ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- ATM-lərin texniki monitorinqi;
- Bankomatların əməliyyat sistemlərinin yenilənməsi;
- ATM və ÖT-nın texniki xidmətinin həyata keçirilməsi;
- ProView proqram təminatı vasitəsi ilə ATM-lərdəki texniki problemlərinin aşkarlanması və məsafədən aradan qaldırılması.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (texniki sahədə təhsil üstünlükdür);
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən;
- Excel, ProView və Telescope proqramları üzrə mükəmməl biliklərə sahib;
- İnduktiv və analitik təhlil bacarığına sahib;
- Problemləri həll etmə bacarığına sahib olan;
- Komandada iş bacarıqlarına sahib olan.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini abbcareers@abb-bank.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “ATM və ÖT şəbəkəsinə texniki dəstək şöbəsinə aparıcı/baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.abb.az