Pensiya +
Geri qayıtmaq

Pensiya +

"Pensiya+" ABB-nin bütün pensiya kartlarının sahiblərinə minimum 100 AZN, maksimum pensiya məbləği qədər hər ay yenilənən faizsiz kredit limitini əldə etmək imkanı verən xidmətdir.

Şərtlər

Kredit limiti pensiyaçının müraciəti əsasında artırıla bilər.

Xidmət pulsuzdur, pensiyaçıdan heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur.

Kredit limiti aşağıdakı nöqtələrdə istifadə oluna bilər:

  • Xidmətə qoşulmuş ticarət müəssisələrində nağdsız alış-veriş zamanı istifadə oluna bilər;
  • ABB-nin ATM-ləri, Cash-in ATM-ləri, ödəniş terminalları və onlayn ödənişlər səhifəsində ödənişlərin aparılması üçün istifadə oluna bilər.

Kredit limitinin istifadəsi pensiya vəsaiti tam xərcləndikdən sonra mümkündür.

Yaranmış borc növbəti ayın pensiya məbləğindən avtomatik şəkildə tutulur.

Borc tam ödənildikdən sonra kredit limiti yenidən aktivləşdirilir.

Tələblər

Krediti kim ala bilər?

  • Pensiyanı ABB-nin buraxdığı pensiya kartları vasitəsilə alan şəxslər.

Hansı sənədlər tələb olunur?

  • İlkin kredit limiti avtomatik olaraq verilir, limiti artırmaq üçün yalnız şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

ABB Mobile
YÜKLƏ