Geri qayıtmaq

İnsan resurslarının idarə edilməsi departamenti - İşə qəbul üzrə mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Bankın işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
  • Yaranan vakansiyaların bankdaxili və bankxarici elanlarını hazırlamaq və yerləşdirmək;
  • Daxil olan CV-lərin qeydiyyatını aparmaq və daim namizədlər bazasını yeniləmək;
  • İşəqəbul testlərini həyata keçirtmək;
  • Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədlərə məlumat vermək;
  • İşəqəbul hesabatlarını hazırlamaq;
  • Əmək yarmarkaları və digər işə qəbul layihələrində iştirak etmək;
  • Yeni işçilərin rəsmi qeydiyyatını aparmaq və sınaq müddətlərini izləmək;

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Azərbaycan, İngilis və Rus dili biliklərinə;
  • Minimum bir il işəqəbul sahəsində iş təcrübəsinə;
  • MS office proqramları biliklərinə;
  • Sahə üzrə nəzəri biliklərə (beynəlxalq sertifikat üstünlükdür) sahibdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının İşə qəbul üzrə mütəxəssis göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: cv@abb-bank.az

 

ABB Mobile
YÜKLƏ