ATM-lərin nağd vəsaitlə təminatı şöbəsi - Aparıcı mütəxəssis-xəzinədar
Geri qayıtmaq

ATM-lərin nağd vəsaitlə təminatı şöbəsi - Aparıcı mütəxəssis-xəzinədar

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Bankomatlarının inkassasiyasını təmin etmək;
  • Nağd vəsaitin sayılması və çeşidlənməsi, bankomatların inkassasiya məqsədilə hər bir bankomata nağd vəsaitin bölünməsini (kasset dəstlərin yığılması) təmin etmək;
  • Bankomatlara yüklənilmiş və bankomatlardan çıxardılmış nağd vəsaitinin sənədləşdirməsini təmin etmək;
  • Məxfilik və təhlükəsizlik tələblərinə riayət etmək;
  • ABB-də qəbul edilmiş nizam-intizam qaydalarına riayət etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (maliyyə və iqtisadi sahədə təhsil üstünlükdür);
  • Bank və maliyyə sektorunda minimum bir il iş təcrübəsinə sahib;
  • Azərbaycan dilini yüksək səviyyədə bilən;
  • Problemləri həll etmə bacarığına sahib olan;
  • Zamanın idarə edilməsi üzə bacarığı olan;
  • Komandada iş bacarıqlarına sahib olan.

Əgər bizim axtardığımız uyğun namizəd Sizsinizsə CV-nizi cv@abb-bank.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “ ATM-lərin nağd vəsaitlə təminatı şöbəsinə aparıcı mütəxəssis-xəzinədar”).

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək. 

Əlavə məlumat üçün: www.abb-bank.az

 

ABB Mobile
YÜKLƏ