Назад

“ABB” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə!

25.09.2021

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “ABB” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – ABB) İdarə Heyəti sizin nəzərinizə çatdırır ki, 25 oktyabr 2021-ci il tarixində saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında ABB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Bununla yanaşı bildiririk ki, ABB-nin nizamnaməsinin 8.10-cu maddəsinə uyğun olaraq koronavirus (Covid-19) infeksiyasının yaratdığı pandemiya şəraitində səhmdarlarımızın sağlamlığının qorunması məqsədilə səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə səsvermə bülleteni 10 oktyabr 2021-ci il tarixinədək ABB-nin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı haqqında Əsasnamə”nin 2.11-ci bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə, bitərəf) və imzanız qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 24 oktyabr 2021-ci il tarixinədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması ümumi yığıncağın keçirildiyi gün ABB-nin korporativ katibi tərəfindən həyata keçiriləcəkdir.

“ABB” ASC-nin İdarə Heyəti

ABB Mobile
YÜKLƏ