Назад

Pərakəndə bankçılıq departamenti - Məhsul sahibi

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etmək;
  • Məhsulun biznes göstəricilərinin monitorinqi və bununla bankın hədəflərinə uyğun nəticələrə nail olmaq;
  • Məhsulun vizionunu formalaşdırmaq ,təqdim etmək və komanda üzvlərinə aşılamaq;
  • Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək;
  • Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
  • Məhsul inkişafının texnoloji əsaslarını və məhsulların yaradılması haqqında prosesləri izləmək;
  • Məhsulun yol xəritəsinin formalaşdırılması;
  • Keyfiyyətli rəqəmsal məhsulların yaradılması;
  • Bank sahəsində yeni ideya və texnologiyaları araşdırmaq və təkliflər formalaşdırmaq;
  • Satış və xidmət proseslərinin rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq;
  • Təklif və istəklərin toplanaraq aidiyyəti strukturlarla müzakirə edilməsi;
  • Ölkə daxili və xarici bazarların araşdırılması və dayanıqlı rəqəmsal məhsullar üzrə təkliflər hazırlanması;
  • Mövcud hesabatların yenilənməsi, miqrasiyası, dəyişdirilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli ( İqtisadiyyat, İT);
  • Kreativlik və unikal ideyaların formalaşdırılması istiqamətində bacarıqlı olan,
  • Təqdimatların hazırlanması üzrə yükək bacarıqları olan;
  • Analitik düşünmə və təhlil qabiliyyəti olan;
  • Mobil, dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra edə bilən şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi cv@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “PBD-Məhsul Sahibi şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

 

 

 

 

 

ABB Mobile
YÜKLƏ