Geri qayıtmaq

Bakı filialları - İmtiyazlı müştərilərə xidmət üzrə Aparıcı / Baş mütəxəssis

Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • İmtiyazlı müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
  • İmtiyazlı müştərilərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
  • Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
  • Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
  • Bankın kredit və qeyri-kredit məhsullarının satışı və təqdim edilməsi;
  • İmtiyazlı müştərilər ilə iş fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
  • Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
  • Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsili olan;
  • İmtiyazlı müştərilərlə iş təcrübəsi olan;
  • Bankda minimum 1-3 il iş təcrübəsi;
  • Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti olan;
  • Yüksək səviyyədə Azərbaycan, rus və ingilis dili bilikləri olan;
  • Komandada işləmək bacarığı olan şəxsdir.

Əgər bizim axtardığımız uyğun namizəd Sizsinizsə CV-nizi cv@abb-bank.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Bakı filialları üçün imtiyazlı müştərilərə xidmət göstərən aparıcı/baş mütəxəssis").

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək. 

Əlavə məlumat üçün: www.abb-bank.az

ABB Mobile
YÜKLƏ