Geri qayıtmaq

Maliyyə monitorinqi və komplayns departamenti - Komplayns risklərinin idarə edilməsi şöbəsinin Mütəxəssisi / Aparıcı mütəxəssisi

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Mövcud qanunvericiliyin, AR Mərkəzi Bankın, Maliyyə Monitorinqi Xidmətinin, habelə FATCA-CRS tələblərinin yerinə yetirilməsinə nəzarət və monitorinq;
  • Komplayns riskləri ilə bağlı halların aşkarlanması, onların yaranma ehtimalının müəyyən edilməsi, mümkün risklərin qiymətləndirilməsi;
  • Bankda komplayns riskinin səviyyəsinin azaldılmasına yönəldilmiş tədbirlər kompleksinin əlaqələndirilməsi və hazırlanmasında iştirak;
  • Bankın daxili sənədlərində nəzərdə tutulan komplayns riskinin idarə edilməsi ilə əlaqəli hüquqi bazada (qanunlar, digər normativ aktlar, fəaliyyət standartları və s.) dəyişikliklərin monitorinqi;
  • Yeni və ya modifikasiya olunmuş bank məhsullarına və xidmətlərinə, habelə onların həyata keçirilməsi üsullarına dair komplayns riskləri baxımından rəylərin verilməsi;
  • Bankın rəhbərliyinə təqdim olunmalı müvafiq hesabatların hazırlanması.

Bizim üçün uyğun namizəd:

  • İqtisadiyyat və ya hüquq üzrə ali təhsili olan;
  • Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilən;
  • Problemləri həll etmə bacarığına sahib olan;
  • İnduktiv və analitik təhlil bacarığı olan;
  • Yaradıcılıq və innovasiya bacarıqlarına sahib olan;
  • Zamanın idarə edilməsi üzrə bacarığı olan;
  • Komandada iş bacarıqlarına sahib olan;
  • Təqdimat bacarığı olan.

    Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi cv@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.

    Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Komplayns risklərinin idarə edilməsi şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

    ABB Mobile
    YÜKLƏ