Назад

Alternativ satış kanalları üzrə mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Rəqəmsal kanallar vasitəsilə daxil olan müraciətlər üzrə video çəkiliş edən müştərinin kimliyini yoxlamaq və təsdiq etmək.;
  • Fəaliyyətinə aid olan və rəhbərlik tərəfindən tapşırılan hesabatları hazırlamaq;
  • Xidmət keyfiyyətini daim yüksək səviyyədə saxlanması üçün müvafiq tədbirlərin görülməsinə dair təkliflər vermək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Azərbaycan və rus dillərini mükəmməl bilən;
  • MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti olan;
  • Ünsiyyətçilik və səlis danışıq səriştəsi olan;
  • Komandada işləmək bacarığı olan ;
  • Analitik zəka, müştərilərlə yüksək səviyyədi işləmək motivasiyası olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi  cv@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Alternativ satış kanalları üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.abb-bank.az

ABB Mobile
YÜKLƏ