Geri qayıtmaq

Risklərin idarə edilməsi departamenti - Monitorinq üzrə mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

 Görəcəyiniz işlər:

  • Bankın kreditləşmə prosesinin bütün mərhələlərində seçilmiş meyarlar əsasında biznes və istehlak kreditlərinin monitorinqinin aparılması;
  • Kredit portfelinin və hər bir müştərinin risk göstəricilərinə əsasən Erkən Xəbərdarlıq Sisteminin qurulması və mütəmadi olaraq təkmilləşdirilməsi;
  • Biznes kreditləri üzrə müştərilərin maliyyə dayanıqlığının mütəmadi olaraq izlənilməsi, onların fəaliyyətinin müxtəlif keyfiyyət göstəriciləri əsasında təhlil olunması;
  • Bankın əməkdaşlıq etdiyi mənzil-tikinti kooperativlərinin tikintisinin vəziyyətinə nəzarət və monitorinqlərin aparılması;
  • Kreditlərə qoyulan kovenantların icra olunmasının mütəmadi olaraq izlənilməsi;                                                            
  • Mütəmadi olaraq monitorinq fəaliyyətini əks etdirən müvafiq hesabatların İdarə Heyətinə, Kredit komitələrinə, həmçinin Strategiya və Risklərin idarə edilməsi komitəsinə təqdim etmək üçün hazırlanması.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilli ;
  • Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığı olan (SQL və Python bilikləri üstünlükdür);
  • Bu sahəyə uyğun 1-3 il iş təcrübəsi olan;
  • İnduktiv və analitik təhlil bacarığı olan;
  • Komandada işləmək bacarığı olan;
  • Təqdimat və ünsiyyət bacarığı olan.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi  cv@abb-bank.az  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Monitorinq üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

 

ABB Mobile
YÜKLƏ