Назад

ABB-dən hüquqi şəxs və fərdi sahibkarlara onlayn kredit imkanı

ABB hüquqi şəxs və fərdi sahibkarlara da kreditlərini onlayn qaydada sifarişlə almaq imkanı yaradıb! 18 avqust 2023 tarixinə qədər davam edəcək kampaniya müddətində onlayn kredit müraciəti edən fərdi sahibkarlar krediti cəmi 13% ilə əldə edirlər, üstəlik onlardan xidmət haqqı da tutulmur.

Dövriyyəni bank hesabları üzərindən həyata keçirən hər bir fərdi sahibkar və hüquqi şəxs bu imkandan faydalanaraq Bankın “Tərəfdaşlara Anında Dəstək” krediti məhsulunu onlayn sifariş verə bilər. Bunun üçün Bankın cari müştərisi sadəcə İnternet Bankçılıq sisteminə daxil olaraq, yeni müştəri isə “Müştəri ol” prosesindən keçdikdən sonra sifariş edir. Banka gəlmədən maksimum 2 gün ərzində sərfəli şərtlərlə krediti əldə edir.

Onlayn kredit alın

“Tərəfdaşlara Anında Dəstək” təklifi fərdi sahibkarlara bir çox üstünlüklər verir: 

  • Şərtlər daha əlverişlidir;
  • Müraciətlər asan şəkildə Banka göndərilir;
  • Sifarişlər operativ şəkildə təhlil edilir;
  • Sənədləşmə elektron qaydada aparılır;
  • Rəsmiləşdirmə prosedurları çox sadədir.
ABB Mobile
YÜKLƏ