Назад

Data texnologiyaları departamenti - Data scientist

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi ABB-nin yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Bankın biznes/risk departamentləri tərəfindən müəyyən edilən problemlərin Kredit hesablanması (Credit scoring), Növbəti alınacaq məhsul (Next Product to Buy), Churn analizi, Qiymət optimizasiyası (Pricing optimization), məhsul tövsiyəsi (Product recommendation), Saxtakarlığın aşkarlanması (Fraud detection) və s) həll edilməsi üçün Machine learning, statistik metodlar və məlumatların analitikası sahəsində ekspert biliklərini istifadə edərək yeni nəsil analitik modellərinin dizaynı, prototipləşdirilməsi, qurulması və tətbiqi;
  • Advanced analytics sahəsində ən qabaqcıl təcrübələrin araşdırılması, biznes/risk departamentləri ilə birgə eksperimentlərin həyata keçirilməsi;

Bizim üçün uyğun namizəd:

  • Ali texniki və ya iqtisadi təhsilli;
  • Machine learning, Statistika, Optimizasiya və ya əlaqəli sahələr üzrə dərin bilikli;
  • Python/R və ya SQL proqramlaşdırma dillərində iş təcrübəsinə;
  • Böyük həcmli datasetlər və ya simulyasiya və ya optimizasiya alətləri ilə bağlı iş təcrübəsi;
  • Problem həll etmə bacarığı;
  • Ünsiyyət və komandada işləmə bacarığı;
  • Həvəsli və müstəqil öyrənmək kimi güclü qabiliyyətə sahib olan şəxsdir.

Axtardığımız uyğun namizəd sizsinizsə CV-nizi cv@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Data scientist göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.abb-bank.az

ABB Mobile
YÜKLƏ