Bank zəmanəti müqavilə bağlanarkən prinsipialın müraciəti əsasında müqavilə üzrə riskləri bankın zamin olaraq öz üzərinə götürməsinə əsaslanan təminat növüdür. Prinsipial Benefisiar qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi halda Bank zərəri tam, yaxud qarantiyada göstərilmiş həcmdə qarşılamağı öz üzərinə götürür.
Növlər
ABB Sizə aşağıdakı qarantiya növlərini təqdim edir:
- Tender qarantiyası
- İcra qarantiyası
- Əvvəlcədən ödənişin geri qaytarılması qarantiyası
- Ödəniş qarantiyası
- Keyfiyyət qarantiyası
- Gömrük borcunun ödənilməsi barədə qarantiyası
Xidmətlər
ABB Sizə qarantiyalar üzrə aşağıdakı xidmətləri göstərir:
- Qarantiyaların açılması, təsdiqi və avizo edilməsi;
- Qarantiyalarla iş zamanı konsultasiya xidmətlərin göstərilməsi;
- Yüksək dərəcəli müxbir banklar tərəfindən qarantiyaların təsdiq edilməsi;
- Müştərilərin öz vəsaitləri hesabına qarantiyaların açılması;
- Risklər nəzərə alınaraq, bir valyutada olan vəsaitin təcrid olunaraq qarantiyanın başqa valyutada açılması imkanı;
- ABB-nin kredit xətti hesabına qarantiyaların açılması;
- Digər banklar tərəfindən təqdim olunan qarantiyaların təsdiqi;
- Qarantiya məlumatlarının SWIFT vasitəsilə ötürülməsi.