Maaşınızın 25 mislinədək krediti illik cəmi 11.9%-dən və komissiyasız əldə edin!
ABB-nin Daxili ipoteka krediti məhsulu müştərilərə daha əlçatan şərtlərlə Bankın daxili vəsaiti hesabına mənzil və ya fərdi yaşayış evi əldə etmək imkanı verir.
Əmək haqqını ABB və ya digər banklar vasitəsilə alan istənilən müştəri
Maksimal məbləğ |
500 000 AZN |
||
Müddət |
60 ayadək |
61 aydan 120 ayadək |
121 aydan 300 ayadək |
İllik faiz dərəcəsi Qeyd: İpoteka kreditinin illik faiz dərəcəsi müştərinin ümumi gəlirindən asılı olaraq dəyişə bilər. |
6-7% |
7-8% |
8-9% |
Minimal ilkin ödəniş |
İmtiyazlı və ya korporativ pərakəndə seqment müştərilər- 15% Digər müştərilər – 25% |
||
Komissiya haqqı |
1% |
||
Sığorta |
Həyat sığortası
Sığorta müqaviləsi kredit müqaviləsinin bitmə tarixinədək rəsmiləşdirilir. |
||
Təminat |
1. Alınan əmlakın girovu ilə 2. Alınan əmlakın çıxarışı olmadıqda digər əmlakın girovu ilə1 |
||
Borcun gəlirə nisbəti |
70%2 (digər öhdəliklər nəzərə alınmadan) |
||
Gənclərə güzəştlər |
Minimal ilkin ödəniş – 20% (imtiyazlı və ya pərakəndə seqmentə aid olduqda min. 15%) 0.5% komissiya |
1Girov qoyulan əmlakın bazar dəyəri kredit məbləğinin 150% həcmində olmalıdır.
2İpoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır. Çıxarışlı mənzil birbaşa MTK-dan alındıqda və müştəri mənzilin dəyərinin ən azı 40%-i ödədikdə bu tələb nəzərə alınmaya bilər.
Qeyd: Daxili ipoteka krediti Mərkəzi, Yasamal, Səbail, MXD, Binəqədi, Nərimanov, Xətai və Sumqayıt filiallarında verilir.
Daxili ipoteka krediti vasitəsilə müştərilər ABB-nin daxili vəsaiti hesabına sərfəli şərtlərlə ev almaq imkanı əldə edəcəklər.
Minimal 15% ilkin ödənişlə, 25 ilədək müddətə kredit şərtləri ilə mənzil sahibi olacaqsınız.
Tələb olunan sənədlərlə bağlı ilkin təhlil yekunlaşdıqdan sonra almaq istədiyiniz əmlakı Banka təqdim etməklə ABB-nin daxili vəsaiti hesabına güzəştli şərtlərlə mənzil sahibi ola bilərsiniz.
Daxili ipoteka kreditini Səbail, MXD, Sumqayıt, Nərimanov və Binəqədi filiallarından əldə edə bilərsiniz.
Kredit maksimal 500 000 AZN olmaqla 25 ilədək müddətə götürülə bilər.
Komissiya haqqı 1% təşkil edir.
Kreditin aylıq ödənişi annuitet əsaslarla həyata keçirilir.
Zaminlik tələbi yoxdur.
Alınacaq əmlak kreditin girov təminatı hesab olunacaq. Əldə edilən əmlak çıxarışsız olduqda, kredit çıxarışa malik digər daşınmaz əmlakı girov qoymaqla verilir.
Alınan və (və ya) ipoteka predmeti qismində çıxış edən əmlak yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşməlidir.
Şəxsiyyət vəsiqəsi, bank hesabından son 12 aylıq (minimum 6 aylıq) çıxarış və ya Elektron Hökumət Portalından arayış.
Sonuncu iş yeri üzrə staj minimum 6 ay olmalıdır.