Kreditlərin anderraytinqi şöbəsi – Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Geri qayıtmaq

Kreditlərin anderraytinqi şöbəsi – Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Korporativ və KOS kreditləri üzrə biznes sifarişlərin risk nöqteyi-nəzərdən təhlili və rəy verilməsi Müxtəlif kredit məhsul növlərinə rəylərin hazırlanması;
  • Bankın biznes portfelinə daxil olan kreditlərin müxtəlif aspektlərdən təhlili;
  • Biznes kreditlərin təhlilinə dair hesabatların hazırlanmasında iştirak;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların həlli.                                                                                                

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilli, CFA /FRM üzrə nəaliyyətlər üstünlükdür ;
  • Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığı olan;
  • Bu sahəyə uyğun 1-3 il iş təcrübəsi olan;
  • İnduktiv və analitik təhlil bacarığı olan;
  • Komandada işləmək bacarığı olan;
  • Təqdimat və ünsiyyət bacarığı olan.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi cv@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditlərin anderraytinqi üzrə Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

 

 

 

 

 

ABB Mobile
YÜKLƏ