Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- İmtiyazlı müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
- İmtiyazlı müştərilərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
- Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
- Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
- Bankın kredit və qeyri-kredit məhsullarının satışı və təqdim edilməsi;
- İmtiyazlı müştərilər ilə iş fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
- Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
- Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsili olan;
- İmtiyazlı müştərilərlə iş təcrübəsi olan;
- Bankda minimum 1-3 il iş təcrübəsi;
- Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti olan;
- Yüksək səviyyədə Azərbaycan, rus və ingilis dili bilikləri olan;
- Komandada işləmək bacarığı olan şəxsdir.
Əgər bizim axtardığımız uyğun namizəd Sizsinizsə CV-nizi cv@abb-bank.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Bakı filialları üçün imtiyazlı müştərilərə xidmət göstərən aparıcı/baş mütəxəssis").
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Əlavə məlumat üçün: www.abb-bank.az