Back

Kart əməliyyatları şöbəsi - Köşklərin dəstəyi üzrə mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Köşklərdə ödəmə və ya ödəmələrlə bağlı proqram təminatlarında aşkarlanmış xəta və səhvlərin aradan qaldırılması;
  • Prosesinq mərkəzini əhatə edən  mövcud proqramlarda və ödəniş servislərində baş verən xətaların istehsalçı şirkətlə müzakirə edilməsi və aradan qaldırılmasına nəzarət edilməsi;
  • Köşklərdə uğursuz ödənişlə bağlı məlumatın monitorinq vasitəsi ilə alındığı andan etibarən onun analiz edilməsi və aradan qaldırılması;
  • Köşklərin fasiləsiz iş  fəaliyyətinin təmin edilməsi üçün aidiyyəti şöbələrlə koordinasiya işlərinin aparılması və daxil olan sorğuların icrası.                                                                                                                                                                                     

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi/IT təhsilli;
  • İnduktiv və analitik təhlil bacarığına sahib;
  • Yüksək səviyyədə kommunikasiya bacarığına sahib;
  • Komandada işləmək bacarığına sahib;
  • Bank, klirinq-ödəniş xidmətləri göstərən təşkilatlarda və ya İnformasiya Texnologiyaları sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Problemləri həll etmə bacarığına malik olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Köşklərin dəstəyi üzrə mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.abb-bank.az

 

ABB Mobile
YÜKLƏ