Məhkəmə ilə iş və icra şöbəsi- təcrübəçi
Geri qayıtmaq

Məhkəmə ilə iş və icra şöbəsi- təcrübəçi

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Problemli kreditlərlə bağlı ilkin sənədləşmənin təşkilini və bildirişlərin hazırlanaraq göndərilməsini təmin etmək;  
  • İddia ərizələrinin və icra qeydlərinin aparılmasına dair sənədlərin hazırlanmasını təmin etmək;
  • Daxil olan məhkəmə qərarları ilə tanış olmaq, digər struktura ötürülməsini təmin etmək;
  • Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarlardan şikayətlərin hazırlanmasını təmin etmək;
  • Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanın və sənəd dövriyyəsinin aparmaq;
  • Strukturun fəaliyyətinin effektivliyinin artırılması məqsədilə Problemli kreditlərlə iş praktikası və metodologiyası sahəsində araşdırmalar aparmaq.

Bizim üçün uyğun namizəd:

  • Ali hüquqi təhsilli;
  • Azərbaycan dili yüksək səviyyədə, rus dili orta səviyyədə olan;
  • MS Office yüksək səviyyədə iş bacarığı olan şəxsdir. 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Təcrübəçi-Hüquqşünas göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

ABB Mobile
YÜKLƏ