Müşahidə Şurası

Müşahidə Şurası

Son yenilənmə: 28.01.2021

1 - Şahmar Arif oğlu Mövsümov, Müşahidə Şurasının sədri

1972-ci ildə anadan olub. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsini iqtisadçı ixtisası üzrə bitirib. Harvard Universitetinin Con Kennedi adına Hökumət məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.

1995-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2006-2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru olub.

29 noyabr 2019-cu il tarixindən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiridir.

2 - Emin Zamin oğlu Hüseynov, Müşahidə Şurasının üzvü

1974-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsini Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib. ABŞ-ın Florida Universitetində İqtisad üzrə, Harvard Universitetinin Con Kennedi adına Hökumət məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. İqtisad üzrə fəlsəfə doktorudur. 1998-ci ildən etibarən Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəliyində, Azərbaycan Respublikasının Mərkəzi Bankında, ADA Universitetində, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin avqustundan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisidir.

3 - Xalid Nurəddin oğlu Əhədov, Müşahidə Şurasının üzvü

1980-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. Avropanın Instituto de Empresa (IE) biznes məktəbində (Madrid) Biznesin idarə edilməsi üzrə MBA, London School of Economics-də (LSE) isə Dövlət inzibatçılığı üzrə EMPA dərəcəsi alıb. 1999-cu ildən müxtəlif kommersiya banklarında rəhbər vəzifələrdə çalışıb. 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər "ABB" ASC-nin İdarə Heyətinin sədri olub. 2018-ci ilin avqustundan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisidir.

4 - Səidə Zeynal qızı Bayramova, Müşahidə Şurasının üzvü

1957-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini Əmtəəşünas ixtisası üzrə bitirib. 2008-ci ildən “Moskva Mehmanxanası” ASC-nin İdarə Heyətinin sədridir.

5 - Rüstəm Adıgözəl oğlu Şahbazov, Müşahidə Şurasının üzvü

1963-cü ildə anadan olub. N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili, iqtisadçı ixtisası üzrə bitirib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavinidir.

ABB Mobile
YÜKLƏ