Назад

Biznes-proseslərin optimallaşdırılması şöbəsi - Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Biznes və dəstəkləyici proseslər (mövcud və yeni) üzrə qrafik təsvirləri hazırlamaq;
  • Bankın biznes və dəstəkləyici proseslərini mütəmadi olaraq təhlil etmək, optimalllaşdırma və təkmilləşdirmə ilə bağlı təkliflər hazırlamaq;
  • Biznes və dəstəkləyici proseslər üzrə kənarlaşmanın aradan qaldırılması fəaliyyətində iştirak etmək;
  • Dəyişdirilən və ya yeni yaradılan biznes proseslər üzrə təlim materiallarının hazırlanması;
  • Biznes və dəstəkləyici proseslərlə bağlı daxili normativ sənəd layihələrini müstəqil və ya aidiyyəti struktur bölmələrlə birlikdə hazırlamaq;
  • Şöbəyə aid inzibati işlərin aparılmasında iştirak etmək, Departamentin rəhbərliyinin tapşırıqları əsasında departamentin və şöbənin fəaliyyəti prosesində meydana çıxan hər hansı digər funksiyaları icra etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (İqtisadi sahədə təhsil üstünlükdür);
  • Yüksək səviyyədə MS Office proqramlarında ( Xüsusilə MC Power Point, MC Visio)  işləmək bacarığı olan;
  • Bank kredit və qeyri-kredit məhsullarını yaxşı tanıyan;
  • İnduktiv və analitik təhlil bacarığı olan;
  • Təqdimetmə bacarığlı olan;
  • Layihələrin idarə edilməsi üzrə təcrübəli;
  • Komandada işləmək bacarığı olan;
  • Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.

      Göstərilən tələblərə cavab verən namizədlər cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.

      Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Biznes-proseslərin optimallaşdırılması şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

      İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

       Əlavə məlumat üçün: www.abb-bank.az

      ABB Mobile
      YÜKLƏ