ABB Təcrübə proqramı sizə nələri vəd edir?

ABB Təcrübə proqramının məqsədi nədir?

Yeni məzunlar və magistr tələbələri üçün ABB tərəfindən həyata keçirilən təcrübə proqramıdır. Proqram bank sahəsinə marağı olan gənclərə təcrübə qazanmaq və gələcəkdə ABB-də çalışan əməkdaşlardan biri olmaq imkanını yaradır.

Bu təcrübə proqramı iştirakçılara nələri qazandıracaq?

  • Real iş mühiti ilə tanışlıq
  • Öz sahəsində ixtisaslaşmış əməkdaşların rəhbərliyi altında praktiki biliklərə yiyələnmə şansı
  • Bankın təşkil etdiyi onlayn və ənənəvi təlimlərdə iştirak fürsəti
  • Təcrübə proqramının sonunda işlə təmin olunma imkanı

Kimlər müraciət edə bilər?

ABB Təcrübə proqramına müraciət etmək arzusunda olanlar üçün ilkin şərtlər:

  • Yerli və ya xarici universitetlərdə təhsil aldığı dövr ərzində CumGPA göstəricisi 3-dən yuxarı, digər qiymətləndirmə sistemləri üzrə isə 75 faizdən yuxarı olmalı;
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Ali təhsilini (bakalavriat, magistr, doktorantura pilləsi) 2022, 2023 və 2024-cü illərdə bitirməli və ya magistratura və qiyabi doktorantura pilləsində cari təhsil almalıdır (dərs saatları təcrübə proqramının həftəiçi tam gün qrafikinə uyğun olduqda);
  • İngilis dili səviyyəsi yüksək olan namizədlərə üstünlük veriləcəkdir;

Tez-tez verilən suallar

ABB Təcrübə proqramının müddəti nə qədərdir?

Proqramın ümumi müddəti 4 ay təşkil edir.

ABB Təcrübə proqramı ödənişlidir?

Bəli, ABB Təcrübə proqramına cəlb olunan təcrübəçilərə təcrübə müddəti ərzində hər ay müəyyən məbləğdə ödəniş ediləcəkdir.

Bakalavr təhsili Bankın fəaliyyət istiqamətinə uyğun olmayan, lakin magistratura pilləsində MBA təhsili alan tələbələr müraciət edə bilər?

Bəli, hər hansı təhsil pilləsi Bankın fəaliyyət istiqamətinə uyğun gələrsə, müraciət edilə bilər.

Təcrübə proqramında iştirak üçün hər hansı ödəniş tələb olunur?

Xeyr, ABB Təcrübə proqramında iştirak tamamilə ödənişsizdir.

2024-cü ildə məzun olan lakin diplomu əldə edə bilməyən namizədlər hansı sənədləri əlavə etməlidir?

Məzun olduqlarını təsdiq edən arayış və bütün tədris ilinin qiymətləri əks olunan transkript əlavə oluna bilər.

Təhsilini qiyabi formada almış namizədlər müraciət edə bilərmi?

Bəli, hər iki təhsil formasında (əyani, qiyabi) təhsil almış məzunlar müraciət edə bilər.

Təcrübə proqramına qəbul hansı mərhələlərdən ibarətdir?

  • IQ testi
  • İngilis dili səviyyəsi (test və şifahi)
  • Yumşaq bacarıqların və müvafiq sahə üzrə biliklərin dəyərləndirilməsi
  • Müsahibə

Namizəd “Bankın fəaliyyət istiqamətinə uyğun ixtisaslarda təhsil almalıdır tələbində” uyğun ixtisaslar dedikdə hansı ixtisaslar nəzərdə tutulur?

ABB Təcrübə proqramına seçim zamanı bankın fəaliyyət istiqamətinə uyğun olaraq aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan namizədlərə üstünlük veriləcəkdir.

İqtisadiyyat:

  • Biznesin idarə edilməsi
  • Maliyyə
  • Muhasibat uçotu və audit
  • Dünya iqtisadiyyatı
  • Marketinq
  • Menecment
  • Bank işi
  • Beynəlxalq İqtisadi münasibətlər və digər oxşar ixtisaslar

Hüquqşünaslıq

İnformasiya texnologiyaları :

  • İnformasiya texnologiyaları
  • Kiber təhlükəsizlik
  • Kompüter elmləri
  • Kompüter mühəndisliyi
  • Proqramlaşdırma
  • Tətbiqi riyaziyyat
  • İnformasiya təhlükəsizliyi
  • Sistem inzibatçılğı və digər oxşar ixtisaslar

İdarəetmə ixtisasları

  • Dövlət və ictimai münasibətlər
  • Layihələrin idarə edilməsi
  • İnsan Resursları
  • Menecement
  • Dövlət və bələdiyyə idarə etməsi və digər oxşar ixtisaslar

Bankın fəaliyyət istiqamətinə uyğun digər ixtisaslar

Qeydiyyatdan keç

1. Şəxsi məlumatlar

Cins
Şəxsiyyət vəsiqəsinin ön hissəsinin şəkli Fayl pdf, jpeg, jpg, png formatı olmaqla 5 mb ölçüsündən çox olmamalıdır
Şəxsiyyət vəsiqəsinin arxa hissəsinin şəkli Fayl pdf, jpeg, jpg, png formatı olmaqla 5 mb ölçüsündən çox olmamalıdır