Gəncliyini tam yaşa!

Gənclər üçün yeni nəsil kart ilə tanış ol! Ödənişlərini TamGənc ilə et, alış-verişin zövqünü sonuna qədər yaşa.

Sifariş et
NAĞDLAŞDIRMA - 0%

Pul çəkərkən əlavə xərcin çıxmasın

Ölkədaxili bütün ATM-lərdə komissiyasız nağdlaşdır. Nağdlaşdırma və kartlararası köçürmələr üzrə ümumi 7 000 AZN-dək

KÖÇÜRMƏLƏR - 0%

Köçürmə edərkən əlavə xərcin çıxmasın

Bütün kartlara köçürmələri komissiyasız et. Nağdlaşdırma və kartlararası köçürmələr üzrə ümumi 7 000 AZN-dək

SMS XƏBƏRDARLIQ - 0₼

SMS bildiriş alarkən əlavə xərcin çıxmasın

SMS xəbərdarlıq xidmətinə pulsuz qoşul.

Cibin keşbeklə dolsun

Seçilmiş kateqoriyalarda daha çox keşbek səni gözləyir. Ödənişləri TamGənc ilə et, xərcinin tam 5%-i geri qayıtsın.

Kartdakı pulun 6% gəlir gətirsin

Qalığa faiz qazandıran TamGənc kartı sənin həyat tərzinə tam uyğundur. Pulunu kartda saxlayaraq məbləğə illik 6% gəlir əldə et.

Sifariş et

Tariflər gözünü qorxutmasın

TamGənc kartının xidmət və komissiya haqları, keşbek və qalığa faizin hesablanması haqqında tam məlumatlan, ürəyin istədiyi kimi xərclə.

Tariflərə bax

TamGənc hesabını rahat idarə et

Yüklə

Tez-tez verilən suallar

TamGənc-i kimlər əldə edə bilər?

18–25 yaş arasında olan şəxslər.

Hansı hallarda kartımdan vəsaiti komissiyasız nağdlaşdıra bilərəm?

Ölkə daxilində istənilən ATM-də aylıq 7000 AZN (və ekv.) limitini keçməmək şərtilə komissiyasız nağdlaşdırma aparmaq olar. Debet hissəsi üzrə ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma və kartlararası köçürmələrə görə 7000 AZN-lik limit birlikdə nəzərə alınır.

Pulsuz köçürmələri necə edə bilərəm?

ABB mobile vasitəsilə aylıq 7000 AZN (xarici valyutada olduğu halda onun ekvivalentində) limitini keçməmək şərtilə digər istənilən bank kartına köçürmələri komissiyasız edə bilərsən. Qeyd olunan xidmət yalnız məhsulun debet hissəsinə şamil edilir. Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma və kartlararası köçürmələrə görə 7000 AZN-lik limit birlikdə nəzərə alınır.

Qalığa faiz necə hesablanır?

ABB mobile-da qeydiyyatdan keçirilmiş kartdakı qalığa illik 6% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin maksimum 3 000 AZN-dək hissəsinə hesablanır. Faiz hesablanacaq minimal qalıq tələbi yoxdur.

TamGənc üzrə gücləndirilmiş keşbek nə qədərdir?

Xüsusi seçilmiş mağaza kateqoriyalarında istənilən bank POS-terminalında keşbek 5% təyin edilib. Kateqoriyalar: rəqəmsal və fiziki kitab mağazaları, oyun avtomatları və rəqəmsal oyun portalları, rəqəmsal audio və video portalları, taksi xidmətləri, muzeylər, dəmir yolları (ADY).

TamGənc üzrə keşbek nə qədərdir?

TamGənc-in kredit tərəfi üzrə ABB-nin POS-terminalları və elektron ticarət sistemi ilə birdəfəlik ödəniş zamanı keşbek minimum 2%, digər bankların POS-terminalları və elektron ticarət sistemi ilə birdəfəlik ödəniş zamanı keşbek 1%; debet tərəfi üzrə keşbek minimum 1% təyin edilib. Bundan başqa, QayğıCash klubu üzrə partnyor mağazalarda ödəniş zamanı təqdim olunan keşbek faizi 2%-dən çox olduqda QayğıCash klubunun faizi müştəriyə qayıdır. Bankın partnyor şirkətləri tərəfindən təqdim olunan keşbek faizi abb-bank.az saytındakı QayğıCash bölməsində əks etdirilib.

Kredit xəttini necə aktivləşdirə bilərəm?

TamGənc kartını aldığınız eyni filiala yaxınlaşıb kredit üzrə mütəxəssisin təhlilinə əsasən əldə edə bilərsən.