Back

Filiallarla iş departamenti – Xidmət və keyfiyyət şöbəsinə mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:                

  • Müştəri xidməti strukturlarında göstərilən xidmət və keyfiyyətin ölçülməsi və qiymətləndirilməsi;
  • Müştəri xidməti strukturlarının xidmət və keyfiyyət göstəricisi üzrə hesabatlarının hazırlanması;
  • Müştəri xidməti strukturlarının məsafədən və yerində monitorinqlərinin aparılması;
  • İşçilər arasında daxili davranış qaydalarına və müştəri xidmət standartlarına uyğun davranmadıqda bu halların araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı təkliflərin verilməsi;
  • Şöbə fəaliyyətinə dair görülmüş işlər barədə hesabatların hazırlanması;
  • Şöbəyə daxil olan ərizə, şikayət və təklifləri araşdırmaq və onların həlli istiqamətində işlərin aparılması;
  • İşçilərin işinə nəzarət etmək, qiymətləndirmək. Xidmət və satışın effektiv olması üçün onları motivasiya etmək;
  • İşçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə təkliflərin hazırlanması.         

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Bank sahəsi üzrə  minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən;
  • Problemləri həll etmə bacarığına sahib olan;
  • Zamanın idarə edilməsi üzrə bacarığı olan;
  • Komandada iş bacarıqlarına sahib olan;
  • Yaradıcılıq və innovasiya bacarıqlarına sahib olan;
  • Araşdırma və analitik düşünmə bacarığı;
  • Qərarvermə və kollektiv mühitdə işləmə qabiliyyəti;
  • Təqdimatların hazırlanması bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Xidmət və keyfiyyət şöbəsinin mütəxəssisi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.abb-bank.az

ABB Mobile
YÜKLƏ

Comment on your experience about using our site

Rate from 1-5 star

Şərhiniz üçün təşəkkür edirik!