Bank tərəfindən vəsiqə oxuyucu avadanlığın satın alınması

19 февраля, 2026

“ABB” Açıq Səhmdar Cəmiyyəti

KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunun adı: “ABB” ASC tərəfindən vəsiqə oxuyucu avadanlığın satın alınması

 

Kotirovka sorğusunun elan tarixi 19.02.2026

Kotirovka sorğusu proseduru üzrə iddiaçıların təkliflərini təqdim etmələri üçün son tarix 02 mart 2026-cı il  saat 15:00-a qədərdir.

İddiaçıların təklifləri 02 mart 2026-cı il saat  15:00-dan saat 16:00-dək, elan edilmiş müsabiqələrin ardıcıllığına uyğun olaraq elektron platforma vasitəsilə açılacaqdır.

Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd edilənləri diqqət yetirməlidirlər:

  • Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar iştirak niyyətini bildirmək üçün : [email protected][email protected] e-poçt ünvanına şirkətin adını qeyd etməklə “iştirakımı  təsdiq edirəm” mətnini  göndərməlidir.
  • Göndərilən müraciətdə e-poçtun “subject” hissəsində - “Vəsiqə oxuyucu avadanlığın satın alınması”  - qeyd edilməlidir.;
  • İddiaçının dövlət reyestrindən çıxarış sənədi qeyd olunan e-poçt ünvanlarına bərkildilərək  təqdim edilməlidir.

İddiaçıların  təqdim etdiyi qiymət kotirovkaları, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər də daxil edilməklə, manatla göstərilməlidir.

Kotirovka təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü təşkil etməlidir.

Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün adı qeyd edilmiş “ABB” ASC-nin əməkdaşına (Nərgiz Şahsuvarova: (012) 493-00-91, daxili 82-16/82-12, elektron poçt ünvanları:( [email protected][email protected]) müraciət edə bilərsiniz.

 

                                                                                                          Satınalma Komissiyası

                  “ABB” ASC tərəfindən təchizatçıların fəaliyyətinə dair tələblər

 

Etibarsız təchizatçı siyahısının meyarları

1.1. ABB ilə əməkdaşlıq dövründə podratçının fəaliyyətində qanunvericiliyin pozulması, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi/lazımınca yerinə yetirilməməsi və ya ABB ilə əməkdaşlığa mənfi təsir edəcək bu kimi digər hallar aşkar olunduqda, pozuntuların ağırlığından, mahiyyətindən və digər meyarlardan asılı olaraq podratçının (malgöndərənin) adı ABB tərəfindən “Etibarsız təhcizatçılar siyahısı”na salına bilər.

1.2. Etibarsız təchizatçılar siyahısı pozuntuların ağırlığından, mahiyyətindən və təchizatçının müəyyən meyarlarından asılı olaraq tərtib edilir.

1.2.1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması;

1.2.2. terrorçuluğun maliyyələşdirilməsi;

1.2.3. transmilli mütəşəkkil cinayətkarlıq;

1.2.4. silahlı separatizmin, ekstremizmin və muzdluluğun dəstəkləməsi;

1.2.5. narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsində iştirak ehtimalı;

1.2.6. təchizatçının maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısında yer alması;

1.2.7. təchizatçının ümumdünya təşkilatlar və qurumlar tərəfindən qadağalar və sanksiyalara məruz qalması (bu qərar eyni qurumlar tərəfindən ləğv olunmayana qədər);

1.2.8. təchizatçının iqtisadi fəaliyyət sahəsində olan cinayət(lər)ə görə məhkum olunması və ya barəsində cinayət-hüquqi tədbirlərin tətbiq olunması;

1.2.9.  təchizatçının yetkinlik yaşına çatmayan uşaqların əməyindən istifadə etməsi;

1.2.10. təchizatçının müasir formada olan qul əməyindən istifadə etməsi;

1.2.11. təchizatçının müflis elan olunması;

1.2.12. təchizatçının məhkəmənin qərarına əsasən müvafiq fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi;

1.2.13. təchizatçı tərəfindən satınalma prosedurlarında güzəştlərin əldə edilməsi üçün korrupsiyaya səbəb olan stimullaşdırıcı hədiyyələrin, maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq məsul şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin məsul şəxslərin ələ alınması.

