Geri qayıtmaq

Korporativ müştərilərə xidmət - Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Hesabların (müvəqqəti hesablar daxil olmaqla) açılması və bağlanması üçün sənədləri qəbul etmək, onları təhlil etmək;
  • Qanunvericiliyin tələblərinə uyğun qaydada ödəniş tapşırıqlarını (milli və xarici valyutada), konvertasiya üzrə sifarişləri icraya qəbul etmək;
  • Qanunvericiliyin tələlərinə uyğun qaydada valyuta ödənişləri və idxal-ixrac əməliyyatları ilə bağlı sənədləri təhlil etmək, işləmək və saxlamaq;
  • Əmək haqqı layihəsi,eləcə də biznes,korporativ, gömrük kartlarının alınması üzrə zəruri sənədləri icraya qəbul etmək;
  • Nağd pul üzrə mədaxil və məxaric əməliyyatlarının aparılması;
  • Hesab üzrə arayışların, audit sorğularının hazırlanması və yoxlanılması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Bankda  qeyd olunan sahə üzrə minimum 1 il iş təcrübəsi olan;
  • MS Office proqramları üzrə bilikləri olan;
  • Azərbaycan dilində yüksək, rus və ingilis dillərində orta səviyyədə kommunikasiya bacarığı olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi cv@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Korporativ müştərilərə xidmət üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

 

 

 

ABB Mobile
YÜKLƏ