ABB filiallarının transformasiyası layihəsini uğurla davam etdirir. Əhali sayına görə ölkəmizin dördüncü ən böyük şəhəri sayılan Mingəçevirdə müştərilərə daha yaxın olmaq və onlara yüksək xidmət göstərmək üçün Bankın Mingəçevir filialı yeni binada fəaliyyətə başlayıb. Filial Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 96a ünvanında müştərilərin xidmətindədir.
Mingəçevir filialının binası ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğun qurulub. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.
Müştərilər Mingəçevir filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.