Rəqəmsal Bankçılığın İnkişafı şöbəsinə Baş Məhsul Sahibi (Chief Product Owner)
Geri qayıtmaq

Rəqəmsal Bankçılığın İnkişafı şöbəsinə Baş Məhsul Sahibi (Chief Product Owner)

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Peşəkar kollektivdə çalışmaq imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Korporativ bankçılığın yol xəritəsi və illik planlanması;
  • Rüblər ərzində icra olunacaq layihələrin müəyyənləşdirilməsi;
  • Komanda daxilində məhsul sahiblərinin idarə olunması;
  • Komandaların əsas performans göstəricilərinin (KPI) təyin olunması, rüblük hesabatların izlənilməsi və rəhbərliyə gündəlik və aylıq hesabatların verilməsi;
  • Maraqlı tərəflərin, sahə mütəxəssislərinin münasibətlərinin tənzimlənməsi;
  • Sahə daxilində məhsul sahiblərinin münasibətlərinin tənzimlənməsi;
  • Agile kouçla birlikdə çalışaraq sahə daxilində Agile tətbiqinin effektiv həyata keçirilməsinin təmin olunması;
  • Məhsul buraxılışları və çatdırılma planlaşdırılması;
  • Müştəri ehtiyaclarını yaxından öyrənərək lazımi bazar araşdırmalarını edərək prosesin inkişafına töhfə verilməsi;
  • Marketing kampaniyalarının planlaşdırılması, yaradılması və həyata keçirilməsi;
  • Rəqəmsal Korporativ Bankçılıqla ilə bağlı ehtiyac olduqda bank daxilində və xaricində təmsilçilik edilməsi;
  • Maraqlı tərəflərlə birlikdə məhsulun satışa buraxılmasının planlaşdırılması prosesinin sürətləndirməsidir.

Bizim üçün uyğun namizəd:

  • Korporativ bankçılıq sahəsində (biznes və texniki) minimum 5 il iş təcrübəsinə;
  • Texniki komandaya dəstək və liderlik təcrübəsinə;
  • “Agile” metodologiyaları üzrə minimum 2 il təcrübəyə;
  • Ali idarəetmə və ya texniki təhsilinə;
  • Müxtəlif situasiyalarda çalışaraq kompleks məhsulların təhvil verilməsi bacarığına;
  • Böyük layihələrin uğurlu şəkildə idarə edilməsi təcrübəsinə;
  • Dayanıqlı kommunikasiyaların qurulması və təqdimat bacarıqlarına;
  • Tələblərin toplanması, məlumatların analizi və ya proqram təminatı sahəsində təcrübəyə;
  • Proqram təminatının hazırlanması prosesi barədə biliklərə;
  • Komandada və fərdi şəkildə işləmək bacarığına;
  • Dəyərlərin təhlili, qərarvermə, liderlik bacarıqlarına;
  • Güclü təhlil və riyazi bacarıqlarına;
  • Strateji və taktiki düşüncə qabiliyyətinə;
  • İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
  • Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə sahibdir.
  • PSPO, ACP, CSPO və ya analoqu olan sertifikatlara sahib olmaq üstünülükdür.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Baş Məhsul Sahibi” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.abb-bank.az

ABB Mobile
YÜKLƏ