanış ola biləcəklər.

Tədbirdə iştirak edəcək partnyor tikinti şirkətləri:

• “Sea Breeze”
• “Dreamland”
• “Melissa Group”
• “Alians Development and Construction”
• “Kristal Abşeron”
• “Bakstone Construction”
• “Avant Group MTK”
• “Winter City Group”
• “Blue City”
• “Nobel-A MTK”

Tikinti şirkətləri ilə yanaşı, sərgiyə partnyorlarımız “Mənzil Park”, "İtaldizain" və "Saloğlu" mebel şirkəti də qatılacaq və ipoteka kreditinə müraciət edən müştərilərimiz üçün xüsusi təkliflər təqdim edəcəklər.

"İpoteka Sərgisi" yalnız 1 gün – 1 iyun tarixində saat 10:00-dan 17:00-a qədər davam edəcək. Sərgiyə giriş sərbəstdir.

İpoteka növləri və müraciət üçün:

Daha ətraflı

ABB Mobile
YÜKLƏ