1.2.14. müqavilədə göstərilən əsas şərtlərin (ödəniş şərtləri, çatdırılma şərtləri, zəmanət şərtləri və s.) təchizatçı tərəfindən pozulması;

1.2.15. təchizatçının Bankın seçiminə və ya hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədilə saxtakarlıqla məşğul olmasının müəyyənləşdirilməsi və bunun SK tərəfindən təsdiq edilməsi;

1.2.16. təchizatçının vergi borcu ilə bağlı cinayət işinə cəlb olunması;

1.2.17. təchizatçının ətraf mühitə zərər verməsi haqqında aidiyyəti dövlət orqanları tərəfindən verilən müvafiq qərarların olması;

1.2.18. təchizatçının Bank üçün görüləcək işlər zamanı əmək mühafizəsi qaydalarına riayət etməməsi nəticəsində Bankın və ya təchizatçının əməkdaşının ölümü və ya xəsarət alması;

1.2.19. Bankın imicinə təchizatçı tərəfindən xələl gətirilməsi;

1.2.20. təchizatçı tərəfindən konfidensial məlumatların qorunmaması və üçüncü tərəflərə ötürülməsi;

1.2.21. təchizatçı tərəfindən maraqların toqquşması halının gizlədilməsi;

1.2.22. təchizatçının əmlakı üzərinə həbs qoyulması (əmlak həbsdən çıxarılana qədər);

1.2.23. təchizatçının ödənişə yönəlmiş girovunun olması;

1.2.24. təchizatçıların performansının ölçülməsi anketi üzrə nəticənin 20 (iyirmi) baldan aşağı olması.

 

Performans dəyərləndirilməsi prosesi

1.3  ABB ilə müqavilə bağlamış təchizatçının müqavilə öhdəlikləri bitdikdən sonra müqavilə predmeti üzrə ABB tərəfindən performans dəyərləndirilməsi həyata keçirilir. Performans dəyərləndirilməsi prosesi müvafiq satınalma üzrə təhlil və müqavilə imzalanma mərhələsində, o cümlədən müqavilə imzalandıqdan sonrakı mərhələdə şirkətin fəaliyyəti, əməkdaşlıq və müqavilə öhdəliklərini icra etmə səviyyəsi nəzərə alınmaqla icra edilir.

1.4         Müqavilə imzalandıqdan sonrakı mərhələ üzrə dəyərləndirmə

1.4.1.1 Malın/işin/xidmətin tələb olunan spesifikasiyaya və keyfiyyətə uyğunluğu

1.4.1.2 Şərtlərə uyğun çatdırılma müddəti

1.4.1.3 Müqavilə üzrə öhdəliklərin icrası

1.4.1.4 İşə məsuliyyətli yanaşma və operativlik

1.4.1.5  Yaranan problemlərin çevik şəkildə həll edilməsi

1.5         Satınalmanın təhlili və müqavilə imzalanma mərhələsi üzrə dəyərləndirmə

1.5.1.1 Sorğuların operativ cavablandırılması (iddiaçı sənədləri, nümunə, müqavilə)

1.5.1.2 Əməkdaşlıq münasibətləri (güzəştlər, hesab açılması)

1.5.1.3 Müştəri yönümlü yanaşma (istəklərin qarşılanması)

1.5.1.4 Vaxtında təchizat imkanları (təklif təqdim edildiyi zaman)

1.5.1.5 Ödəniş şərtləri

1.6         Performans dəyərləndirilməsinin nəticəsi tələb olunan baldan aşağı olduqda, podratçının (malgöndərənın) adı “Etibarsız təchizatçılar siyahısı”na daxil edilə bilər.

 

 

Satınalma Komissiyası

 

Оцените страницу

Поделитесь с нами своими мыслями. Ваш отзыв имеет значение!