18–25 yaş arasında olan şəxslər.
Gənclər üçün yeni nəsil kart ilə tanış ol! Ödənişlərini TamGənc ilə et, alış-verişin zövqünü sonuna qədər yaşa.
Pul çəkərkən əlavə xərcin çıxmasın
Ölkədaxili bütün ATM-lərdə komissiyasız nağdlaşdır. Nağdlaşdırma və kartlararası köçürmələr üzrə ümumi 7 000 AZN-dək
Köçürmə edərkən əlavə xərcin çıxmasın
Bütün kartlara köçürmələri komissiyasız et. Nağdlaşdırma və kartlararası köçürmələr üzrə ümumi 7 000 AZN-dək
SMS bildiriş alarkən əlavə xərcin çıxmasın
SMS xəbərdarlıq xidmətinə pulsuz qoşul.
Seçilmiş kateqoriyalarda daha çox keşbek səni gözləyir. Ödənişləri TamGənc ilə et, xərcinin tam 5%-i geri qayıtsın.
Qalığa faiz qazandıran TamGənc kartı sənin həyat tərzinə tam uyğundur. Pulunu kartda saxlayaraq məbləğə illik 7% gəlir əldə et.
TamGənc kartının xidmət və komissiya haqları, keşbek və qalığa faizin hesablanması haqqında tam məlumatlan, ürəyin istədiyi kimi xərclə.
Tez-tez verilən suallar
TamGənc-i kimlər əldə edə bilər?
18–25 yaş arasında olan şəxslər.
Hansı hallarda kartımdan vəsaiti komissiyasız nağdlaşdıra bilərəm?
Ölkə daxilində istənilən ATM-də aylıq 7000 AZN (və ekv.) limitini keçməmək şərtilə komissiyasız nağdlaşdırma aparmaq olar. Debet hissəsi üzrə ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma və kartlararası köçürmələrə görə 7000 AZN-lik limit birlikdə nəzərə alınır.
Pulsuz köçürmələri necə edə bilərəm?
ABB mobile vasitəsilə aylıq 7000 AZN (xarici valyutada olduğu halda onun ekvivalentində) limitini keçməmək şərtilə digər istənilən bank kartına köçürmələri komissiyasız edə bilərsən. Qeyd olunan xidmət yalnız məhsulun debet hissəsinə şamil edilir. Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma və kartlararası köçürmələrə görə 7000 AZN-lik limit birlikdə nəzərə alınır.
Qalığa faiz necə hesablanır?
ABB mobile-da qeydiyyatdan keçirilmiş kartdakı qalığa illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin minimum 200 AZN-dən maksimum 2 500 AZN-dək hissəsinə və yalnız AZN valyutalı kartlarda hesablanır. hesablanır.
TamGənc üzrə gücləndirilmiş keşbek nə qədərdir?
Xüsusi seçilmiş mağaza kateqoriyalarında istənilən bank POS-terminalında keşbek 5% təyin edilib. Kateqoriyalar: rəqəmsal və fiziki kitab mağazaları, oyun avtomatları və rəqəmsal oyun portalları, rəqəmsal audio və video portalları, taksi xidmətləri, muzeylər, dəmir yolları (ADY).
TamGənc üzrə keşbek nə qədərdir?
TamGənc-in kredit tərəfi üzrə ABB-nin POS-terminalları və elektron ticarət sistemi ilə birdəfəlik ödəniş zamanı keşbek minimum 2%, digər bankların POS-terminalları və elektron ticarət sistemi ilə birdəfəlik ödəniş zamanı keşbek 1%; debet tərəfi üzrə keşbek minimum 1% təyin edilib. Bundan başqa, QayğıCash klubu üzrə partnyor mağazalarda ödəniş zamanı təqdim olunan keşbek faizi 2%-dən çox olduqda QayğıCash klubunun faizi müştəriyə qayıdır. Bankın partnyor şirkətləri tərəfindən təqdim olunan keşbek faizi abb-bank.az saytındakı QayğıCash bölməsində əks etdirilib.
Kredit xəttini necə aktivləşdirə bilərəm?
TamGənc kartını aldığınız eyni filiala yaxınlaşıb kredit üzrə mütəxəssisin təhlilinə əsasən əldə edə bilərsən.