“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “ABB” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - ABB) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 25.10.2021-ci il tarixində saat 1500-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında ABB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Bununla yanaşı bildiririk ki, ABB-nin Nizamnaməsinin 8.10-cu maddəsinə uyğun olaraq Koronavirus (Covid 19) infeksiyasının yaratdığı pandemiya şəraitində səhmdarlarımızın sağlamlığının qorunması məqsədilə səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə səsvermə bülleteni 21.10.2021-ci il tarixinədək ABB-nin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
“ABB” ASC-nin İdarə Heyəti