Back

Kreditlərin inzibatçılığı üzrə mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Vakansiya Bakı və regionlar üzrə aktivdir:

  • Bakı
  • Lənkəran
  • Masallı
  • Göyçay
  • Gəncə
  • Zaqatala

Görəcəyiniz işlər:

  • Verilmiş kreditlərin və balansdankənar öhdəliklərin yoxlanılması;
  • Arxivləşmə işinin təşkili;
  • Bankdaxili strukturlar tərəfindən göndərilən sorğuların icrası;
  • Kreditlərin silinmələrinin icrası;
  • Müştəri sənədlərinin məhkəmə prosesi üçün hazırlanması və maliyyə arayışlarının tərtibi;
  • Kreditlərin təminatı qismində olan girovların yüklülüyə qoyulması və azad olunması üçün sorğuların hazırlanması.

Bizim üçün ideal namizəd:

  • Ali iqtisadi təhsili olan;
  • Komandada işləmək bacarığı olan;
  • İşdə dəqiqlik və detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditlərin inzibatçılığı üzrə mütəxəssis (Bakı/Region adı)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.abb-bank.az

 

ABB Mobile
YÜKLƏ